Mənəvi yüksəliş -RAMAZAN

 

Ramazan ayında insan yalnız öz mənəvi aləmi ilə kifayətlənməməli, ictimai məsuliyyətini dərindən dərk etməlidir

 

Fevral ayının 19-da müsəlmanların müqəddəs Ramazan ayı başlayır. Dünya müsəlmanlarının Ramazan ayına münasibəti bu ayın mənəvi dərinliyinin dərəcədə anlaşılması auditoriyanın səviyyəsinə görə dəyişir.Müsahibimiz ilahiyyatçı Tural İrfandır.

 

- Ramazan ayının İslam dinində əsas mənəvi məqsədi nədir?

- Ramazan ayının əsas mənası mahiyyəti insanın öz daxili aləmini yeniləməsindən ibarətdir. Bu ay bir növ mənəvi saflaşma mərhələsidir. İnsan il ərzində yaşadığı gərginlikləri, yol verdiyi nöqsan günahları Ramazan vasitəsilə aradan qaldırmağa çalışır, ruhuna dinclik yenilənmə qazandırır.

Ramazanın əsas məqsədi Allaha daha sıx bağlanmaq, Onun rizasını hər şeydən üstün tutmaqdır. Bu ayda insan bəşəri qayğılardan, gündəlik problemlərdən, kədər sıxıntılardan uzaqlaşaraq Allaha təvəkkül etməyi öyrənir, hər şeyi Onun iradəsinə həvalə edir. Bu isə ruhun saflaşmasına, mənəvi dirçəlişə daxili tarazlığın bərpasına xidmət edir.

Ramazan ayının şərtləri yalnız ac qalmaqdan ibarət deyil. Oruc, sadəcə, fiziki bir əməl deyil; o, həm nəfsin tərbiyəsi, səbir, mərhəmət, bağışlama mənəvi kamillik yoludur. Bu ay insanın həm zahirini, həm batinini saflaşdırmağa yönəlmiş ilahi bir fürsətdir.

- Oruc ibadəti insanın daxili tərbiyəsinə necə təsir göstərir?

- Ramazan ayının bir çox şərtləri mənəvi tələbləri vardır. Oruc yalnız ac qalmaqdan ibarət deyil; o, eyni zamanda digər ibadətlərə daha çox önəm verməyi, əxlaqi-mənəvi dəyərləri zənginləşdirməyi tələb edir. Bu ay insanın həm fərdi keyfiyyətlərini, həm müsəlmana xas xüsusiyyətlərini inkişaf etdirməsi üçün mühüm fürsətdir.

Ramazan sosial münasibətlərin yenilənməsinə, insanlar arasında anlayış, yardımlaşma həmrəylik ruhunun güclənməsinə xidmət edir. Bu baxımdan Ramazan ayı böyük tərbiyəvi əhəmiyyət daşıyır.

Həmçinin bu ay gənclər gələcək nəsillər üçün örnək mühiti formalaşdırır. Uşaqlar böyüklərin ibadətini, davranışını mənəvi həssaslığını müşahidə edərək onlardan ibrət götürürlər. Beləliklə, Ramazan ailə daxilində cəmiyyətdə mənəvi dəyərlərin nəsildən-nəslə ötürülməsində mühüm rol oynayır.

- Ramazan ayı fərdi ibadətdən əlavə ictimai məsuliyyət hissini necə gücləndirir?

- Ramazan ayında insan yalnız öz mənəvi aləmi ilə kifayətlənməməli, ictimai məsuliyyətini dərindən dərk etməlidir. Bu ay fərdi ibadətlə yanaşı, cəmiyyət qarşısında öhdəlikləri xatırladır insanı təkcə özünü deyil, bütövlükdə insanlığı düşünməyə sövq edir. Hər kəs bu dövrdə özündən soruşmalıdır: mən cəmiyyətə, dünyaya hansı xeyri faydanı verə bilərəm?

Ramazanın ruhuna uyğun olaraq təşkil edilən iftar süfrələri, birgə qılınan namazlar, xüsusilə təravih namazları insanlar arasında birlik həmrəylik duyğusunu gücləndirir. Ramazan bayramı isə münasibətlərin yenilənməsi, küsülülərin barışması sosial bağların möhkəmlənməsi üçün mühüm fürsət yaradır.

Eyni zamanda fitrə zəkatının verilməsi imkansız insanlara maddi dəstək göstərilməsinə, cəmiyyətdə sosial ədalət bərabərlik duyğusunun güclənməsinə xidmət edir.

- Bu ayda bağışlanma tövbə anlayışı hansı məna daşıyır?

- Tövbə bağışlanma anlayışı Ramazan ayında xüsusi dərin məna kəsb edir. Ramazan digər aylardan seçilən, ilahi rəhmət mərhəmətin daha geniş təcəlli etdiyi mübarək bir aydır. Qurani-Kərimdə bu ayın fəziləti xüsusi olaraq vurğulanır Ramazanın digər aylardan üstün tutulduğu bildirilir. İnanca görə, bu ayda ilahi rəhmət qapıları bəndələrin üzünə açılır bu, insan üçün böyük bir fürsət deməkdir.

Məhz buna görə müsəlman üçün Ramazan tövbə, özünə dönüş mənəvi saflaşma ayıdır. İnsan bu ayda keçmiş səhvlərini dərk edir, günahlarından peşmanlıq duyur səmimi qəlbdən bağışlanma diləyir. Tövbə yalnız dil ilə deyil, niyyət davranış dəyişikliyi ilə tamamlanmalıdır; yəni insan səhvlərini təkrarlamamaq əzmində olmalıdır.

