Xaricdə təhsil almaq
istəyənlərə şad xəbər
2026/2027-ci tədris ili üçün Dövlət Proqramı üzrə xaricdə təhsil imkanlarının
əhatə dairəsi
genişləndirilib. Hafta.az xəbər verir ki, təsdiqlənmiş yeni siyahıya əsasən, namizədlərə
15 prioritet ixtisas istiqaməti üzrə dünyanın 33 ölkəsini
təmsil edən 231 nüfuzlu ali təhsil müəssisəsində
tədris olunan ümumilikdə 4121 proqram
üzrə təhsil almaq imkanı yaradılıb. Siyahıya
daxil edilən ali təhsil müəssisələri “Times Higher
Education”, “QS World University Rankings” və “Academic Ranking of World Universities (Shanghai)” kimi beynəlxalq reytinq sistemlərində yüksək
mövqelərdə qərarlaşan
universitetlərdir.
Hafta.az bildirir ki, Dövlət Proqramı üzrə illik kvota 500 nəfər müəyyən
edilib. Kvota çərçivəsində müraciətlərin sayından
asılı olaraq rəqabət mühitinin tənzimlənməsi məqsədilə
prioritet ixtisas istiqamətləri üzrə
keçid ballarının
tətbiqi istisna edilmir. Sənəd qəbulu zamanı yalnız ənənəvi
(offline) təhsil forması üzrə, siyahıda yer alan ali təhsil
müəssisələri və
proqramlar əsasında
təqdim edilən qəbul sənədləri
qiymətləndiriləcək. Distant, executive, non-degree, eləcə də ikili və birgə
diplom proqramları nəzərə alınmır.
Bu il Dövlət Proqramı çərçivəsində “Mədəniyyət və
incəsənət” sahəsi
üzrə imkanların
genişləndirilməsi xüsusi
diqqət çəkir.
Ötən illərlə
müqayisədə bu
istiqamət üzrə
siyahıya daxil edilən nüfuzlu ali təhsil müəssisələrinin sayı
artırılıb ki, bu
da dövlətin mədəni
və yaradıcı sahələrə artan marağının göstəricisi
kimi qiymətləndirilir.
Bununla yanaşı, beynəlxalq
reytinq sistemlərində
universitetlər üzrə
ilk 10-luqda yer alan ali təhsil müəssisələri ilə
bağlı yanaşmada
dəyişikliklər edilib.
Belə universitetlər
tərəfindən təqdim
olunan və siyahıda yer almayan istənilən ixtisas üzrə bakalavriat, magistratura və doktorantura proqramlarına qəbul alan şəxslər də Dövlət Proqramına müraciət
edə biləcəklər.
Lakin əvvəlki illərdə
müraciətlərin çoxluğu
nəzərə alınaraq,
2026/2027-ci tədris ilində
bu yanaşma University
College London (UCL) üçün tətbiq olunmayacaq və yalnız siyahıda göstərilən
proqramlar üzrə müraciətlər qəbul
ediləcək. Doktorantura
səviyyəsində isə
yalnız siyahıda yer alan ali
təhsil müəssisələri
üzrə qəbul sənədləri dəyərləndiriləcək.
Mövzu
ilə bağlı ekspert Ramin Nurəliyev
hafta.az-a bildirib ki, Dövlət
Proqramı beynəlxalq
təcrübənin Azərbaycanda
tətbiqi baxımından
mühüm platformadır.
Onun sözlərinə
görə, təqdim
olunan yeni siyahı bir sıra yeniliklərlə
yadda qalır və xüsusilə mədəniyyət
ixtisaslarının proqram
çərçivəsinə daxil edilməsi dövlətin bu sahəyə marağını
açıq şəkildə
nümayiş etdirir.
Ekspert vurğulayıb ki, proqram çərçivəsində xaricdə təhsil alan gənclərin əldə etdikləri bilik və bacarıqların
gələcəkdə Azərbaycanda
tətbiq olunması əsas məqsədlərdəndir.
Onun fikrincə, 15 prioritet ixtisas arasında memarlıq, mühəndislik, xüsusilə
kompüter mühəndisliyi
və informasiya texnologiyaları dövlət
üçün daha strateji və prestijli sahələr hesab olunur. Bu sahələrdə təhsil
alan gənclərin beynəlxalq yenilikləri və inkişaf strategiyalarını ölkəyə
gətirməsi nəzərdə
tutulur.
Ramin Nurəliyev əlavə edib ki, beynəlxalq reytinq cədvəllərində
ilk 10-luqda yer alan ali təhsil müəssisələrinə qəbul
olunan namizədlərin,
hətta ixtisas və ya universitet
siyahıda yer almasa belə, Dövlət Proqramı çərçivəsində dəyərləndirilməsi müsbət
və vacib addımdır. Onun sözlərinə görə,
2026/2027-ci tədris ilində
500-ə yaxın gəncin
Dövlət Proqramı
hesabına xaricdə təhsil alması planlaşdırılır, lakin
növbəti illərdə
siyahı və şərtlərdə dəyişikliklər
edilə bilər.
Sevinc
Həftə
içi.- 2026.- 22-28 yanvar, ¹3.- S.6.