Seriallarımız rəzalətdir...”

 

Musiqi, kino sahəsi dövlətin, millətin, xalqların kimliyini dünyaya təqdim edən, tanıdan ən mühüm strateji vasitələrdən biridir. Çəkilən filmlərlə millətin tarixini, məişətini öyrənmək bunun üzərindən ya onu sevmək, ya da nifrət bəsləmək mümkündür. Əgər filmlər gözəl ssenari, aktyor, rejissor işi ilə ərsəyə gətirilərsə, bu, millətin üzünə güzgü tutması, özünün dəyərini, ideologiyasını dünyaya təqdim, təlqin etməsi üçün ən böyük silah rolunda çıxış edə bilir. Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənənAzərbaycan Mədəniyyəti – 2040” Mədəniyyət Konsepsiyası bu mövzunu yenidən gündəmə gətirdi.Müsahibimiz Milli Məclisin deputatı Tənzilə Rüstəmxanlıdır:

 

Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiqlənənAzərbaycan Mədəniyyəti – 2040” Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasını necə dəyərləndirirsiniz?

Milli Məclisin Mədəniyyət komitəsinin son iclasında məhz bu məsələlər müzakirə olundu. Əlbəttə, bir milləti yaşadan onun mədəniyyəti, təhsili səhiyyəsidir. Bu üç amil millətin taleyində son dərəcə mühüm rol oynayır. Xüsusilə düşünürəm, mədəniyyət təhsil birinci sırada gəlir. Millətlər tarixdə məhz mədəniyyətləri ilə qalırlar.

Azərbaycan mədəniyyəti sahəsində görülən işləri inkar etmək olmaz. Mən istəmirəm ki, inkarçı olaq hər şeyi yox sayaq. Xeyr, görülən işlər var bunlar görünməkdədir. Ölkə başçısı bu sahəyə çox ciddi diqqət ayırır. Birinci vitse-prezident Mehriban Əliyeva da rəhbəri olduğu Heydər Əliyev Fondu vasitəsilə bu məsələlərə xüsusi önəm verir, böyük layihələr həyata keçirilir. Təkcə Azərbaycan daxilində deyil, beynəlxalq səviyyədə bir çox layihələrin müəllifi icraçısıdırlar. Ona görə Azərbaycan mədəniyyətini yaşatmaq üçün dövlətimizin qayğısı danılmazdır. Sadəcə, bəzən mövcud imkanlar lazımi şəkildə dəyərləndirilmir onlardan düzgün istifadə olunmur.

Konsepsiyada ən cox diqqət yetirilən məqamlardan biri kino sənayesi ilə baglı olub. Sizcə, bu gün Azərbaycanda kino sənayesinin vəziyyəti necədir?

Hesab edirəm, xüsusilə kino sahəsində yadda qalan, milləti yaşadan, millətin tarixini maarifləndirən öyrədən filmlərin çəkilməsinə daha çox diqqət ayrılmalıdır. Baxın, son 20 ildə Türkiyə bu sahədə ciddi irəliləyiş əldə edib. Hollivud Bollivud dünya film sektorunda ön sıralarda gələn adlardır bir çox ölkələr bu sahəyə böyük önəm verirlər. Demək olar ki, hər ölkə öz mədəniyyətini nümayiş etdirmək üçün çəkdiyi filmlərə, xüsusilə tarixi filmlərə xüsusi çalarlar əlavə edir. Düşünürəm, Türkiyə bu baxımdan bizim üçün yaxşı bir örnəkdir, çünki biz eyni millətik. Onların təcrübəsi öyrənilə bilər, onlarla əməkdaşlıq edilə bilər. Məsələn, Türkiyədə çəkilmişDiriliş Ertuğrulserialı Osmanlı dövlətinin quruluşundan tutmuş, dirçəlişinə, tarixinə apardığı mübarizələrə qədər bir çox məqamları millətə gənc nəsillərə çatdırdı, maarifləndirdi, öyrətdi. Bu serial bir çox ölkələrdə ən yüksək reytinqlərlə izlənildi. Belə nümunələrə diqqət yetirmək, bu təcrübəni öyrənmək vacibdir. Hətta mən düşünürəm ki, kino sahəsində Türkiyədən rejissorlar mütəxəssislər dəvət etmək olar.

Mövcud reallıqda daha çox hansı mövzularda kino çəkilməsinə ehtiyac var? Qarabağın işğalı, azadlığı, yaşanan köçkünlük, qaçqınlıq, xalqın azadlıq mücadiləsi digər bu kimi mövzuları  əhatə edən bədii, sənədli filmlərin çəkilişi hansı səviyyədədir?

Bəli, bu filmlər çəkilməlidir. Məsələn, Şuşanın azad olunması özü-özlüyündə bir qəhrəmanlıq dastanıdır. Çox qısa bir zamanda böyük qəhrəmanlıqlar yaşanıb orada. Bu hadisələr əsasında həm bədii film, həm serial çəkilə bilər bu sahədə xarici mütəxəssislər dəvət oluna bilər. Hətta mən düşünürəm ki, dünyanın ən önəmli film sektorlarından olan xarici kino mütəxəssislərini cəlb etmək olar. Məsələn, İslam aləmi ilə bağlı çəkilən bəzi filmlər kənardan dəvət edilən mütəxəssislər tərəfindən ərsəyə gətirilib. Bu günə qədər İslam dini Peyğəmbərimizin həyatı ilə bağlı əsasən bir film geniş şəkildə tanınır izlənilir. Bundan başqa, Azərbaycanın mədəniyyət abidələrinin qorunması, saxlanılması, onların fəlsəfəsinin öyrənilməsi gələcək nəsillərə ötürülməsi məsələləri çox önəmlidir. Bu abidələri necə əbədi yaşatmaq olarbunlar da müzakirə mövzusu oldu. Mən düşünürəm ki, bu konsepsiyada bir çox məsələlər öz əksini tapıb.

