Həkimlərin sayının
azalmasına yol verilməməlidir
Həkim kadrlarının hazırlanması
və ölkədə
saxlanılması ilə
bağlı hələ
də müəyyən
problemlər mövcuddur
Bu gün
dünyanı əhatə
edən müharibələr,
qarşıdurmaların bəşəriyyətə
vurduğu zərərlər
ortadadır. Ekoloji balans pozulub, insan həyatı üçün daha təhlükəli olan virusların yayıldığının
şahidi oluruq. Məhz COVID-19 pandemiyasından
sonra qlobal səhiyyə orqanlarının
yeni infeksiyaların yaranması, yayılmasına
qarşı hazırlaşması
zəruri addımlar kimi dəyərləndirilir.
Belə bir şəraitdə tranzit ölkə olan Azərbaycanın coğrafi
olaraq uzaq ölkələrdə yaranan
viruslardan qorunması üçün hansı tibbi hazırlıqlar gördüyü maraqla izlənir.
Müsahibimiz Milli Məclisin
deputatı Müşfiq
Məmmədlidir:
– Məlumdur ki, bu gün
dunya yeni qorxulu virusların yayılması ilə bağlı SOS siqnalı verir. Afrikada meymunçiçəyi, Hindistanda
isə nipah viruslarının insanların
sağlamlığı, həyatı
ilə bağlı ciddi təhdid yaratdığı deyilir.
Buna qarşı ölkə səhiyyəsi
hazırdırmı və
bizdə yayılma riski nə qədərdir?
– Azərbaycanın səhiyyə sistemində
qanunvericilik bazası,
bu sahədə görülən işlər
və vaxtında həyata keçirilən
tədbirlər göstərir
ki, kritik infeksiyaların yayılması
zamanı səhiyyə
sistemi kifayət qədər effektiv mübarizə aparmaq imkanına malikdir. Bu istiqamətdə görülən işlər
və səhiyyə sisteminin müdaxiləsi Ümumdünya Səhiyyə
Təşkilatı və
digər beynəlxalq qurumlar tərəfindən
də müsbət qiymətləndirilib.
Bununla yanaşı,
təbii ki, daim diqqətli olmaq vacibdir. Xüsusilə qış aylarında virusların yayılma riski və virus infeksiyalarının
artması səhiyyə
sistemindən daha yüksək hazırlıq
tələb edir. Burada ilk növbədə
səhiyyə sisteminin
daha da gücləndirilməsi
mühüm əhəmiyyət
daşıyır. Müxtəlif
virus infeksiyalarına gəldikdə isə, hazırda onların bir çoxu Azərbaycan üçün
xarakterik və endemik hesab edilmir.
Lakin buna baxmayaraq, müvafiq səhiyyə qurumları bu istiqamətdə qabaqlayıcı tədbirlər
görürlər.
Təbii ki,
insanların, bütövlükdə
ətraf mühitin sağlamlığı üçün
yaranan təhlükə,
həmçinin mədəni,
iqtisadi əlaqələri
zəifləməklə yanaşı
dünya çarxını
dondura, qurulan əlaqələrin qırılmasına
təsir göstərə
bilir. Bu mənada virus pandemiyasının hansı
təsir və fəsadlara malik olduğunu karonavirus pandemiyası dövründə
bəşəriyyətin üzləşdiyi
böyük itkilərin
sayəsində əyani
olaraq görə bildik. Pandemiyanın baş verməməsi üçün dünya dövlətləri əlaqəli
şəkildə işləməyi
bacarmalıdır.
– COVID pandemiyasının
ölkənin bütün
sahələrinə təsirləri
və yaratdığı
psixoloji gərginliyin fəsadlarını hələ
də hiss edirik. İndiki durumda insanların yeni pandemiya dalğasına qarşı
psixiloji hazırlığını
necə dəyərləndirərdiniz?
– Belə situsiyalarda
əhalinin psixoloji cəhətdən hazırlanması,
ümumilikdə səhiyyə
maarifləndirilməsinin aparılması
xüsusi önəm daşıyır. Bu istiqamətdə həm Səhiyyə Nazirliyi, həm də digər aidiyyəti qurumlar tərəfindən
müəyyən işlər
görülür. Eyni
zamanda maarifləndirmə
işlərinin daha da gücləndirilməsi
vacibdir. Xüsusilə
ilkin səhiyyə xidmətlərində həm
səhiyyə maarifləndirilməsinin,
həm də preventiv tibbin tətbiqi stimullaşdırılmalıdır.
Açıq şəkildə
qeyd etmək lazımdır ki, səhiyyənin ilkin pilləsinin inkişaf etdirilməsi üçün
hələ kifayət
qədər işlər
görülməlidir.
– Bu gün
ən aktual problemlərdən biti oxşar simptomlu infeksiya və viruslar yayılarkən insanların aptektlərdən
kütləvi şəkildə
müvafiq dərmanları
əldə etməyə
çalışmasıdır. Bu sahədə idxaldan ciddi şəkildə asılı
olduğumuz da bir reallıqdır. Bu cür tələb
olunan dərman pereparatlarının ölkə
daxilində istehsalı
və ucuz qiymətə satışının
təşkil nə dərəcədə mümkün
ola bilər?
