Aliment ödəmək valideynin qanuni borcudur  

 

Hüquqi məsuliyyətdən yayınmaq üçün münasibəti rəsmi qeydiyyata almırlar

 

Azərbaycan cəmiyyətində ailə həmişə müqəddəs dəyər kimi təqdim olunub. O, yalnız iki fərdin münasibəti deyil, dəyərlərin ötürüldüyü, davranış modellərinin formalaşdığı iqtisadi yükün bölüşdürüldüyü ilkin sosial mühitdir. Nikahın hüquqi əsasda qurulması, boşanma proseslərinin ədalətli operativ aparılması, aliment mexanizmlərinin işləməsi uşaqların maraqlarının qorunması ailə institutunun özünü doğrultmasının əsas şərtləridir. Praktikada isə alimentlərin ödənilməməsi məhkəmə çəkişmələri ailələrə əlavə yük gətirir, xüsusilə uşaqların psixologiyasına təsirsiz ötüşmür. Müsahibimiz millət vəkili, Milli Məclisin Ailə, qadın uşaq komitəsinin üzvü Könül Nurullayevadır:

Müasir dövrdə ailə institutunun cəmiyyətdəki rolu funksiyası hansı istiqamətdə dəyişir? Siz bu transformasiyanı necə qiymətləndirirsiniz?

Ailə institutu hər bir insanın şəxsiyyətinin inkişafına dərin təsir göstərir. İnsan ilk olaraq ailə daxilində formalaşır, ünsiyyət bacarıqlarını öyrənir müxtəlif həyat vəziyyətlərinə uyğunlaşır. Azərbaycanda ailə ənənəvi olaraq həm sosial dayaq, həm mənəvi dəyər institutudur.

Müasir cəmiyyətdə ailə institutu ənənəvi modeldən daha çox emosional, psixoloji fərdi inkişaf yönümlü modelə doğru transformasiya olunur. Ailə artıq həm fərdlərin özünü reallaşdırması, sosial dəstək məkanı kimi çıxış edir. Məsələn, BMT-nin Əhali Fondunun 2023-cü il hesabatında bildirilir ki, dünya üzrə gənclərin 48 faizi ailə həyatı qurmaqdan daha çox fərdi inkişafı karyeranı prioritet hesab edir. Xüsusilə qadınların əmək bazarında fəallaşması, rəqəmsallaşma bu dəyişimi sürətləndirir. Əsas məsələ isə budur ki, mövcud  transformasiya ailədaxili bağları zəiflətməsin, məsuliyyət anlayışına neqativ təsir etməsin.

Rəsmi nikahların azalmasının əsas səbəbləri nədir?

Ötən il ölkə ərazisində 48 min 546 nikaha daxilolma 20 min 675 boşanma halı qeydə alınıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhalinin hər 1000 nəfərinə nikahların sayı 2024-cü illə müqayisədə 4,9-dan 4,7-yə, boşanmaların sayı isə 2,1-dən 2-yə enib.

Rəsmi nikahların azalmasının  müxtəlif səbəbləri ola bilər. Bəzi hallarda tərəflər hüquqi məsuliyyətdən yayınmaq üçün münasibəti rəsmi qeydiyyata almırlar. Hesab edirəm ki, ailə dəyərlərinin təbliği, maarifləndirmə proqramlarının gücləndirilməsi, sosial şəbəkələrin ailəyə təsiri ilə bağlı ictimai müzakirələrin təşkili, ailə institutunun dəstəklənməsi vacibdir. Cəmiyyətin dayağı kimi ailə institutunun qorunması yalnız fərdlərin deyil, bütöv cəmiyyətin rifahı üçün zəruridir. Görünən budur ki, dəyişikliklər qaçılmazdır, lakin hüquqi mexanizmlərin gücləndirilməsi, sosial maarifləndirməsinə daha çox ehtiyac var.

