Asəf Zeynallı Ц 100

 

"Onun gələcəyi irimiqyaslı, orijinal dərin düşüncəli bəstəkarın həyatı ola bilərdi"

 

Bu il Azərbaycanın musiqi ictimaiyyəti görkəmli bəstəkar Asəf Zeynallının 100 illik yubileyini qeyd edir. Əslində ömrünün 23-cü baharında dünyasını dəyişmiş Asəf Zeynallı o sənətkarlardandır ki, onun adı dünya musiqi ictimaiyyətinə çox yaxşı tanış olmalıdır.

 

Amma qəribədir bəstəkarın həyat fəaliyyəti ilə bağlı məqamlar, mərhələlər heç Azərbaycanın da geniş ictimaiyyətinə bəlli deyil. Özü burda Asəf Zeynallının dünyasını erkən dəyişməsi arqument ola bilməz. Coğrafi tarixi bağlılıq baxımından bizə ən yaxın ən uzaq ölkələrin mədəniyyət incəsənətində o qədər cavan yaşında vəfat etmiş şairlər, bəstəkarlar, ifaçılar var ki onların heç olmasa adını eşitməyən kəsi tapmaq çətin olar. Biz isə Asəf Zeynallının adını Musiqi Məktəbinə (indiki Musiqi Kolleci) verməklə kifayətlənmişik. Hətta belə bir faktdan xəbərsizik ki, 1948-ci ildə peşəkar musiqimizin banisi Üzeyir Hacıbəyli vəfat edənə qədər Azərbaycan Dövlət Konservatoriyası (indiki Bakı Musiqi Akademiyası) məhz konservatoriya təhsili görmüş ilk bəstəkar olan Asəf Zeynallının adını daşıyırmış.

Asəf Zeynallı 1909-cu il aprelin 5-də Dərbənd şəhərində, bağban Zeynal Abdinin xalçaçı Əsbənd xanımın ailəsində dünyaya gəlib. O, ailədə üçüncü oğlan uşağı idi. Yeri gəlmişkən, Şubert ailəsinin 3-cü oğlan uşağı olub. Əsbənd xanım özü gecə-gündüz çalışaraq uşaqlarını kiçik yaşlarından əməyə cəlb etmiş, onların təhsil almasına şərait yaratmışdı. Balaca Asəf xalq mahnılarını özgün gözəlliklə ifa edən hətta qarmonda çalmağı bacaran anasından ilk musiqi dünyagörüşünü əxz etmişdi. Hələ Bakıya köçməzdən əvvəl 1920-ci ildə Əsbənd xanım Asəfi Dərbənd Realnı Məktəbinə qoymuşdu. Bu məktəbdə gələcəyin böyük bəstəkarı klarnet çalğısına yiyələnir məktəbin nəfəsli orkestrində ilk orkestr təcrübəsi qazanır. Bakıya köçəndən sonra isə o, Hərbi Məktəbin nəzdində fəaliyyət göstərən nəfəsli orkestrin üzvlərindən biri olur. elə burda da not bilgisini truba alətində çalğını öyrənir.

Musiqişünas Rauf Fərhadovun bəstəkarın yubileyi münasibətilə qələmə aldığı məqalədə açıqladığı fikirlər çox maraqlıdır. O qeyd edir ki, "həm Asəf Zeynallının, həm Frans Peter Şubertin yaradıcılığında subyektiv-romantik başlanğıc dominantlıq edir. Əgər Şubert yüksəkkeyfiyyətli mahnı janrının banisi kimi musiqi tarixinə daxil olubsa, A.Zeynallı milli romans janrının əsasını qoyub. Əgər avstriyalı ilk də olaraq romantik sonata formasını fortepiano miniatürlərini dinləyicilərə bəxş edibsə, azərbaycanlı müəllif musiqi tariximizdə ilk dəfə olaraq kamera-instrumental tendensiyaya həyat verib. Əgər Şubert Avropa musiqi yaradıcılığı ənənələrinə proqram anlayışını gətiribsə, Zeynallı "Bakı" adlı proqram simfoniyasını bəstələmək niyyətində idi. Bundan savayı, Asəf Zeynallı da Frans Şubert kimi özünün vokal musiqisində melodiya ilə deklamasiyanı vəhdətdə çatdırmağa fortepiano müşayiətinin funksiyasını gücləndirməyə çalışırdı. Onların hər ikisinin bəstəkarlıq təbiətinin ümumi cəhəti ondan ibarət idi ki, birinci yerdə musiqi istedadı dayanırdı, daha sonra isə kompozisiya qurmaq texnikası ilə davranmaq bacarığı gəlirdi. Bu isə bəstəkarlıqda başlıca cəhətdir".

