Sərhədlər açılsın, açılmasın?!

 

Son dövrlərdə sərhədlərin açılması mövzusu ciddi müzakirələrin predmetinə çevrilib. Fərqli fikirlər səsləndirilsə , bir çox hallarda sərhədlərin açılması zərurəti vurğulanırdı. Mövcud geosiyasi vəziyyət nəzərə alındıqda, sərhədlərin bağlı saxlanılmasının təhlükəsizlik baxımından dərəcədə əsaslı düzgün qərar olduğu məsələsi yenidən aktuallaşıb.Sual olunur: mövcud regional beynəlxalq vəziyyəti nəzərə alaraq, sərhədlərin bağlı saxlanılması qərarını təhlükəsizlik baxımından necə qiymətləndirmək olar hazırkı şəraitdə bağlı qalması hansı təhlükələrin qarşısını alır?

 

Milli Məclisin deputatı Arzuxan Əlizadə Hafta.az-a bildirib ki, sərhədlərin bağlı qalması ilə bağlı narahatlığın  ifadə edilməsi sirr deyil. O, eyni zamanda, vurğulayıb ki, quru sərhədlərin bağlı qalması ölkənin turizm potensialına müəyyən mənada mənfi təsir göstərir.

Azərbaycan vətəndaşlarının, xüsusilə Gürcüstan ilə əlaqələri, bu ölkə üzərindən Türkiyə ilə gediş-gəliş imkanları, eləcə Rusiya ilə sərhəd bölgələrində yaşayan insanların gündəlik sosial-iqtisadi münasibətləri bu məhdudiyyətlərdən təsirlənib.

Lakin Azərbaycanın rəsmi mövqeyi təhlükəsizlik prioritetinə əsaslanır. Hazırda bölgədə kifayət qədər mürəkkəb proseslər gedir, geosiyasi risklər, xarici təhdidlər istisna deyil. Xüsusilə İran ətrafında baş verən hadisələr hələ davam edən Rusiya-Ukrayna müharibəsi regional təhlükəsizlik mühitini həssas saxlayır. Belə bir şəraitdə dövlət milli təhlükəsizlik amili əsas prioritet kimi çıxış edir. Bu baxımdan, quru sərhədlərin bağlı qalması təhlükəsizlik prizmasından daha əsaslandırılmış qərardır”.

Deputat hesab edir ki, mövcud gərginlik fonunda yaxın dövrdə sərhədlərin açılması ehtimalı real görünmür. Görünən odur ki, bu məsələ ilə bağlı qərarlar yalnız regional təhlükəsizlik mühitində ciddi davamlı sabitləşmə baş verdikdən sonra yenidən nəzərdən keçirilə bilər.

Siyasi şərhçi Qulu Məhərrəmli bildirib ki, pandemiyadan sonrakı mərhələdə quru sərhədlərin açılması məsələsi cəmiyyətdə ciddi müzakirə mövzusu idi. Xüsusilə İran, Gürcüstan Rusiya ilə sərhədlərin açılıb-açılmaması gündəmdə saxlanılır, müxtəlif arqumentlər yanaşmalar səsləndirilirdi.

Hazırda bölgədə cərəyan edən proseslər dəyişkən geosiyasi reallıq göstərir ki, sırf təhlükəsizlik prizmasından yanaşdıqda quru sərhədlərin bağlı qalması daha əsaslı ehtiyatlı qərar kimi qiymətləndirilə bilər. Mövcud risk faktorları regional qeyri-müəyyənlik şəraiti nəzərə alınarsa, sərhəd siyasətinin emosional deyil, təhlükəsizlik maraqları əsasında formalaşdırılması zəruri görünür.

Q.Məhərrəmli hesab edir ki, sərhədlərlə bağlı gələcək qərarlar da məhz bölgədə davam edən proseslərin nəticəsindən, təhlükəsizlik mühitinin sabitləşmə səviyyəsindən risklərin qiymətləndirilməsindən asılı olacaq.

Milli Məclisin deputatı Razi Nurullayev bildirib ki, normal sabit şəraitdə açıq sərhədlər hər bir dövlət üçün arzuolunan model hesab olunur. Mövcud reallıqları da nəzərə almaq vacibdir.

Hazırda region kifayət qədər mürəkkəb geosiyasi vəziyyətlə üz-üzədir. Azərbaycanın həm şimalında, həm cənubunda yerləşən qonşu ölkələr faktiki olaraq müharibə ya ciddi hərbi-siyasi gərginlik şəraitindədir. Belə bir fon şəraitində sərhədlərlə bağlı qərarlar yalnız ictimai istək gözləntilər əsasında deyil, ilk növbədə milli təhlükəsizlik meyarları prizmasından dəyərləndirilməlidir.

Gərgin regional mühitdə sərhədlərin tam açılması müəyyən risklər yarada bilər. Odur ki, indiki mərhələdə sərhədlərin bağlı saxlanılması daha çox təhlükəsizlik zərurətindən irəli gələn qərar kimi qiymətləndirilməlidir. Regionda sabitlik təhlükəsizlik mühiti möhkəmləndikcə, gələcəkdə sərhədlərin açılması məsələsinin daha əlverişli təhlükəsiz şəraitdə yenidən gündəmə gəlməsi mümkündür”, - deputat deyib.

Siyasi ekspert Əkbər Qoşalı bildirib ki, sərhəd siyasəti təkcə ikitərəfli münasibətlər deyil, həm regionun ümumi təhlükəsizlik arxitekturası fonunda dəyərləndirilməlidir. Onun sözlərinə görə, Azərbaycanın yerləşdiyi coğrafiyaya nəzər saldıqda, qərarın emosional yox, rasional təhlükəsizlik hesablamasına söykəndiyi daha aydın görünür.