Bu baxımdan Ramazan həm ilahi kəlamın bəşəriyyətə bəxş edildiyi ay kimi böyük mənəvi dəyərə malikdir.

- Qurani-Kərimin nazil olmağa başlaması ilə Ramazan ayı arasında hansı əlaqə var?

- Ramazan ayı yalnız ibadət mənəvi saflaşma ayı deyil, həm ilahi vəhyin başlanğıcı ilə şərəflənmiş müqəddəs zamandır. Qurani-Kərimdə buyurulduğuna tarixi mənbələrin təsdiqinə görə, Qurani-Kərimin nazil olması məhz Ramazan ayına təsadüf etmişdir. İslam ənənəsində qəbul edilir ki, bu nazilolma Qədr gecəsində baş vermişdir.

Rəvayətlərə əsasən, Qurani-Kərim ilk olaraq Ramazan ayında toplu şəkildə Məhəmməd peyğəmbərin qəlbinə vəhy edilmişdir. Daha sonra isə ayələr zamanın, şəraitin cəmiyyətin tələblərinə uyğun olaraq, 23 il ərzində tədricən - ayə-ayə, surə-surə nazil olunmuşdur.

Yəni ilkin vəhyin başlanğıcı Ramazan ayına təsadüf etdiyi üçün belə qəbul edilir ki, Qurani-Kərim Ramazanda nazil olmuş ya nazil olmağa başlamışdır. Bu isə Ramazan ayının mənəvi dəyərini daha da yüksəldir onu ilahi kəlamla birbaşa bağlı müqəddəs zaman kimi təqdim edir.

- Qədr gecəsinin mahiyyəti əhəmiyyəti nədən ibarətdir?

- Qədr gecəsi Ramazan ayının son ongünlüyünə daxil olan gecələrdən biridir. Onun dəqiq tarixi QuraniKərimdə, digər dini mənbələrdə konkret şəkildə göstərilmişdir. Bunun da öz hikməti vardır: insanlar yalnız bir gecəyə deyil, Ramazanın son on gününün hamısına ciddi yanaşsın, ibadət itaətdə səhlənkarlıq etməsinlər deyə bu tarix gizli saxlanılmışdır.

Qədr gecəsiadı üzərində  göründüyü kimiqədir-qiyməti uca olan bir gecədir. İslam inancına görə, bu gecə müqəddəratın təqdir olunduğu, ilahi mərhəmətin xüsusi təcəlli etdiyi mübarək zamandır. Quranı Kərimdə Qədr gecəsinə həsr olunmuş ayrıca bir surə mövcuddur orada bu gecənin min aydan daha xeyirli olduğu bildirilir.

Necə ki, ilin on iki ayı içərisində Ramazan seçilmiş fəzilətli aydır, Qədr gecəsi Ramazanın daxilində seçilmiş, ən fəzilətli gecədir. Bu baxımdan Qədr gecəsi il boyu ibadətdə zəiflik göstərənlər üçün böyük bir fürsət sayılır. İnsan ilin digər aylarında arzulanan səviyyədə ibadət itaəti yerinə yetirə bilməmişdirsə, heç olmasa, Ramazan ayında bu boşluğu doldurmağa çalışmalıdır. Ramazanda da buna tam nail ola bilməyənlər üçün Qədr gecəsi xüsusi bir imkandır ki, Allahla rabitəni gücləndirsin, dua tövbə ilə Ona yaxınlaşsın.

Beləliklə, Qədr gecəsi yalnız təqvimdə bir tarix deyil, insanın mənəvi oyanışı, ilahi mərhəmətə yönəlişi yeni bir başlanğıc üçün verilmiş böyük bir fürsətdir.

- Müasir dünyada sürətli həyat tərzi fonunda Ramazanın rolu necə dəyişir?

- Müasir dövrdə sürətli həyat tərzi keçirən, qloballaşan dünyanın ritminə uyğun yaşayan cəmiyyətlərdə bir çox sahələr kimi dini həyatın zahiri formalarında da müəyyən dəyişikliklər müşahidə oluna bilər. Texnologiyanın inkişafı, rejimlərinin fərqlənməsi, coğrafi iqlim şəraitinin müxtəlifliyi insanların gündəlik həyatına təsir göstərdiyi kimi, oruc ibadətinin icrasında da bəzən çətinlik ya əksinə, rahatlıq yarada bilər.

Bu dəyişən şərtlər Ramazanın mahiyyətini dəyişmir. Qurani-Kərimdə vurğulandığı kimi, din insan üçün çətinlik deyil, asanlıq məqsədi daşıyır. İslam hüququnda ibadətlərin yerinə yetirilməsi zamanın şəraitin xüsusiyyətləri nəzərə alınmaqla tənzimlənir. Zərurət hallarında mövcud olan güzəştlər, səfər ya sağlamlıqla bağlı istisnalar bunun bariz nümunəsidir.

Qurani-Kərim son ilahi kitab olaraq bütün dövrləri cəmiyyətləri əhatə edən ümumi prinsiplər ortaya qoyur. Dünyanın inkişafı, sosial texnoloji dəyişikliklər nəzərə alınaraq insanlara çətinlik deyil, məsuliyyət mənəvi kamillik yolu göstərilir.

Bu baxımdan, qloballaşan sürətli həyat tərzi hökm sürən müasir dünyada da Ramazan ayının qeyd olunması oruc ibadətinin icrası prinsip etibarilə heç bir maneə ilə üzləşmir. Əksinə, belə bir mühitdə Ramazan insan üçün daha çox daxili dayanacaq, mənəvi tarazlıq ruhani sabitlik mənbəyinə çevrilir.

 

Tural İrfan

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2026.- 19-25 fevral, ¹7.- S.6.