Mətbuatın ayrı yolu yoxdur
Jurnalist sosial mediada da öz ənənəvi mediasını təmsil etdiyini unutmamalıdır"
Bu gün media ilə bağlı yeni tələb
və yanaşmalar
var. Müəyyən dəyişikliklər
elektron medianın fəaliyyətini önə
çıxarıb. Eyni
zamanda, elektron media da sosial şəbəkələrin
– vətəndaş jurnalistikasının
daha operativ informasiya ötürücüsü
kimi önə çıxmasının kölgəsində
qalır. Sanki hər bir fərdə xəbərçi rolunda çıxış etmək
imkanı verilir. Ənənəvi media və
peşəkarlardan bu prosesdə etibarlılığı
qorumaq üçün
mühafizəkarlıq, fərqli
kontentlə oxucu qarşısına çıxmaq
tələb olunur.
Müsahibimiz media eksperti Almas Mahmuddur:
- Azərbaycan mediası bu gün informasiya
axını ilə üz-üzədir. Yeni dövrün,
mühitin içindəyik.
Media olaraq hara gedirik, necə olacaq, tam deyə bilmirik. Bircə onu bilirik ki, bu mühitin içində olmalı, öyrənib, sağ qalmağı bacarmalıyıq. Süni
intellektlə bağlı
ölkəmizdə reallaşan
layihələrə baxaq.
Jurnalistika da bunların
içindədir. İnformasiyanın
birbaşa ötürücüsü
məhz bizik. Demək, çox maraqlı yeniliklər baş verir.
Bu günlərdə Birləşmiş
Ərəb Əmirliyinin
paytaxtı Əbu-Dabidə
keçirlən “Bridge” Sammitində
oldum. Altmış min
iştirakçının və 400-dən çox məşhurun qatıldığı
bu media hadisəsindəki
çıxışlar bir
başqa idi. Burada süni intellektin, rəqəmsal medianın necə sürətlə inkişaf
etdiyi və bunların əsasında baş verəcəklər
haqqında mesajlar ötürülürdü. Demək, biz də hazır olmalı, sürətlə
inkişaf etməliyik.
- Mətbuatın, jurnalistin
fəaliyyətində yenilənmə
tələb edən məqamlar hansılardır?
- Nə baş verməsindən asılı
olmayaraq, medianın bir missiyası var: operativlik, neytrallıq, qərəzsizlik. Əgər
əlimizə keçən
informasiyanı mənbələrə
istinad etmədən, yoxlamadan paylaşacaq o zaman auditoriyaya
qərəzli, saxta məlumatlar ötürüləcək.
Bu zaman media cəmiyyətin düşməninə çevriləcək.
- Mətbuatımız yeni reallıqlara uyğun olaraq, ondan tələb
edilən “araşdırmaçı,
tənzimləyici, nizamlayıcı”
kimi çıxış
edə bilirmi?
- Media bu gün də
araşdırmaçıdır. İstər çap mediası, istərsə də elekton medianın fəaliyyətində
illər əvvəllə
indi arasında əsas bir fərq
var: texnoloji imkanlar, bu istiqamətdə gedən inkişaf.
- Sosial media ənənəvi
medianı, yoxsa ənənəvi media sosial
medianı izləyir?
- Hər ikisi bir-birini izləyir, amma elə sosial
medianın özündə
izləyirlər. Əgər
ənənəvi media öz
məlumatlarını paralel
olaraq sosial mediada paylaşırsa, demək, hamı – bütün media sosial mediadadır. İstinad baxımından məsələyə
baxsaq, çox az hallarda sosial
media ənənəvi mediaya
üz tutur və istifadə edir, daha çox
ənənəvi medianın
mənbəyi sosial mediadır.
- Sosial mediada xəbərlərin, informasiyaların
dəqiqliyinin yoxlanılaraq
paylanması ilə bağlı irəli sürülən fikirlər
hansı halda və nə dərəcədə gerçəkləşə
bilər?
– Sosial mediada “xəbər”- deyəndə nəyi nəzərdə tuturuq? Jurnalistin sosial mediadakı fəaliyyətinimi? O zaman belə cavab verək: jurnalist sosial mediada ənənəvi mediada olduğu kimi fəaliyyət göstərməldir. Çalışdığı
ənənəvi mediadan
fərqli bir xəbər, ya şəxsi paylaşım
etsə belə, ehtiyatlı olmalıdır.
