Dünyanı qorxudan
MÜHARİBƏ
İrana qarşı başlayan hücumlar Azərbaycanda da dərin narahatlıq və diqqətlə izlənilir. Bölgədəki
gərginliyin əhatə
dairəsinin genişlənməsi
xüsusilə vurğulanmalıdır.
Artıq müharibənin
üç tərəfi
yoxdur. İran ABŞ-nin
hücumlarına cavab
olaraq Körfəz ölkələri, Suriya, İordaniya, hətta Kiprə belə raket və dron
zərbələri endirir.
Belə bir məqamda proseslərin axarı ciddi şəkildə analiz olunur. Müharibənin nə zaman başa
çatacağına dair
ehtimallar səsləndirilir.
Donald Trampın «böyük dalğa hələ gəlməyib»
sözləri Vaşinqton
və Tehran arasında gərginliyi yenidən pik həddə çatdırıb.
Şərhlərə görə,
növbəti addım
əvvəlki əməliyyatlardan
daha ciddi ola bilər. Strateji bombardmançı
təyyarələr və
«ən böyük bombalar» iddiası müzakirə mövzusudur.
Beləliklə, həqiqətən
böyük bir hücum gəlir, yoxsa bu, psixoloji
müharibə taktikasıdır?
"Böyük hücum"
Ağ evin
son açıqlamaları
ABŞ-nin İrana qarşı hava kampaniyasının əhatə
dairəsini genişləndirməyə
hazırlaşdığına dair qiymətləndirmələri
gücləndirir. Ekspertlər
isə böyük bir hücumun strateji bombardmançı
təyyarələrin yerləşdirilməsi
və daha ağır sursatların istifadəsini əhatə
edə biləcəyini
irəli sürürlər.
Prezident Tramp açıqlamasında İrana
qarşı əməliyyatların
hələ ən sərt mərhələsinə
çatmadığını vurğulayıb. «Biz hələ onlara güclü zərbələr
endirməyə başlamamışıq.
Böyük dalğa hələ gəlməyib.
Böyük dalğa tezliklə gələcək»,
– deyə Tramp açıq şəkildə
ABŞ hərbi variantlarının
masada olduğunu bildirib. Trampın bu açıqlamaları Tehrana gözlənilən
çəkindirici təsir
yaratmayıb.
«The Telegraph» qəzetində
dərc olunan xəbərə görə,
Bəhreyndə yerləşən
Beynəlxalq Strateji Araşdırmalar İnstitutunun
(IISS) müdafiə üzrə
tədqiqatçısı Saşa Bruxmann bildirib ki, «böyük
hücum» ifadəsinin
ehtimal olunan mənası strateji bombardmançılarla həyata
keçiriləcək intensiv
və davamlı hava layihəsidir: «Ən əsası, strateji bombardmançı
donanma, yəni B-1, B-2
və B-52 təyyarələri
vasitəsilə həyata
keçiriləcək bombardman
əməliyyatı».
Mütəxəssislərin
fikrincə, bu, yalnız uçuşların
sayının artması
deyil, həm də daha ağır
və bunkerləri dağıdan sursatların
intensiv istifadəsi demək ola bilər.
Buvaxtadək çəkilən xərc
Müharibə insan itkisinə səbəb olmaqla yanaşı, həm də iştirak edən ölkələr üçün ciddi maliyyə itkilərinə
səbəb olub. Ən son olaraq
ABŞ-də istifadə
edilən raketlərin
dəyəri, İsrailin
İrana hücumu, bu müharibənin
ABŞ-yə necə başa gəldiyi müzakirə olunur.
CNN TURK xarici xəbərlər redaktoru
Ənvər Kaptanoğlunun
hesablamalarına görə,
Küveytdə təsadüfən
3 F-15 vurulub. Dost atəşi ilə vurulmasının dəyəri
270 milyon dollardır. Bu, 2,29 milyard dollarlıq rəqəmə
daxildir. İlk hücumda 120 Tomahawk raketi atılıb. Bu, 240 milyon dollar deməkdir. Daha çətin hədəflər üçün
istifadə edilən
JASSM raketləri 90 milyon
dollara başa gəlib. Dəniz hücumlarında 9 İran gəmisi
hədəfə alınıb
və 75 milyon
dollara başa gəlib. Hazırkı xərc 2,291 milyard dollardır.