Kino sahəsinə dövlət tərəfindən ayrılan vəsait həmişə ciddi müzakirələrə yol açır. Bu il istisna olmadı...

Yaxşı bir film ortaya qoymaq üçün, əlbəttə, ciddi vəsait tələb olunur. Hesab edirəm ki, dövlətimiz bu sahəyə hər il daha ciddi maliyyə vəsaiti ayıracaq.

Qarabağ Zəfəri ilə bağlı ciddi filmlərin çəkilməsinə yüksək səviyyədə diqqət ayrılmalıdır. Məsələn, yaşadığımız acılar faciələr, Xocalı soyqırımı ilə bağlı çox ciddi bir film çəkilə bilər. Sadəcə sənədli yox, insan talelərini əks etdirən, sağ qalanların həyat hekayələrini bədii real şəkildə göstərən filmlərə üstünlük verilməlidir.

Sonuncu dəfə hansı yeni Azərbaycan istehsalı olan kino ya serial diqqətinizi çəkib?

Azərbaycanda diqqətimi çəkən elə bir ciddi film yoxdur. Televiziyalarda gedən seriallar başdan-ayağa rəzalətdir ürək bulandırır. Mən ad çəkmək istəmirəm, əksəriyyət o vəziyyətdədir. Heç bir mənası yoxdur, söyüşdən başqa heç göstərmir, tərbiyəvi əhəmiyyət daşımır. Azərbaycan mədəniyyətini, adətlərini, mənəvi dəyərlərini əks etdirən heç bir şey yoxdur o seriallarda. Sadəcə, reytinqə işləyirlər. Gəlin baxaq görək, hansı bir veriliş bu millətin tarixini öyrədir? Ola bilsin, belə verilişlər televiziyalara reytinq, pul gətirmir. Düşünürəm, gətirməsə belə, dövlət bu məsələyə ciddi nəzarət edib, buna vəsait ayırmalıdır. Elə mövzular var, bəlkə onlar televiziyada reytinq qazanmayacaq, amma bu millətin tarixi, ədəbiyyatı, mənəviyyatı ilə bağlı olacaq. Bunu televiziyalarda tətbiq etmək öyrətmək lazımdır. Yoxsa, iki-üç arvadı çıxarıb orada savaşdırırlar, ailə problemlərini gündəmə çıxarırlar. Guya camaata kiminsə evində baş verən o problemlər lazımdır?.. Mənəviyyatımızı bunlar korlayır. Məhz belə verilişlər televiziyaya ciddi pullar gətirir. Həmin vəsaitlər hesabına hazırda bəzi televiziyalar Azərbaycanda heç bir dəyəri qorumur. Budur vəziyyət.

Maraqlıdır ki, sadə tamaşaçılar da bu durumdan narahatdırlar. qədər xoşlarına gəlməsə baxırlar. Belə verilişlərin qarşısı niyə alınmır?

Əgər bundan qazanc götürülürsə, redaksiyalar maraqlı olur. Qarşısı necə alınsın? Təbii ki, işimiz problemi söyləməkdir. Qarşısını almaq mənim işim deyil, aidiyyəti qurumlar bu barədə düşünməlidirlər.

Konsepsiyada dublyaj sahəsinin inkişafı da nəzərdə tutulur. Türkiyə istehsalı olan filmlərin dublyajına ehtiyac varmı?

Ən böyük rəzalət Türkiyə istehsalı olan filmlərin dubliyaj olunmasıdır. Məlumdur ki, bu gün türk dövlətlərinin ortaq dilinin olması əsas hədəfdir. Ortaq dil Türk Dövlətləri Təşkilatına daxil olan dövlətlərin gələcəyini yönləndirməyə, birləşdirməyə doğru gedir. Azərbaycanla Türkiyə türkcəsi çox yaxın anlaşılandırsa, o zaman türkdilli filmlər niyə dublyaj olunmalıdır? Əlbəttə ki, buna ehtiyac yoxdur. Bu çox qəribə, bir qədər mənasız görünür. Türk dili filmlərinin dublyaj olunmasını kimicadedib, kim düşünüb, onu da bilmirəm. Hər halda, “bir millət, iki dövlətdeyiriksə, dilimiz eynidir. Ola bilər, qaqauz, özbək, türkmən, qırğız dili olsaydı, o filmlərin tərcüməsi anlaşılan olardı. O dillər hələ ki, bir qədər çətin anlaşılır, qulağımız onlara o qədər alışmayıb. Türkiyənin türkcəsi ilə Azərbaycan türkcəsi arasında  elə bir anlaşılmayan söz yoxdur. Çox adam bu dublyajları qəbul etmir. Bu, xüsusilə Türkiyədə düzgün anlaşılmır. İllərdir, bu məsələ müzakirə olunur, gündəmə gətirilir. Yəqin ki, öz həlini tapar. Bir sözlə, ortaq dilimizi yaratmaq istəyiriksə, əngəllər ortadan götürülməlidir.

 

Tənzilə Rüstəmxanlı

 

Müsahibəni apardı:

Tahirə Qafarlı

 

fə içi.- 2026.- 20-28 yanvar, ¹3.- S.5.