Linç kampaniyaları müəllimi

əlacsız duruma salıb  

 

Ən böyük problem ünsiyyətin, dialoqun etimadın sıradan çıxarılmasındadır

 

Fevralın 6-da paytaxtın Binəqədi rayonu ərazisində yerləşənİdrakliseyində bir məktəblinin odlu silahdan atəş açaraq müəllimini yaralaması faktı təkcə bir ailənin, bir insanın faciəsi deyil, bütövlükdə cəmiyyətin gələcəyinin atəşlənməsi kimi ölkənin gündəmini silkələdi. Bu hadisə kriminal olaydan çox, sosial-ictimai, psixoloji məqamlar müstəvisində ciddi, təxirəsalmaz yanaşmalar tələb edir. Müsahibimiz Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Elçin Mirzəbəylidir:

 

- Bu hadisənin səbəbi, günahı, məsuliyyəti kimin üzərindədir: ailənin, məktəbin, şagirdin, yoxsa bütövlükdə cəmiyyətin?

- Hazırda baş vermiş hadisə ilə bağlı yalnız mediada yayımlanan məlumat açıqlamalar, eləcə bu ya digər formada əldə etdiyimiz informasiyalar əsasında fikir yürüdə bilərik. Yeniyetmənin psixoloji problemlərinin olduğu, izlədiyi oxşarxarakterli cinayət hadisələrinin təşviq edildiyi videoməzmunların təsiri altında olduğu artıq hər kəsə bəllidir. Təbii ki, bütün qaranlıq məqamlara istintaq aydınlıq gətirəcək. Biz ötən zaman kəsiyində baş vermiş hadisə ilə bağlı müxtəlifmotivli maraqlardan, məktəbə, müəllimə qarşı körüklənən aqressiv böhtan qarayaxma kampaniyalarından, fantastik ssenarilərdən danışsaq, bu, çox vaxt aparacaq. Prosesin idarəolunan tərəfinin mahiyyəti aydındır. Zənnimcə, baş verənlərin yaratdığı fonda, ilk növbədə, cəmiyyət olaraq, öz obrazımıza baxmalıyıq. Hazırda yaşadığımız ən böyük etnososial faciə ictimai məsuliyyətsizlikdir. Kütləvi şüur şəxsiyyət faktorunu sıradan çıxarmağa çalışır. Məktəbə, təhsilə, ziyalı düşüncəsinə mövqeyinə qarşı amansız bir savaş var. Bizi bir millət olaraq, ayaqda saxlayan, milli identikliyimizi qoruyan dəyərlər var. Bu dəyərlər milli özünəməxsusluğumuzunazərbaycanlılığımızın sütunlarıdır. Bu sütunları uçurduqca, “təpəgöz”lərin ayaqları altında qalacağıq. Biz azərbaycanlıları fərqləndirən ən böyük xüsusiyyətlərimizdən biri hətta düşmənimizə münasibətdə belə ədalətli mərhəmətli olmağımızdır. Azərbaycanlılar onlara sığınan ən qatı düşmənlərinə belə süfrə qucaq açıblar. İndi dünyasını dəyişən insanlara belə nifrət püskürürlər. Kütlə başa düşmək istəmir ki, onların dünyagörüşü ilə nəinki dövlət qurmaq, heç kiçik bir təsərrüfatı belə idarə etmək mümkün deyil. Sosial şəbəkələr, digər informasiya kommunikasiya vasitələri milli mövcudluğumuza, identikliyimizə qənim kəsilən təhlükəli bir zümrə - “təpəgöz”lərordu”su formalaşdırıb. Bu ölkənin bütün düşünən insanları, ziyalıları, təhsili, məktəbi sosial şəbəkə terminatorlarınınterrorçularının hədəfindədir. Biz bu prosesi 1988-1993-cü illərdə qismən yaşamışıq. Kütlənin yaratdığıqəhrəmanlar”ın sağlam düşüncə üzərində hökm sürdüyü zaman kəsiyini deyirəm. Kütlə ona doğru yol göstərən, ictimai maraqları düşünən bütün işıqlı adamları məhv etmək niyyətindədir. Hər kəs öz sınıq-saxaqhəqiqət”ini gerçəklik kimi ictimai rəyə sırımaq istəyir belə bir mühitdəboşluq”dan söz açmaq, zənnimcə, problemələrin səbəbini məchul bir ünvanda axtarmaqdan başqa bir şey deyil. Təfərrüatına varmayacağam, amma mahiyyətini hazırda açmaq istəmədiyim bir məqamla fikirlərimi yekunlaşdırmaq istəyirəm: Əgər baş verən faciədən kimlərsə öz maraqları üçün istifadə etməyə, gərgin fon yaratmağa çalışırlarsa, bu artıq mənəviyyatsızlığın dibinə varıldığının göstəricisidir. Əgər kimlərsə hər kəsi narahat edən bir hadisə zamanı təhlükəsizliyə görə məsuliyyət daşıyan təsisatlarısudan quru çıxarmağaçalışırlarsa bununla bağlı ikrah doğuran mülahizələr səsləndirilərsə, o zaman yaşadığımız real virtual mühitin sağlam düşüncə üçünedam kötüyü”nə çevrildiyini qəbul etməliyik.

