Xəstəlik qorxusu haradan
qaynaqlanır?
Xəstəlik qorxusu, psixoloji travmalar və düzgün müalicə
seçimi dilemması
daim müzakirə mövzusudur. “Ölümlü
dünya” məfhumunu qəbul etdiyimiz halda niyə qorxu ruhumuza hakim kəsilib? Ümumiyyətlə, insan
niyə xəstələnməkdən
qorxur?
İnsan beyni sağ qalmağa fokuslanıb
Mən xəstəyəm”, - deyə düşündükcə bədən də ona uyğun reaksiya verir
Həmsöhbətimiz
“MayoMed” Klinikasının
baş həkimi, terapevt Nərminə Abbasova Hafta.az-a deyir ki, əslində, xəstələnmək qorxusu
çox təbii instinktdir.“İnsan beyni sağ
qalmağa fokuslanıb. Xəstəlik isə beyin
üçün təhlükə
siqnalıdır.
Xəstəlik ağrı yaradır,
nəzarətiitirmə baş verir, həyat
keyfiyyətini azaldır, bəzən ölüm riski
daşıyır. Yəni qorxu, əslində, bədəniqoruma
mexanizmidir. Problem o vaxt yaranır ki, bu qorxu həddindən
artıq olur”, – həkim bildirir.
Məlumdur ki, xərçəng, şəkər, ürək problemləri kimi
xəstəliklər daha çox qorxu yaradır.
İnanclı insanlar bu xəstəliklərin adını
çəkmir, əvəzləyici sözlərdən istifadə
edirlər.
Həkim
deyir ki, qorxunun əsasında
bu xəstəliklərin xroniki olması, uzunmüddətli
müalicə tələb etməsi, həyat tərzini dəyişdirmək
məcburiyyəti dayanır:
“Cəmiyyətdə sadaladığım
xəstəliklərə “ağır
xəstəlik” imici formalaşıb. Məsələn, “xərçəng”
sözünü eşidən kimi insan avtomatik ən pis
ssenarini düşünür. Media, sosial hekayələr və
eşitdiyimiz faciəli nümunələr qorxunu daha da
artırır. Əgər insan daim “xəstələnəcəyəm”
düşüncəsi ilə yaşayırsa, bu, xronik stres,
panikatak, hipoxondriya - yəni həddindən artıq xəstəlik
qorxusu, tez-tez analiz vermək, bədəni dinləmək,
yuxusuzluq, depressiya kimi problemlərə gətirə bilər.
Qeyd edim ki, bəzi insanlarda uşaqlıq travmaları və ya
ailədə ağır xəstəlik görmək bu qorxunu
daha da dərinləşdirir. Yəni psixoloji qorxu insana hakim kəsilir.
Birbaşa səbəb olmasa da, risk artırır. Məsələn,
stres zamanı immun sistemi zəifləyir, hormon balansı
pozulur, qan təzyiqi artır, şəkər səviyyəsi
yüksəlir. Bir sözlə, uzunmüddətli qorxu və
stres bədəni xəstəliyə daha açıq hala gətirir.
Buna “psixosomatik təsir” deyirik”.
Bəzi
insanların hər kiçik əlaməti böyük xəstəlik
kimi qəbul etməsinə gəlincə, terapevt
vurğulayıb ki, bu, “sağlamlıq təşvişi”
adlanır. Səbəbləri isə internetdən çox
oxumaq, keçmişdə travmatik xəstəlik təcrübəsi,
ailədə itki, kontrol hissinin zəifliyi, təşviş
pozuntusudur:
“Belə insanlar bədəndəki normal dəyişiklikləri
belə təhlükə kimi görür. Xəstəlik
qorxusu həyat keyfiyyətinə də təsir edir. İnsan
daim analiz verir, həkim dəyişir, sosial həyatdan
uzaqlaşır, “birdən xəstələnərəm” deyə,
plan qurmaqdan çəkinir, həyatdan zövq ala bilmir. Yəni
faktiki xəstəlik olmadan belə, psixoloji olaraq
özünü xəstə kimi hiss edir”.
Həkim
bu qorxu ilə mübarizə aparmağın bir
neçə yolunu tövsiyə edir:
“Mütəmadi, amma həddindən artıq
olmayan check-up, sağlam həyat tərzi - yuxu, qidalanma, hərəkət.
