Azərbaycan reallığı

Avropada qəbul olunur  

 

Artıq Avropada bir çoxları anlayır ki, dünyəvi dövlət prinsipləri ilə yaşayan Azərbaycan bu mürəkkəb dövrdə həm Qərb, həm islam dünyası üçün sabitlik əməkdaşlıq nümunəsi kimi çıxış edir"

 

Xəbər verildiyi kimi, martın 11-də Avropa İttifaqı Şurasının Prezidenti António Costa Azərbaycana səfər edib. Onun Bakıya səfəri siyasi baxımdan diqqət çəkən hadisə kimi dəyərləndirilir. Bu səfər AzərbaycanAvropa münasibətləri, enerji əməkdaşlığı regional təhlükəsizlik kontekstində bir sıra mühüm suallar doğurur. Müsahibimiz Milli Məclisin deputatı Asim Mollazadədir.

Martın 11-də Avropa İttifaqı Şurasının prezidenti Bakıya səfər edir. Sizcə, bu səfərin ən önəmli mesajı nədir?

Əslində, Avropa Birliyi Azərbaycanın həyata keçirdiyi layihələrdə çox maraqlıdır. Söhbət əsasən enerji nəqliyyat layihələrindən gedir. Yaxın Şərqdə baş verən müharibələr, eləcə Rusiya-Ukrayna müharibəsi fonunda Azərbaycan Avropa ilə Asiyanı birləşdirən ən mühüm dəhlizlərdən birinə çevrilib.

Bu layihələrin böyük hissəsi məhz Azərbaycanın investisiyaları hesabına həyata keçirilir Avropa Birliyi bu prosesdə ciddi maraq nümayiş etdirir.

Avropa Birliyi Azərbaycanın enerji resurslarında maraqlıdır. Regionda baş verən gərginliklər enerji bazarındakı qeyri-sabitlik Avropada enerji təhlükəsizliyi məsələsini daha da aktuallaşdırıb. Bu səbəbdən Avropa ölkələri Azərbaycandan enerji ixracının artırılmasını xahiş edir. Artıq Avropada bir çoxları anlayır ki, dünyəvi dövlət prinsipləri ilə yaşayan Azərbaycan bu mürəkkəb dövrdə həm Qərb, həm islam dünyası üçün sabitlik əməkdaşlıq nümunəsi kimi çıxış edir.

Bəzi analitiklər deyir ki, AŞPA ilə böhrana baxmayaraq, Avropa İttifaqı ilə münasibətlər yaxın illərdə daha da güclənəcək. Sizcə, bunun əsas səbəbləri nələrdir?

Avropa İttifaqı Şurası ilə AŞPA tamamilə fərqli qurumlardır. Doğrudur, hər iki təşkilatın daxilində korrupsiya lobbiçiliklə bağlı müxtəlif iddialar zaman-zaman gündəmə gəlib. Lakin Avropa Birliyində qərarvermə mexanizmlərinə təsir edən siyasi strukturlar daha real siyasi iqtisadi gücə malikdirlər.

Son illərdə Avropa Şurası Parlament Assambleyasında baş verən qalmaqallar göstərdi ki, bu qurum daxilində təsir uğrunda mübarizə kifayət qədər mürəkkəbdir. Müxtəlif lobbi qruplarının – o cümlədən erməni Rusiya yönümlü şəbəkələrinmüəyyən təsir imkanlarını qorumağa çalışdığı barədə analitik müzakirələr mövcuddur.

Hər iki qurum Avropa platforması olsa da, onların funksiyaları fərqlidir. Avropa Birliyi üzv ölkələrin iqtisadi siyasi həyatına birbaşa təsir edən qərarlar qəbul edən institutdur. AŞPA isə daha çox siyasi dialoq demokratik institutların monitorinqi ilə məşğul olur. Avropa Birliyinin təhlükəsizlik sistemi daha güclüdür.

Enerji əməkdaşlığı Orta Dəhliz layihəsi AzərbaycanAvropa münasibətlərində hansı strateji əhəmiyyətə malikdir?