Kürd kartı
CNN-ə danışan mənbələr MKİ-nin
İrandakı planları
ilə bağlı iddialar irəli sürüblər. Mənbələr
iddia edir ki, ABŞ administrasiyası
hərbi dəstək
verilməsi ilə bağlı İran müxalifət
qrupları və İraq Kürdüstan
Regional Hökumətinə (İKRH) sığınan İran kürd
müxalifət nümayəndələri
ilə fəal danışıqlar aparır.
İran kürd mənbəsi bildirib ki, İranın qərbindəki bəzi silahlı müxalifət qrupları müəyyən
hərəkətlər planlaşdırır
və ABŞ və İsraildən dəstək
gözləyirlər. Həmçinin
iddia edilir ki, bölgədəki kürdlər İsrail üçün «bufer zonası» yaratmaq üçün İranda
müəyyən bir ərazini ələ keçirə bilərlər.
Keçmiş Pentaqon rəsmisi və CNN-in milli təhlükəsizlik
üzrə eksperti Aleks Plitsas iddia
edib ki, «ABŞ kürdləri silahlandırmaqla
İran üsyanını sürətləndirməyə
çalışır». Plitsas
bildirib ki, «İran xalqı ümumiyyətlə
silahsızdır və
təhlükəsizlik qüvvələri
dağılmadığı və kimsə onları silahlandırmadığı
təqdirdə, hakimiyyəti
ələ keçirmək
çətin olacaq».
ABŞ-nin çətinlikləri
Təqaüddə olan ABŞ ordusu polkovniki Duqlas Makqreqor ABŞ ilə
İran arasında davam
edən münaqişə
ilə bağlı diqqətəlayiq açıqlamalar
verib. Makqreqor, xüsusən də lojistik zəifliklər və bölgədəki hərbi balansla bağlı təəccüblü
qiymətləndirmələr edib.
“One America News Makqreqor”
ABŞ-nin bölgədəki
hərbi mövcudluğunun
ağır zərbə
aldığını iddia
edərək bildirib:
“Bütün bazalarımız
məhv edilib. Liman qurğularımız
yerlə-yeksan edilib. Hərbi Dəniz Qüvvələrinin məlumatına
görə, biz Hindistan limanlarına çəkilməyə məcburuq”.
İranın hərbi imkanlarına diqqət çəkən
Makqreqor deyib: “Düşünürəm, İran, məyusluğumuza baxmayaraq,
çox-çox yaxşı
işlər görür”.
O, İranın böyük
əhalisi və coğrafi ölçüsü,
eləcə də güclü istehsal gücünə malik olduğunu vurğulayıb.
Makqreqor bildirib
ki, 93 milyon əhalisi olan İran Qərbi Avropa böyüklüyündə bir
qitə gücüdür.
Münaqişəni yaxından
izləyən iki qlobal gücə diqqət çəkən
Makqreqor bildirib ki, Çin və Rusiya prosesi kənardan izləyir, lakin İranla sıx əlaqədədirlər. O, bu
ölkələrin verdiyi
peyk kəşfiyyatının
yerində əhəmiyyətli
təsirlərə malik
olduğunu iddia edib.
İranın yeraltı hərbi infrastrukturuna toxunan Makqreqor deyib: “Hazırda İranın bütün əyalətlərinin
altında yerləşən
“raket şəhərləri”
toxunulmamış qalır
və tükənməz
raket ehtiyatına malikdir”.
ABŞ üçün ən vacib problemin
logistika olduğunu bildirən Makqreqor bildirib: “Düşünürəm
ki, logistika bu əməliyyatda ən zəif halqadır. Sursatı yenidən doldurmalı, materialları daşımalı
və yükləri göndərməlisiniz”.
Görünən odur ki, tərəflərdən
heç biri hələlik geri addım atmaq və danışıqlar
masasına üz tutmaq barədə fikirləşmirlər. Qarşılıqlı
hücumlar isə getdikcə kəskinləşir.
İran ətrafındakı vəziyyət proqnozlaşdırılması
çətin bir hal almaqdadır.
Ləman Əliyeva
Həftə
içi.- 2026.- 5-11 mart, ¹9.- S.1.