Sosial mediada da öz ənənəvi mediasını təmsil etdiyini unutmamalıdır. Bir fakt deyim: illər əvvəl bir jurnalist müxalifətin mitinqi haqqında ənənəvi mediada verdiyi xəbəri öz sosial mediasında başqa cür vermişdi. O, buna görə işdən azad olundu. Əslində,
onun rəhbərliyi düz etmişdi, onu işdən kənarlaşdırmışdı, çünki o jurnalist
media məcəlləsini pozmuşdu.
Başqa bir fakt da deyim: CNN-in ərəb bürosunun əməkdaşı öz
sosial mediasında
Yasir Ərafata rəğbətini
bildirmişdi. Bu hadisəni
başqa bir media öz səhifəsində
xəbər kimi vermişdi. Baxın, demək xəbər yükü var ki, başqa
bir media bunu paylaşıb. Həmin jurnalist CNN-dən çıxarıldı. Düz
etdilər? Bəli.
Biz ənənəvi media qaydalarına
əməl etməliyik.
- Ümumiyyətlə, sosial
mediadan dəqiqlik tələb etmək lazımdırmı?
- Əlbəttə, sosial mediada jurnalistlərdən
birmənalı şəkildə
dəqiqlik tələb
olunur. Sosial medianı azad mühit hesab edib çaşmaq
olmaz. Bu, ilk növbədə,
jurnalistlərə, mediaya,
ikincisi, bütün təbəqələrə, insanlara
aiddir. Ümumiyyətlə,
cəmiyyətin bütün
təbəqələrinin dəqiq
olması mühümdür.
Elə buna görə
də media savadlılığı
məsələsi ortaya
çıxır. Hər
kəsdən informasiyanı
dədiqləşdirib, sonra
paylaşmaq tələb
olunur. Media savadlılığı
isə birbaşa biz jurnalistlərə aid deyil.
İnsanlarımız, – təbəqəsindən,
mövqeyindən asılı
olmayaraq, – dəqiq, qərəzsiz yayımlar etməlidirlər. Axı onlar da
vətəndaş jurnalistləri hesab olunurlar. Onları izləyən minlərlə
insan təsirə düşə bilər, yanlış yola istiqamətlənər və
sair.
- Azərbaycan dilinin şəffaflığının pozulmasında sosial şəbəkələrin xüsusi
rol oynadığı
deyilir. Sosial mediada dilin şəffaflığının
qorunması ilə bağlı hansı addımlar atıla bilər?
– Bu suala cavab vermək
elə də asan deyil. Biz media olaraq özümüzə
cavabdehik. Yəqin ki, dövlət proqramı həyata keçirilməlidir,
sosial media ilə işləyən qurumlar orada olan əməkdaşlarına
dillə bağlı təlimlər keçməlidirlər.
- Xarici təsirlərin artdığı, texnoloji
və qlobal proseslərin genişləndiyi
bir dövrdə Azərbaycan mətbuatı
özünü, dilini,
tərzini qoruya bilirmi?
- Qorumalıdır.
Azərbaycan mətbuatının
ayrı yolu yoxdur. Yəqin ki, çox qısa fasilələrlə ölkə
rəhbərinin dilimizlə
bağlı mesajlarını
xatırlayırsınız. “Dilimiz təhlükədədir”,
– dedi Prezident İlham
Əliyev. Jurnalistlərə
üz tutdu və xahiş etdi ki, dilə yad sözlər gətirməsinlər.
Mən belə düşünürəm, dilimizin
qorunması ilə bağlı ciddi tələblər, qaydalar
olmalıdır.
- Qeyd edək ki, Medianın İnkişafı
Agentliyinin fəaliyyətinin
5 ili tamam olur. Qoyulan məsələlər
fonunda mediada hansı islahatlara diqqət çəkərdiniz?
- Həmişə dövlətin
medianın inkişafına
dəstəyinin şahidi
olmuşuq və bu yardım indi də davam
edir. Beş il əvvəl Medianın İnkişafı Agentliyi
fəaliyyətə başladı
və islahatlara start verildi. Bir çox mətbu orqanına yardım edildi. Deyə bilərik, Azərbaycan mediası xaotik mühitdən çıxıb, institusional
xətlə irəliləyir.
Ümumilikdə, mediamıza
olan dəstəyi yüksək qiymətləndirirəm.
Almas
Mahmud
Müsahibəni apardı:
Tahirə Qafarlı
Həftə
içi.- 2026.- 15-21 yanvar, ¹2.- S.5.