Erkən nikahlar ya düşünülməmiş ailə qurmaq halları gələcəkdə hansı sosial problemlərə yol aça bilər?

- Erkən planlaşdırılmamış nikahlar ciddi sosial problemlərə gətirib çıxarır. Belə ki, qadınlara qarşı ayrı-seçkilik, zorakılıq, təhsildən yayınma, sağlamlıq riskləri yaranır. Eyni zamanda, fiziki psixoloji zorakılıqla müşayiət olunan erkən nikahlar problemli hamiləlik riski yaradır, hətta əksər hallarda 15-19 yaşlı qızlar arasında ölümə səbəb olur.

Planlaşdırılmamış nikahlar çox vaxt psixoloji hazırlıq olmadan baş verdiyi üçün ailələrin dağılmasına səbəb olur.

Boşanma statistikasında artımın əsas səbəblərini necə izah edərdiniz? Bu daha çox sosial, iqtisadi, yoxsa psixoloji amillərlə bağlıdır?

Boşanmaların artım səbəbləri əsasən gender rollarının dəyişməsi, ailə institutuna münasibətin dəyişməsi, həmçinin iqtisadi psixoloji problemlərlə izah olunur. Digər əsas amillərə zəif ünsiyyət bacarıqları, böhranları həll edə bilməmək, eyni zamanda bəzi hallarda ayrılmaq qərarını asanlaşdıran iqtisadi müstəqillik daxildir. Həmçinin məişət zorakılığı da ailə institutuna ən ciddi təhdidlərdən biridir. Psixoloji fiziki zorakılıq hallarının artması ailə mühitində gərginliyi artırmaqla yanaşı, həm uşaqların travma ilə böyüməsinə səbəb olur. Statistik göstəricilərə əsasən, məişət zorakılığına məruz qalan qadınların 70faizi rəsmi orqanlara müraciət etmir. Bu da problemin ciddiliyini artırır.

Boşanma prosesində ən çox zərər görən tərəf uşaqlar olur. Bu baxımdan mövcud hüquqi sosial müdafiə mexanizmlərini yetərli hesab edirsinizmi?

- Valideynlərin boşanması uşağın xarakterinin inkişafına, emosional inkişafına, davranışına münasibətlərinə əhəmiyyətli dərəcədə təsir göstərir. Bütöv ailələrdən olan həmyaşıdları ilə müqayisədə boşanmış ailələrdən olan uşaqlar daha qapalı olurlar. Azərbaycan milli qanunvericiliyində uşaqların maraqları prioritet hesab olunur. Dövlət hər bir uşağın ailədə böyümək hüququnu qorumağa çalışır.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi Ailə, Qadın Uşaq Problemləri üzrə Dövlət Komitəsi bu sahədə hüquqi institusional çərçivəni müəyyən edir. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, 2 yaşdan 17 yaşa qədər təxminən 1 milyard uşaq evdə cəmiyyətdə daxil olmaqla müxtəlif şəraitdə laqeydliyə, fiziki, cinsi, emosional zorakılığa məruz qalıb bu amillər tez-tez uşaqların ailələrindən ayrılmasına səbəb olur.  Dövlət alternativ qayğı sistemi tətbiq etməklə vəziyyəti tənzimləməyə çalışır.

- Hazırda aliment sahəsində ümumi vəziyyəti necə dəyərləndirirsiniz? Mövcud mənzərə nəyi göstərir?

- Aliment ailə hüququnun vacib elementlərindən biridir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 76-cı maddəsinə əsasən, valideynlər uşaqlarının saxlanılması üçün aliment ödəməyə borcludurlar. Bir çox ölkələrdə məhkəmə alimentin ödənilməməsi hallarında dövlət icbari icra mexanizmləri tətbiq edir. Alimentin ödənilməməsi ilk növbədə uşağın maddi rifahın pozmaqla onun psixologiyasına da təsir edir, eyni zamanda uşaqların gələcək imkanlarını məhdudlaşdırır.