Eyni zamanda, internetdə özünü diaqnoz etməmək,
psixoloqla danışmaq, meditasiya, nəfəs məşqləri,
real faktlara fokuslanmaq, ssenari uydurmamaq. Ən vacibi isə “hər
ağrı ölümcül deyil” düşüncəsini
öyrənmək”.
Psixoloq Aygün Ağabalayeva
Hafta.az-a deyir ki, xəstəlik qorxusu zəiflik deyil, beynimizin bizi qorumağa çalışmasının nəticəsidir.Onun sözlərinə
görə, bəzən
bu qorxu real təhlükədən daha böyük olur və
insanın həyat keyfiyyətini ciddi şəkildə
azaldır:
“Psixoloji baxımdan xəstəlik qorxusunun
kökündə iki əsas hiss dayanır: nəzarəti
itirmək və ölüm qorxusu. İnsan xəstələnəndə
bədəninə tam hakim ola bilmir, başqasından
asılı qalır, gələcəyi qeyri-müəyyən
görünür. Beyin isə qeyri-müəyyənliyi sevmir.
Ona görə də təhlükəni şişirdərək
bizi “hazır ol” vəziyyətində saxlayır. Onu da qeyd
edim ki, hamı eyni dərəcədə qorxmur. Bunun səbəbi
fərdi psixoloji təcrübələrdir. Risk faktorlarına
uşaqlıqda valideynin və ya yaxın şəxsin
ağır xəstəliyi, ailədə erkən ölüm
halları, pandemiya kimi kollektiv travmalar, təşviş
pozuntusu, həddindən artıq məsuliyyət və kontrol
ehtiyacı, internetdə çox tibbi məlumat oxumaq daxildir.
Belə insanlar bədəni “təhlükə axtaran radar” kimi
izləyir”.
Psixoloq vurğulayır ki, bu
baxımdan insan real xəstəlikdən yox, qorxunun
özündən əziyyət çəkir:
“Son vaxtlar internet üzərindən
xəstəlikləri araşdırmaq kimi hallar çox
yayılıb. İnsan internetdə simptom axtarır,
qarşısına ən ağır xəstəliklər
çıxır və beyin avtomatik “ən pis ssenari”ni
seçir: başağrısı - beyin şişi,
yorğunluq - xərçəng, ürək
döyüntüsü – infarkt! Halbuki çox vaxt səbəb
sadə stres və ya yorğunluq olur. Bu, təşvişi daha
da artıran qapalı dövrə yaradır”.
Psixoloq deyir ki, psixoloji qorxu bədənə
təsir edir. Beyinlə bədən bir sistemdir:
“Daim qorxu vəziyyətində
olduqda kortizol artır, immun sistem zəifləyir,
əzələlər gərginləşir, ürək
döyüntüsü sürətlənir, həzm pozulur. Bu
da həqiqətən fiziki simptomlar yaradır. İnsan “mən
xəstəyəm”, - deyə düşündükcə bədən
də ona uyğun reaksiya verir. Buna “psixosomatik təsir” deyilir.
Təbii
ki, xəstəlikdən qorxmaq
normaldır. Sadəcə olaraq, problem qorxunun səviyyəsindədir.
Psixologiyada belə bir yanaşma var: az qorxu → bizi qoruyur,
çox qorxu → bizi məhdudlaşdırır. Əgər
qorxu sizi müayinəyə aparırsa, faydalıdır.
Əgər qorxu sizi həyatdan uzaqlaşdırırsa,
artıq müalicə tələb edir.
Sağlamlıq yalnız fiziki deyil, həm də psixoloji haldır. Bəzən
ən böyük təhlükə xəstəliyin
özü yox, onunla bağlı bitməyən qorxudur. Həyat
daim “Birdən nə olar?” sualı ilə yaşamaq
üçün çox qısadır. Qorxu sizi qoruyanda
yaxşıdır, amma sizi idarə edəndə yox.
Özünüzə güvənin, bədəninizə qulaq
asın, amma onu sorğu-sual etməyin”.
Arzu
Zeynallı
Həftə
içi.- 2026.- 12-18 fevral, ¹6.- S.8.