Ə.Qoşalı quru sərhədlərin bağlı qalması qərarını bir neçə əsas risk kateqoriyasına aid edib. Qeyd edib ki, müharibə sanksiya şəraitində insan alveri, saxta sənəd, gizli marşrut süzülməkanalları aktivləşir. Bağlı rejim nəzarəti mərkəzləşdirir selektiv buraxılış mexanizmini gücləndirir. Eləcə regiondakı müxtəlif silahlı ocaqlar fonunda sərhəd nəzarətinin sərtləşdirilməsi preventiv tədbir kimi görünür. Bu ya digər kontekstdə sərhədlərin bağlı saxlanılmasıizolyasiya siyasətikimi deyil, daha çox önləyici təhlükəsizlik filtri kimi oxunmalıdır.

Milli Məclisin deputatı Elnarə Akimova bildirib ki, quru sərhədlərinin açılması təhlükəsizlik məsələsi olduğu üçün emosional yox, soyuq başla, faktlara əsaslanaraq qiymətləndirilməlidir. Mövcud regional beynəlxalq şərait isə göstərir ki, sərhədlərin bağlı saxlanılması təkcə inzibati qərar deyil, konkret risklərin idarə olunması vasitəsidir.

Deputat qeyd edib ki, əvvəla, regionun cənub istiqamətində son illər daxili siyasi gərginlik, kütləvi etirazlar, təhlükəsizlik orqanları ilə toqquşmalar ən nəhayət son günlər İsrail ABŞ ilə müharibə fonunda sərhədlərin tam açılması nəzarətsiz miqrasiya axını, radikal dini-ideoloji təsirlərin yayılması, habelə xüsusi xidmət orqanlarının aktivləşməsi risklərini artırır. Dövlət təhlükəsizliyi baxımından sərhəd nəzarətinin sərtləşdirilməsi bu risklərin minimuma endirilməsinə xidmət edir.

Həmçinin, şimal istiqamətindəRusiyada vəziyyət daha mürəkkəbdir. 2022-ci ildə başlayan Rusiya-Ukrayna müharibəsi regionun təhlükəsizlik arxitekturasını kökündən dəyişib. Qismən səfərbərlik qərarlarından sonra minlərlə Rusiya vətəndaşının qonşu ölkələrə axını baş verdi. Bu axın təkcə sosial-iqtisadi yük yaratmır, eyni zamanda hüquqi statusu qeyri-müəyyən olan şəxslərin, potensial kriminal ya kəşfiyyat fəaliyyəti riski daşıyan elementlərin nəzarətsiz hərəkətini gündəmə gətirir. Müharibə şəraitində olan dövlətlə açıq sərhəd siyasəti təhlükəsizlik baxımından avtomatik risk zonası yaradır.

Bununla yanaşı, Cənubi Qafqaz ümumilikdə post-münaqişə mərhələsindədir. Regionda kommunikasiya xətlərinin açılması ilə bağlı müzakirələr davam etsə , sabit institusional təhlükəsizlik mexanizmləri tam formalaşmayıb. Belə şəraitdə sərhədlərin mərhələsiz genişmiqyaslı açılması qaçaqmalçılıq, qanunsuz silah dövriyyəsi, narkotik tranziti transmilli cinayətkarlıq üçün əlavə imkanlar yarada bilər. Xüsusilə İran marşrutu uzun illər beynəlxalq hesabatlarda narkotik tranzit xətti kimi qeyd olunub. Bu faktor da nəzərə alınmalıdır.

Siyasi şərhçi Məhəmməd Əsədullazadə bildirir ki, son illər Azərbaycanda sərhədlərin bağlı saxlanması əsasən pandemiya arqumenti ilə izah olunurdu. Qlobal pandemiya rejimi aradan qalxdığı bir dövrdə bu əsaslandırmanın aktuallığı sual doğurur. Ekspert hesab edir ki, əgər məsələ sırf təhlükəsizliklə bağlıdırsa, bu zaman da vəziyyət müqayisəli şəkildə qiymətləndirilməlidir.

Hesab edirəm, sərhədlər açılmalıdır. Məsələn, həm Ermənistan, həm Gürcüstan sərhədlərini açıq saxlayır. Halbuki regionda davam edən Rusiya-Ukrayna müharibəsi Yaxın Şərqdə artan gərginlik fonunda risklər yalnız bir ölkəyə xas deyil.

Digər tərəfdən, sərhəd təhlükəsizliyi artıq yalnız fiziki bağlama ilə ölçülmür. Müasir dövrdə risklərin idarə olunması daha çox texnoloji nəzarət sistemləri, kəşfiyyat məlumatları çevik hüquq-mühafizə mexanizmləri ilə həyata keçirilir. Əgər real qaçqın axını ya humanitar böhran riski yoxdursa, sərhədlərin uzunmüddətli bağlı qalması iqtisadi, sosial humanitar əlaqələrə mənfi təsir göstərə bilər”, – ekspert deyib.

M.Əsədullazadənin arqumenti ondan ibarətdir ki, Azərbaycan kifayət qədər güclü təhlükəsizlik institutlarına malikdir risklər selektiv nəzarət vasitələri ilə idarə oluna bilər. Onun fikrincə, bu halda sərhədlərin tam bağlı qalması yox, mərhələli nəzarətli açılması daha məntiqli alternativ kimi görünür.

 

Tahirə Qafarlı

 

Həftə içi.- 2026.- 5-11 mart, ¹9.- S.5.