Hazırda istintaq prosesi gedir deyə, detallı danışmaq istəmirəm. İstintaq başa çatanda hər şey aydın olacaq biz baş verən hadisə ətrafında şou yaradanların da, yaranmış vəziyyətdən başqalarını hədəfə alanların da gerçək simasını daha aydın görəcəyik. Günahkarı istintaq ədalət məhkəməsi müəyyənləşdirəcək. Məsələnin mənəvi suç tərəfi ilə bağlı isə, artıq fikirlərimi ifadə etdiyimi düşünürəm.

Şagird-müəllim, məktəbvalideyn, məktəbcəmiyyət üçbucağı niyə yarana bilmir təhsildə münasibətlər sisteminin düzgün qurulmasına əks təsir göstərən səbəblər nədir?

Ən böyük problem ünsiyyətin, dialoqun etimadın sıradan çıxarılmasındadır. İnsanlar hələ məktəbə onların övladlarını birtərəfli qaydada tərbiyələndirəcək, onlara təhsil verəcək sosial təsisat kimi yanaşırlar. SSRİ dönəmində məktəb ideoloji sistemin tərkib hissəsi idi o, ilk növbədə sistemin ideologiyasının daşıyıcısı olan fərdlər yetişdirirdi. Bunun mənfi ya müsbət tərəflərindən söz açmayacağam. Həmin dövrdə təlim-tərbiyə ilə bağlı məsuliyyətin əsas hissəsi təhsil müəssisəsi ilə yanaşı sistemin ideoloji maşınlarından birininməktəbin üzərində idi. Bu baxış bucağı indiyədək tam dəyişməyib.

Hazırda isə problem ondadır ki, valideynlərin əhəmiyyətli hissəsi övladlarının təlim-tərbiyə təhsil prosesində iştirak etmir yaxud etmək istəmirlər. Bütün prosesin məktəbin üzərində olduğunu düşünürlər. Dünyanın hər yerində valideynlər övladlarının təhsil təlim-tərbiyə prosesində yaxından iştirak edir, məktəblə sıx əlaqədə olur, prosesə maddi-mənəvi dəstək verirlər. Bizdə isə hətta kifayət qədər maddi imkanı olan şəxslərin əhəmiyyətli hissəsi belə məktəbə maddi, mənəvi yardım göstərmək istəmir. Təəssüf ki, cəmiyyətimizin bir hissəsi təhsilə, məktəbə, müəllimə heç bir fundamental əsası olmadan düşmən kəsilib.

Təhsilə qoyulan vəsait ən böyük yatırımdır. Əgər sən övladının gələcəkdə günün günorta çağı çıraqla axtarılan mütəxəssis olmağını arzulayırsansa onun təhsilinə həm maddi, həm mənəvi investisiya qoymalısan. Söhbət uşağın repititor yanına aparılmasından, diplomlu işsizə çevrilməsindən getmir. Mənə uşağın gələcəyinə hesablanmış doğru-düzgün qurulmuş bir strategiyadan danışıram.

Necə hesab edirsiniz, bir şagirdin dərs ləvazimatlarını daşıdığı çantada silah gəzdirməsi özlüyündə məktəbin təlim-tərbiyə işləri təklükəsizliyi məsələsini dərəcədə aktuallaşdırır? Deməli, bu sahə üzrə çatışmayan nələrsə var...

Hazırda məktəbin, müəllimin şagirdə təsir göstərmək üçün heç bir hüquqi imkanı yoxdur. Biz həm linç kampaniyaları ilə məktəbi, müəllimi tamamilə əlacsız duruma salmışıq. Bu baxımdan qanunvericiliyə yenidən nəzər salınmasına ehtiyac var. Digər tərəfdən, hər kəs anlamalıdır ki, məktəbdə təhlükəsizliyi təhsil müəssisinin özü təşkil etmir. Bu məsələ ətrafında məqsədyönlü fikir formalaşdıran insanlar da günün birində faktların detallarına kimi ortaya çıxarıla biləcəyini unutmasınlar. Buna görə məktəbi hədəfə almaq, ən azı yanlış yanaşmadır. Görünür, təhlükəsizlik məsələləri ciddi şəkildə müzakirə olunmalı, giriş qapılarında müvafiq avadanlıqlar qurulmalı bütün bunların təşkil edilməsi üçün hüquqi əsaslar yaradılmalıdır.

İdrakliseyində baş verən hadisə məktəblərdə davranış qaydalarında, xüsusilə hansı məsələlərə diqqət yetirilməsini tələb edir?