– Bu layihələr Avropa Birliyi üçün çox böyük əhəmiyyət daşıyır. Bu gün Azərbaycan artıq Avropanın bir sıra ölkələrinin enerji təhlükəsizliyində mühüm rol oynayır. Bununla yanaşı, Azərbaycanın bir çox Avropa ölkələri ilə strateji tərəfdaşlıq münasibətləri mövcuddur bu əməkdaşlıq davam edir.

Baxmayaraq ki, müəyyən lobbi qrupları bəzi ölkələrdə Azərbaycanla münasibətlərə kölgə salmağa çalışırlar, reallıq ondan ibarətdir ki, Avropa Birliyinin Azərbaycanla əməkdaşlıqda böyük maraqları var.

Azərbaycanın Orta Asiya ölkələri ilə qardaşlıq münasibətləri birgə həyata keçirilən layihələr bu prosesdə mühüm rol oynayır. Xüsusilə Azərbaycanın son illərdə inkişaf etdirdiyi yaşıl enerji təşəbbüsləri həm qlobal enerji təhlükəsizliyi baxımından, həm Avropa üçün böyük əhəmiyyət kəsb edir.

Azərbaycanın Avropa üçün alternativ enerji mənbəyi kimi rolu yaxın illərdə necə dəyişə bilər?

Yaxın illərdə bu istiqamətdə ciddi dəyişikliklərin olacağını düşünmürəm. Azərbaycan artıq etibarlı enerji tərəfdaşı olduğunu sübut edib. Bu gün Avropa üçün enerji təhlükəsizliyi məsələsi prioritetdir Azərbaycan bu sahədə mühüm rol oynayır. Məhz buna görə Azərbaycanın Avropa ilə enerji əməkdaşlığının gələcəkdə davam edəcəyinə daha da genişlənəcəyinə inanıram.

Azərbaycanın AŞPA nümayəndə heyətinin səlahiyyətlərinin təsdiqlənməməsi ilə bağlı böhran Avropa ittifaqı ilə münasibətlərə necə təsir edir?

– Bu məsələni strateji baxımdan həlledici faktor hesab etmirəm. Çünki Avropa ölkələrinin əsas siyasi qərarları daha çox Avropa Birliyi platformasında formalaşır. AŞPA isə daha çox siyasi müzakirə debat platformasıdır. Ona görə bu kimi qərarlar ümumi AvropaAzərbaycan əməkdaşlığının strateji istiqamətini müəyyənləşdirən amil deyil.

Cənubi Qafqazda təhlükəsizlik məsələləri, xüsusilə Qarabağ müharibəsi sonrası reallıqlar Avropa üçün qədər önəmlidir?

Regionda yeni geosiyasi reallıq formalaşıb. Azərbaycan münaqişəni həll edib Cənubi Qafqazda yeni təhlükəsizlik sisteminin qurulması istiqamətində mühüm rol oynayır. Bu prosesdə Azərbaycanın strateji tərəfdaşı olan Turkiyə faktoru da böyük əhəmiyyət daşıyır. Azərbaycan Türkiyə regionda sabitliyin qorunmasında mühüm rol oynayan güclərdir.

AzərbaycanErmənistan münasibətləri mümkün sülh sazişi məsələsinə Avropanın rolu necə qiymətləndirilə bilər?

Azərbaycan, artıq regionda sülh gündəliyini irəli sürən tərəf kimi çıxış edir. Ermənistanla münasibətlərin normallaşması istiqamətində təşəbbüs əsasən Azərbaycandan gəlir. Problemlərin bir hissəsi isə Ermənistan daxilində mövcud olan siyasi ideoloji faktorlarla  bağlıdır. Uzun illər regionda müxtəlif geosiyasi maraqlar mövcud olub bu təsirlər hələ müəyyən səviyyədə qalmaqdadır. Avropa isə hər zaman öz maraqları üzərindən çıxış edir. Bununla belə, Ermənistan cəmiyyətində sülhə olan tələbat da artır. Ümid etmək olar ki, regionda dayanıqlı sülhün əldə olunması üçün real imkanlar yaranacaq.

 

Asim Mollazadə

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

Həftə içi.- 2026.- 12-18 mart, ¹10.- S.3.