Ekoloji fəlakətin astanasında

 

İran ətrafında yaşanan müharibə tək humanitar yox, həm bəşəriyyəti təhdid edən ekoloji təhdidlər yaradır. Artıq müharibə 12 gündür davam edir. Lakin münaqişə bölgəsindən gələn xəbərlər heç yaxşı nəticələr vəd etmir. 

Belə ki, İsrailin İranın neft infrastrukturuna kütləvi zərbələri nəticəsində Tehranda ekoloji fəlakət turşu yağışı baş verib. Zərbələr nəticəsində təhlükəli maddələr - karbohidrogenlər, kükürd azot oksidləri atmosferə buraxılaraq ciddi hava çirklənməsinə səbəb olub. 8 mart gecəsi Tehranda neft yanma məhsulları olan turşu yağışı nəticəsində sakinlər dərilərində geyimlərində qara ləkələrdən, baş ağrılarından nəfəs alma problemlərindən şikayətləniblər. Səhiyyə rəsmiləri sakinləri yağış zamanı evdə qalmağa çağırıb. Livanlı diplomat Məhəmməd Səfa vəziyyətihumanitar ekoloji fəlakətadlandıraraq şəhərinüvə qışıilə müqayisə edib.

Şəhər qalın, qara, zəhərli tüstü buludları ilə örtülüb. Doqquz milyon sakin sözün əsl mənasında neftlə qarışıq yağışla bombardman edilir hər nəfəs kanserogen çirklənmiş hava ilə doludur. İnsanlar onu nəfəs alır. Heyvanlar onu nəfəs alır. Ağaclar onu nəfəs alır. Bu, humanitar ekoloji fəlakətdir”, - deyə diplomat bildirib.

İran Xarici İşlər Nazirliyi neft infrastrukturuna edilən zərbələri kimyəvi müharibəyə bərabər bir hərəkət adlandırıb. Cənub-Şərqi Norveç Universitetinin professoru Qlen Diesen daxil olmaqla, mütəxəssislər qarşıdakı onilliklərdə uzunmüddətli nəticələr - çirklənmə səbəbindən xərçəng digər xroniki xəstəliklərin artması barədə xəbərdarlıq edirlər. Hava kütləsinin monitorinqi göstərir ki, çirklənmiş bulud Orta Asiya Çinə doğru hərəkət edir. Özbəkistan, Qazaxıstan Qırğızıstan risk altındadır.

İranda bəşəriyyəti təhdid edən qorxunc gözləntilər bununla da yekunlaşmır. Artıq tərəflərin nüvə təhdidinə hazırlaşdığı da yayılan iddialar arasındadır.

Britaniyalı siyasətçi analitik Corc Qallovey nüvə silahları ilə silahlanmış ABŞ təyyarəsinin yüksək risk zonasına yerləşdiriləcəyini açıqlayıb. Ekspert belə bir addımın nəticələri ilə bağlı ciddi narahatlığını bildirib.

Qalloveyə görə, regionda nüvə arsenalının istifadəsi qaçılmaz olaraq bütün qlobal birliyə zərər verəcək, çünki bu, gələcəkdə bu cür silahların daha tez-tez istifadəsinə səbəb ola bilər. Analitik məsuliyyəti açıq şəkildə müəyyən edərək qeyd edib ki, bu, İsrail qüvvələrinə aid deyil.

Bunlar İsrailin nüvə silahları deyil, Amerika silahlarıdır. Onlar hazırda Yaxın Şərqə gedən eyni Qiyamət təyyarəsindədir, ona görə bu silahlar İsrail deyil, Amerika silahlarıdır”, - deyə ekspert vurğulayıb.

Qiyamət təyyarəsi” termini ictimaiyyət tərəfindən ABŞ Hərbi Hava Qüvvələri Komandanlığına məxsus xüsusi təyyarə olan Boeing E-4B Nightwatch-a aid edilir. Bununla belə, region səmasında nüvə zərbəsi imkanları təmin etmək üçün hazırlanmış Boeing E-6B Mercury təyyarəsi müşahidə olunub.

Müşahidəçilərin fikrincə, bu cür ixtisaslaşdırılmış avadanlıqların İran yaxınlığında yerləşdirilməsi Vaşinqtonun münaqişəni qızışdırmağa həddindən artıq hazır olduğunu ya bölgədəki siyasi qüvvələrə böyük təzyiq göstərmək cəhdini göstərir.

Ekspertlər nüvə təhdidinə səbəb ola biləcək digər mühüm məqam kimi ABŞ İsrailin münaqişənin sonrakı mərhələsində yüksək zənginləşdirilmiş uran ehtiyatlarını ələ keçirmək üçün İrana xüsusi qüvvələr göndərməyi nəzərdən keçirməsini göstərirlər. Bu barədə Axios mənbələrə istinadən məlumat verib.

Nəşrin məlumatına görə, ABŞ prezidenti Donald Trampın administrasiyası İranın nüvə materialları məsələsinin həlli üçün bir neçə ssenarini araşdırır. Bir variant uranın ölkədən tamamilə çıxarılmasını, digəri isə onu yerindəhəll etməküçün mütəxəssislərin cəlb edilməsini nəzərdə tutur.

Portalın mənbələrinə görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) alimləri missiyada iştirak edə bilərlər. İki mənbə münaqişə başlamazdan əvvəl Amerika liderinə təqdim edilən variantlar arasında bu cür əməliyyatların olduğunu təsdiqləyib.