Alimentlə bağlı məhkəmə qərarlarının, təxminən, 70 faizinin icra edilmədiyi bildirilir. Bu problemin əsas səbəbləri nədən qaynaqlanır? Hüquqi boşluqlar, icra mexanizmlərinin zəifliyi, yoxsa sosial amillər daha çox rol oynayır?

Valideynlərin aliment ödəməkdən yayınması, əsasən, sabit gəlirin olmaması ya gəlirlərin rəsmiləşdirilməməsi, həmçinin boşanmış valideynlər arasında şəxsi münaqişələr, o cümlədən məsuliyyətsizlik  səbəbindən baş verir. Amma aliment ödəmək valideynin qanuni borcu məsuliyyətidir. Birləşmiş Millətlər Təşkilatının Uşaq Hüquqları Konvensiyasında da uşaqların aliment hüququ təsdiqlənir valideynləri bu məsuliyyəti yerinə yetirməyə çağırır. Azərbaycan qanunvericiliyinə görə, valideynlər uşağın saxlanılmasına inkişafına birgə cavabdehdirlər, ancaq boşandıqdan sonra öhdəlik əsasən uşağın yanında qalmayan valideynə düşür. Ölkəmizdə alimentlərin tutulması icrası prosesini idarə etmək üçün bir neçə elektron sistem tətbiq edilir. Amma qeyri-rəsmi gəliri olan şəxslərin aliment ödəməkdən yayınması, məhkəmə qərarlarının icrasının ləngiməsi bu sahədə problemlərin qalmasına səbəb olur. Onu da qeyd edim ki, əgər valideyn aliment öhdəliyindən yayınırsa, ona qarşı İnzibati Xətalar Məcəlləsinə əsasən cərimələr, qısa müddətli inzibati həbs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 306-cı maddəsinə əsasən, 3 ilə qədər azadlıqdan məhrum edilə bilər.

Cəmiyyətdə belə bir yanaşma formalaşıb ki, aliment ödəmək, əsasən, kişilərin vəzifəsidir. Qanunvericilik bu məsələni necə tənzimləyir? Hansı hallarda qadınlar da aliment ödəmək öhdəliyi daşıyır?

- Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən valideynlərin hüquq vəzifələri bərabərdir. Məcəllənin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Aliment öhdəliyi isə cinsə görə müəyyən edilmir. Əgər uşaq ananın himayəsində qalırsa, ata aliment ödəyir. Əgər uşaq atanın himayəsində qalırsa, ana aliment ödəməlidir. Praktikada uşaqlar daha çox ananın yanında qaldığı üçün aliment ödəyən tərəf əsasən kişilər olur. Lakin qanun qadınlara da eyni öhdəliyi qoyur.

Ümumiyyətlə, hər bir valideyn uşaqların rifahının təmin edilməsi baxımından bu məsələyə ciddi yanaşmalıdır.

Rəsmi nikah olmadan qurulan ailələrin sayının artması gələcəkdə alimentlə bağlı hüquqi icra problemlərini dərinləşdirə bilərmi? Bu amil hansı konkret çətinliklər yaradır?

- Rəsmi nikah olmadan qurulan münasibətlər təbii ki, alimentlə bağlı problemləri dərinləşdirə bilər. Eyni zamanda,  atalığın müəyyən edilməsi, uşağın hüquqi qeydiyyatı məhkəmə prosesləri daha da mürəkkəbləşə bilər. Bu isə icra mexanizmlərini çətinləşdirir uşağın maraqlarının qorunmasına mənfi təsir edir. Hesab edirəm ki, hüquqi mexanizmlərin təkmilləşdirilməsi sosial məsuliyyətin gücləndirilməsi mənfi təsirləri minimuma endirə bilər.

 

Könül Nurullayeva

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2026.- 5-11 mart, ¹9.- S.6.