Problem ondadır ki, hazırda idarəçilik modelindən asılı olmayaraq, məktəblərin şagirdlərə hər hansı bir formada təsir göstərmək səlahiyyətləri yoxdur. Biz şagird valideynlərin hüquqlarını ifrat dərəcədə qabartdıqca, baş verən istənilən neqativ hadisəyə görə məktəbi, təhsili hədəfə aldıqca cəzasızlıq mühiti daha da dərinləşir belə bir vəziyyətdə şagirdə təsir göstərmək üçün heç bir hüquqi mexanizmi olmayan təhsil müəssisələrini tamamilə müdafiəsiz qoyuruq.

Bu yanaşma təhsil sistemində şagird hüquqları ilə məktəbin intizam səlahiyyətləri arasındakı hüquqi balansı kobud şəkildə pozur. Qənaətimə görə, mövcud qanunvericilik şagirdin hüquqlarını geniş şəkildə qorusa da, məktəbin müəllimin təhlükəsiz, nizamlı təlim üçün əlverişli mühit yaratmaq hüquqlarını aydın tətbiq edilə bilən mexanizmlərlə təmin etmir.

Beynəlxalq təcrübə göstərir ki, inkişaf etmiş ölkələrdə şagird hüquqları yüksək səviyyədə qorunmaqla yanaşı, məktəblərin intizam tərbiyə funksiyası da güclü hüquqi əsaslara malikdir. Bu baxımdan, hesab edirəm, ölkəmizdə bu xüsusda bir sıra hüquqi institusional dəyişikliklərin edilməsi məqsədəuyğundur.

Qənaətimə görə, ilk növbədə, məktəbin təhlükəsiz təhsil mühiti yaratmaq hüququ qanunvericilikdə imperativ şəkildə təsbit olunmalıdır. Yəni müvafiq qanunvericilik aktlarında qeyd olunmalıdır ki, məktəb yalnız təhsil verən deyil, həm təhlükəsiz, nizamlı psixoloji cəhətdən sağlam təhsil mühiti yaradan hüquqi subyektdir bu məqsədlə şagird davranışına müdaxilə etmək səlahiyyətinə malikdir. Belə bir normanın tətbiqi məktəbin digər şagirdlərin hüquqlarının qorunması kimi hüququnu əsaslandıracaq. Eyni zamanda hesab edirəm ki, hər məktəbdə hüquqi qüvvəyə malik olanDavranış kodeksihazırlanmalı şagird, valideyn, məktəb rəhbərliyi tərəfindən imzalanmalıdır. Bu sənəddə pozuntu növləri, intizam tədbirləri onların tətbiqi prosedurları, valideynlərin məsuliyyəti açıq şəkildə göstərilməlidir.

Məktəbə müəllimə hörmətsizlik, dərs prosesinin pozulması, aqressiv davranış, davamlı intizamsızlıq zamanı şagirdi 1-5 gün müddətinə dərsdən uzaqlaşdırmaq hüququ verilməlidir. Bu müddətdə şagirdin dərs materialları valideyn vasitəsilə təmin oluna bilər. Bu tədbir təhsil hüququnun pozulması kimi qiymətləndirilməməlidir.

Necə hesab edirsiniz, bu gün tez-tez tənqidə məruz qalan müəllim statusunun azaldılması yaşanan bu ağır olayın baş verməsinə zəmin ola bilərmi, yaxud təsiri nədir?

Təhsilin hədəfə alınması anti-təhsilin, elmsizliyin, cəhalətin, cinayət xarakterli davranışların önə çıxmasına zəmin yaradır. Bu kimi hallar təhlükəsizliklə yanaşı, başqa bir mühüm, bəlkə təhsil sistemi üçün həyati əhəmiyyət kəsb edən məsələnin müzakirəyə çıxarılmasını zəruri edir.

Silahlara nəzarətlə bağlı qanunvericiliyə dəyişikliklər məsuliyyətin artırılması mümkündürmü bu, belə haalların qarşısını alan addım ola bilərmi?

Məlumata görə, silahını evində göz qabağında sərgiləyən valideyinin kolleksiyası zəngindir düşünürəm ki, bu kimi məsələlərə həm hüquqi baza, həm inzibati baxımdan daha ciddi yanaşmaq lazım gələcək.

Deyilir ki, silah atanın olub. Bu hadisədə ata dərəcədə mənəvi, hüquqi məsuliyyət daşıyır, yaxud valideynin belə hadisəyə görə məsuliyyətini dərk etməsi üçün qanunla hansı addımlar atılmalıdır?

Şübhəsiz ki, məsuliyyət daşıyır, həm tam şəkildə! Düşünürəm, istintaq başa çatmamış bu məsələ ətrafında müzakirə açsaq, hüquqi baxımdan doğru deyildir.

 

Elçin Mirzəbəyli

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2026.- 12-18 fevral, ¹6.- S.5.