Safirbeyin mərkəzinin rəhbəri, hərbi ekspert Aleksey Boqatıryov iddia edir ki, əgər Təl-Əviv Yaxın Şərq münaqişəsini mövcudluq təhlükəsi hesab edirsə, İsrailin hipotetik hücumları səbəbindən İranda nüvə fəlakəti riski mövcuddur. “Şanslar yüksəkdir. Rosatom artıq Buşehr nüvə obyekti yaxınlığında təhlükəli vəziyyətdən danışır. Bu, qəbuledilməzdir, lakin sərhədlər dəfələrlə keçilib. Unutmamalıyıq ki, İsrailin nüvə reaktoru elan edilməmiş silahları var. Bu vəziyyəti unikal edən odur ki, İsrail özünü xilas etmək üçün istənilən addımı atmağa hazırdır”, - deyə analitik qeyd edib.

Xatırladaq ki, İranın İsfahan əyalətindəki nüvə obyekti ABŞ İsrail qüvvələrinin raket hücumundan sonra ciddi ziyan görüb. ISNA xəbər agentliyi bu barədə 8 martda Telegram kanalında məlumat verib. 3 martda isə Beynəlxalq Atom Enerjisi Agentliyi Nətənzdəki yeraltı nüvə yanacağı zənginləşdirmə obyektinin infrastrukturuna dəyən ziyanı təsdiqləyib. Agentliyin mütəxəssisləri son peyk görüntülərini təhlil edib ərazidəki ziyanı sənədləşdiriblər. Hər iki haidsə ilə bağlı radioloji yayılma riskinin olmadığı iddia edilib.

İranın 60%-ə qədər zənginləşdirilmiş uranının demək olar ki, yarısı İsfahandakı tunel kompleksində saxlanılır. Bu barədə AEBA direktoru Rafael Qrossi bildirib. Onun fikrincə, İsfahandakı uran, demək olar ki, nüvə silahı hazırlamağa imkan verən səviyyədədir. Qrossi bildirib ki, bu tunel kompleksi ötən ilin iyununda İsrail ABŞ tərəfindən İranın nüvə obyektlərinə endirilən zərbələr nəticəsində ciddi ziyan görməmiş yeganə obyektdir.

Bununla belə, ekspertlər həyəcan təbili çalmaqda davam edirlər. Təbii ki, İranda yaşanacaq hansısa nüvə fəlakətinin yaxın qonşularına, o cümlədən Cənubi Qafqaza ciddi təsirlərinin olacağı ehtimalı da yüksəkdir.

İrana qarşı hərbi əməliyyatların davam etdiyi nüvə obyektlərinə zərbələr endirilməsi barədə məlumatların yayılması fonunda Azərbaycan hökuməti tərəfindənNüvə digər kütləvi qırğın silahının mümkün tətbiqi təhlükəsi ilə əlaqədar həyata keçiriləcək profilaktika təhlükəsizlik tədbirləri barədə əhalinin maarifləndirilməsi məlumatlandırılması Qaydasıtəsdiq edilib. Baş nazir Əli Əsədov bununla bağlı qərar imzalayıb. Bu qərar əsasən insanların belə fövqəladə hallarda necə davranmalı olduğu hansı təhlükəsizlik tədbirlərinin görüləcəyi barədə məlumatlandırılmasını tənzimləyir.

Sənədin əsas qayəsini əhalinin maarifləndirilməsi təşkil edir. Belə ki, mümkün təhlükə zamanı profilaktik addımların atılması vətəndaşların vaxtında xəbərdar edilməsi üçün konkret qaydalar müəyyənləşib. Bu addım Prezidentin 2025-ci ildə imzaladığı müvafiq sərəncamın icrasını təmin etmək məqsədi daşıyır.

Qərara əsasən dövlət qurumları kütləvi qırğın silahlarının yarada biləcəyi risklərə qarşı əhalini qabaqcadan hazırlamalıdır. Bura həm mühafizə üsulları, həm təhlükə anında həyata keçiriləcək praktiki tədbirlər daxildir. Hökumət bu qaydalarla hər hansı böhran vəziyyətində qarışıqlığın qarşısını almağı insanların təhlükəsizliyini maksimum dərəcədə qorumağı hədəfləyir.

Qərarın imzalanmasından sonra sosial şəbəkələrdə nüvə təhlükəsi zamanı necə davranılmalı olduğuna dair sosial çarxlar yayılıb. Bir çoxları bunu ciddi narahatlıqla qarşılasalar da müvafiq açıqlamalar narahatlıq üçün heç bir əsas olmadığı, sadəcə vətəndaşların fövqəladə hallarla bağlı necə davranmalı olduğuna dair məlumatlandırma mahiyyəti daşıdığı yönündədir.

İstənilən halda İranda müharibənin davam etməsi gərginliyin daha da yüksəlməsi ekoloji böhrana, o cümlədən nüvə çirklənməsinə səbəb ola biləcək addımların atılması riskini özündə saxlayır. Təhdidin ortadan qalxmasının yeganə yolu isə münaqişənin tezliklə başa çatması, ən azından Azərbaycan da daxil yaxın bölgədə yerləşən dövlətləri təhdid edə biləcək addımların atılmasından qaçınılması, beynəlxalq təhlükəsiz qaydalarına ciddi riayət edilməsindən keçir.   

 

Ləman Əliyeva

 

Həftə içi.- 2026.- 12-18 mart, ¹10.- S.1; 4.