– Dərman təminatı
bütün dünyada
problemli olaraq qalır. Heç bir ölkə özünü dərman preparatları ilə tam şəkildə təmin edə bilmir və bu, praktik olaraq
mümkün də deyil. Dərman preparatlarının çeşidi
çox genişdir və bəzi hallarda onların idxalı daxili istehsaldan daha səmərəli olur. Bununla belə, hər bir ölkə
kimi Azərbaycan da daxili dərman
istehsalını stimullaşdırmalıdır.
Xüsusilə, İcbari
Tibbi Sığortanın
tətbiqindən sonra
stasionar səhiyyə
müəssisələrinin, yəni xəstəxanaların
dərman təminatında
yerli istehsalın payını artırmaq mümkündür. Hazırda
bu göstəricinin, təxminən, 40–50 faiz səviyyəsində təmin
edilməsi real görünür. Bildiyiniz
kimi, həm hökumət xətti ilə, həm də sənaye parklarında bu istiqamətdə istehsal prosesləri həyata keçirilir. Hal-hazırda
bir neçə əczaçılıq müəssisəsi
tam gücü ilə fəaliyyət göstərir, digərləri
isə istehsal imkanlarını mərhələli
şəkildə artırır.
Xüsusilə Pirallahı
Sənaye Parkında dərman preparatlarının
istehsalı tam şəkildə yoluna qoyulduqdan sonra, daxili bazarın əhəmiyyətli bir hissəsinin yerli istehsal hesabına təmin olunması mümkün olacaq. Bununla belə, bazarı nisbətən kiçik olan ölkələrin dərman
təminatını tam
şəkildə daxili
istehsal hesabına qarşılaması real deyil. Bu istiqamətdə
əczaçılıq sahəsi
ilə bağlı məsələlər qanunvericilikdə
əksini tapıb və bu sahənin
mütəxəssisləri daha ətraflı və dolğun fikirlər səsləndirə
bilərlər. Mənim
qənaətimə görə
isə, dərman preparatlarının müəyyən
hissəsinin daxili istehsal hesabına təmin edilməsi tamamilə mümkündür
və bu istiqamətdə atılan
addımlar müsbət
nəticə verəcək.
– Hər il açıqlanan statistika ixtisaslı həkimlərin sayının
azaldığını göstərir.
Belə bir vəziyyət nə üçün yaranır
və yeni pandemiya təhlükəsi
fonunda nə dərəcədə risklər
yaradır? Çıxış
yolunu nədə görürsünüz?
– Biz təhsil
almış mütəxəssislərimizin
öz ölkəmizdə
qalaraq fəaliyyət
göstərməsini istəməli
və bunu təşviq etməliyik. Xüsusilə qeyd etmək lazımdır ki, hazırlıq və təlim mərhələsində digər
ölkələrin, beynəlxalq
mühitin təsiri artıq bir reallıqdır. Azərbaycanın
ixtisaslı mütəxəssisləri
Avropanın bir çox ölkələrində,
xüsusən də Almaniyada bu sahədə
fəaliyyətə cəlb
olunur və orada uğurla çalışırlar.
Bu vəziyyətin
bir tərəfdən
müsbət cəhəti
ondan ibarətdir ki, mütəxəssislərimizin
beynəlxalq mühitdə
tanınması və
peşəkar təcrübə
qazanması təmin olunur. Digər tərəfdən isə bu proses ölkəmiz
üçün müəyyən
mənada kadr axınına, xüsusilə
də ixtisaslı mütəxəssislərin xaricə
üz tutmasına səbəb olur. Bu istiqamətdə məqsədyönlü tədbirlərin
görülməsi zəruridir.
Bununla yanaşı, ölkə daxilində real fəaliyyət göstərən həkimlərimizin
də iş şəraiti yaxşılaşdırılmalı,
onlara dövlət tərəfindən göstərilən
diqqət və qayğı davamlı olaraq artırılmalıdır.
Səhiyyə qurumları
yerlərdə bu istiqamətdə bütün
zəruri təşviqat
və dəstək tədbirlərini həyata
keçirməlidir. Həkim
kadrlarının sayının
azalmasına yol verilməməlidir.
Qeyd etmək lazımdır ki, dünyada bu sahədə müəyyən tendensiyalar müşahidə olunur. Azərbaycanda isə hazırda iki tip ali təhsil müəssisəsi həkim və orta tibb kadrlarının hazırlanması ilə məşğuldur. Bununla belə, həkim kadrlarının hazırlanması və ölkədə saxlanılması ilə bağlı hələ də müəyyən problemlər mövcuddur. Xüsusilə regionlarda bu prosesin qarşısının alınması üçün mütəxəssis hazırlığı, təlim və stimullaşdırıcı tədbirlər daha da gücləndirilməlidir.
Müşfiq Məmmədli
Müsahibəni
apardı:
Tahirə Qafarlı
Həftə
içi.- 2026.- 29 yanvar-4 fevral, ¹4.- S.5.