Kosmopolitin Şərq miniatürlərinə vurğunluğu

 

Addis Hacıyev: "Qafqazlı üçün Rusiyada yaşamaq böyük məsuliyyətdir"

 

Moskvada yaşayan həmyerlimiz quruluşçu-rəssam Addis Hacıyev "www.vestikavkaza.ru" saytına müsahibə verib.

 

Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi Altay Hacıyevin ailəsində dünyaya gələn A.Hacıyev 1983-cü ildə Ə.Əzimzadə adına Rəssamlıq Məktəbini bitirdikdən sonra 1991-ci ildə Moskvada Dövlət Kinematoqrafiya İnstitutunu da bitirib. elə həmin vaxtdan da kino, teatr televiziya sahəsində quruluşçu-rəssam kimi çalışmağa başlayıb. Müsahibədə A.Hacıyev peşə seçimi, təsviri sənətin onun həyatında tutduğu yer çağdaş dövrdəki vəziyyəti, müxtəlif mətləblərlə bağlı düşüncələrini açıqlayıb.

A.Hacıyev: "Valideynlərim rəssam olduqları üçün mənim arzum təsviri sənətlə məşğul olmaq idi. Özü mütləq tanınmış rəssam olmaq istəyirdim. Təəssüf ki, qəbul imtahanları ərəfəsində avtomobil qəzasına düşdüm beləliklə Surikov adına Rəssamlıq İnstitutuna sənədlərimi verə bilmədim. Təcili olaraq başqa ali məktəbi seçməli oldum. Çox düşünmədən Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutuna imtahan verdim qəbul olundum. Əvvəlcə bu ali kino təhsil ocağını bəyənmədim. Amma ünsiyyətdə olduğum maraqlı insanlar məni kinoya aludə etdilər".

A.Hacıyev 30 yaşına qədər təsviri sənətin dəzgah rəssamlığı növü ilə çox intensiv şəkildə məşğul olub. kifayət qədər məşhurlaşa bilib. Onun bəzi əsərlərini dövlət şəxsi rəsm qalereyalarında görmək mümkündür.

A.Hacıyev: "Sonra mən kino rəssamı kimi fəaliyyət göstərməyə başladım. Bu, çox dar çərçivəli ixtisasdır. Lakin bununla belə, kino rəssamı olmağım mənə fərqli, yeni tərzdə yaradıcılıqla məşğul olmaq imkanı verdi".

A.Hacıyevin kinoda ilk işi 1986-cı ildə quruluşçu rejissoru Murad İbrahimbəyov olan C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası ÜDKİ-nin studiyasının birgə istehsal etdikləri "Dundukley" filmi olub. Qəhrəmanımız həmin işi yalnız nəsə yaratmağa cəhd kimi qiymətləndirir. Əsl kinoya gəlişini isə 1991-ci ildə "Mosfilm" kinostudiyasında Yevgeni Ginzburqun çəkdiyi "Sadəlövh" filmi ilə bağlayır. Filmin ərsəyə gəlməsindən ötrü ayrılmış vəsait axtarışlarla zəngin olan prosesi A.Hacıyevə kino rəssamının vəzifəsini tam dolğunluğu ilə açıb. O həmçinin ABŞ-da, rejissor Roland Joffenin çəkdiyi "Captivyty" filminin quruluşçu rəssamı olub.

A.Hacıyev: "Rusiya prokatında bu film "Qaçırılma" adı ilə ekranlara çıxmışdı. Film psixoloji triller janrındadır. Amerikalılar bu janrı çox sevirlər. Rus adamlarını isə psixoloji problemlər demək olar maraqlandırmır. Onlar quldurluq, haqq-hesab çürütmə, qətl bu kimi məqamlarla dolu olan filmlərə üstünlük verirlər. 1990-cı illərin ab-havası sovet adamlarının hələ başındadır. Bütün bunlar isə kino istehsalına, kino sənayesinin inkişafına təsir edir. Başqa sözlə, bu ya digər ölkənin vətəndaşları hansı meyarlarla tərbiyə olunublarsa, bu, incəsənətə münasibətdə mütləq üzə çıxır. Təəssüf ki, indi Rusiyada təzə dəb meydana çıxıb: "mövsümün ən yaxşı blokbasteri", ya da "bizim Hollivuda cavabımız". Bax, bütün bu anormal qarşıdurmalar sona çatanda əsl ekran əsərləri yaranmağa başlayacaq. Bir görəndə işin hansı səviyyədə meydana çıxacağı barədə fikirləşmək lazımdır, kiməsə hansısa cavabı vermək barədə yox". Həyata sənətə baxışı etibarilə özünü Şərq Qərb mədəniyyətinin simbiozu hesab edən A.Hacıyev bu müxtəlifliyi yaradıcılığında ehtiva etməkdən məmnunluq duyur. Uşaqlığı Botiçelli, Rafael kimi təsviri sənətin dahi, klassik fırça ustalarının yaradıcılığı ilə təmasda keçən A.Hacıyev Şərq miniatürləri ilə yaxından maraqlanırmış.

A.Hacıyev: "Diplom işimdə bu miniatürlərin güclü təsiri aşkar görünürdü. Hamının çox xoşuna gəlsə , heç kəs, hətta mən özüm anlaya bilmədim ki, məni ilhamlandırıb. Bu, tamamilə qeyri-şüuri baş vermişdi. Mən heç vaxt Şərq incəsənətinə köklənməmişəm. Diplom işimin bu üslubda meydana çıxması tam instinktiv oldu. Çünki mənim üçün incəsənət daxili işığın kətan, kağız s. üzərinə köçürülməsi deməkdir. Artıq yenidən rəngkarlıqla məşğul olmağı düşünürəm. Əvvəllər bunun üçün vaxt məkan məhdudluğu var idi. İndi isə belə problemim yoxdur. Amma indi həvəsim əvvəlki səviyyədə deyil. Atam da bundan çox narazıdır. Əlbəttə, yaxşı rəssam olmaqdan ötrü zəngin biliyə malik olmaq, bütün cərəyanlardan xəbərdar olmaq vacibdir.

Lakin bu da əsas amil deyil. Əsl yaradıcı insan olmaqdan ötrü bütün bunları özündən keçirməli çox incə şəkildə bu biliklərdən istifadə etməyi bacarmalısan".

Rusiya kinematoqrafında ksenofobiya probleminin olub-olmaması barədə suala isə A.Hacıyev belə cavab verib: "Özümə qarşı belə münasibətlə rastlaşmamışam. Məncə, hər şey insanın özündən asılıdır. Əgər sən qafqazlısan Rusiyada yaşayırsansa, bu, çox böyük məsuliyyətdir. Axı sən öz xalqının nümayəndəsisən, buna görə hər addımını ölçüb-biçməlisən. Mən bakılıyam təmiz azərbaycanlı ailəsində böyümüşəm. Amma ruhən kosmopolitəm. Müslüm Maqomayev kimi insanları xatırladıqca, belə şəxsiyyətlərlə ünsiyyətdə olduqca azərbaycanlı olmağınla fəxr edirsən".

Samirə

 

Həftə içi.- 2009.- 3 aprel.- S. 7.