Hakim Abdullayevin 65 illik

yubileyi qeyd edilib.

 

Beynəlxalq Muğam Mərkəzində tanınmış klarnet ifaçısı Hakim Abdullayevin 65 illik yubileyi qeyd edilib.

Peşəkar nəfəsli alətlər ifaçısı kimi özünəməxsusluğu ilə seçilən yubilyarı təbrik etmək üçün çoxsaylı sənət dostları, instrumental ifaçılar xanəndələr geniş konsertlə çıxış edərək öz musiqi sovqatlarını hədiyyə ediblər. 

Yubiley gecəsində çıxış edən Xalq artisti, professor Ağaverdi Paşayev, Xalq artisti Ağacəbrayıl Abasəliyev, Sənətşünaslıq üzrə fəlsəfə doktorları Əhsən Rəhmanlı, Aydın Əliyev, Əməkdar artist Akif Qürbətov, Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının instrumental ansamblın rəhbəri Mirxalid Salayev sənətkarın ifa xüsusiyyətlərindən söz açıblar. Çıxışlarda bildirilib ki, Hakim Abdullayev hər zaman mahir yeniliklərə imza atan ifaçı kimi sevilib. Həm balaban həm klarnet alətində ecazkar ifaları ilə musiqisevərlərin zövqünü oxşayır. İfaçı uzun illərdir ki, Azərbaycan Dövlət Akademik Filarmoniyası Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının solisti kimi səmərəli fəaliyyətini davam etdirir, həm solo ifaçı olaraq həm müşayiətçi kimi sevilib- seçilir. Yubiley tədbiri  Rəşid Behbudov adına Dövlət Mahnı Teatrının ansamblının müşayiəti ilə tanınmış instrumental ifaçılar xanəndələr , Xalq artisti Ənvər Sadıqovun rəhbərliyi iləQaytağıansamblının rəngarəng bir-birindən parlaq musiqi nömrələri ilə davam edib. Sonda yubilyar tədbirin təşkilatçılarına iştirakçılara minnətdarlığını bildirib.

 

Həftə içi.- 2026.- 15-21 yanvar, ¹2.- S.8.