Beləliklə, Hərbi Məktəbin nəzdindəki nəfəsli orkestrdə gənc musiqiçinin uğurları o səviyyəyə çatır ki, artıq konsertlərdə solist kimi çıxış etməyə başlayır. Onun bəstəkarlıq yaradıcılığının ilk aləti isə truba olur. Məhz trubada ifa üçün o, "Rast" muğamı üstündə "Mahnı" əsərini bəstələyir marş tipli mövzuya xarakterik-milli keyfiyyətlər verməyə çalışır.

1923-cü ildən A.Zeynallı sonradan Türk - Azərbaycan Musiqi Texnikumu adlanmağa başlamış Türk Musiqi Məktəbində təhsil almağa başlayır. Burda o, professor Okorokovun sinfində violonçelin sirlərini öyrənir. Bu vəzifənin öhdəsindən uğurla gələn A.Zeynallı artıq 15 yaşında orkestr-adam kimi tanınmağa başlayır. 1923-cü il Asəfin həyatına ümumiyyətlə taleyüklü il kimi daxil olur - həmin ildə o, Üzeyir bəylə tanış olur onun rəhbərliyi altında nəzəri əsasları Azərbaycan musiqisinin lad özəlliklərini öyrənməyə başlayır. Məhz bu tanışlıq sayəsində Asəf Zeynallı milli musiqimizin spesifikasını, onun Avropa musiqi sistemindən fərqini bununla belə, onların üzvi sintezini yaratmaqdan ötrü axtarışların labüdlüyünü öz üzərinə götürməyi deməli, özünün musiqi aləmindəki yeganə yolunun bəstəkarlıq olduğunu dərk edir.

1926-cı ildə yenicə yaradılmış konservatoriyada imtahanları uğurla verəndən sonra Asəf üçün violonçel dərsləri kompozisiya ilə paralel məşğul olmaq adi hal kimi qəbul edilir. Onun müəllimləri olan Karagiçeva, Abba, Yablonko Asəfə fortepiano dərsləri vermiş Jenetskayanın adları bütün SSRİ- tanınırdı. Amma onun ən böyük intizarla gözlədiyi məşğələlər Üzeyir bəyin dərsləri idi. 1925-ci ildə o, ustadının yaratdığı "Arşın mal alan" operettasının tamaşaya qoyulmasında iştirak edərək Səid Rüstəmov, Əfrasiyab Bədəlbəyli, Əşrəf Həsənovla bir orkestrdə çalır. Həyat yaradıcılıq yolunda mifik rəmzi anlamların gerçək faktlara üstün gəldiyi Asəf Zeynallı Azərbaycan romans kamera musiqisi janrının inkişafını çox illər öncədən müəyyənləşdirmişdi. Onun "Seyran", "Çadra", "Sual", "Ölkəm", "Sərhədçi" romanslarının nüfuzedici duyğusallıqdan qaynaqlanan musiqisi sonrakı dövrdə yaşayıb-yaratmış bəstəkarların yaradıcılığına güclü təsir etmişdi. A.Zeynallının fortepiano üçün bəstələdiyi "Uşaq süitası", fortepiano, violonçel skripka üçün yazdığı "Lay-lay", skripka royal üçün bəstələdiyi "A lya muğam", iki violonçel royal üçün yazdığı "Günlər" pyesi, "Çahargah" musiqimizin lad melodiya xüsusiyyətlərini Avropa forma quruluşu ilə birləşdirən "Durna" əsəri kamera musiqisi üçün yeni yol açmış oldu. Bu siyahıya simfonik orkestr üçün "Fraqmentlər"i, xalq mahnılarının simfonik işləmələrini, Türk İşçi Teatrında tamaşaya qoyulan "Hindistanın qızı", "İnqa", "Qanlı səhra", "Çılğınlıq", "Sevil", "Küləklər şəhəri" səhnə əsərlərinə yazdığı musiqi parçalarını da əlavə etsək onun tələbəlik illərindən həmin teatrın musiqi rəhbəri vəzifəsində çalışdığını nəzərə alsaq, çox dolğun bir mənzərə alınır. Asəf Zeynallı, görünür, həm menecer kimi çox bacarıqlı imiş. O, 1930-cu illərin əvvəllərində maestro Niyazi ilə birlikdə Leninqradda Azərbaycan bəstəkarlarının əsərlərindən ibarət konsert təşkil etmişdi. Üzeyir Hacıbəylinin xatirələrində oxuyuruq ki, həmin konsert Rusiyanın mədəni paytaxtı olan Leninqrad musiqiçiləri tərəfindən böyük maraqla qarşılanmış, bəstəkarlarımızın, xüsusən Asəf Zeynallının əsərləri böyük əks-səda doğurmuşdu. bütün bunlar, üstəgəl, özünəxas dəst-xəttini müəyyənləşdirmək fəhmi cəmi-cümlətanı 23 illik həyata sığmışdı. Onun musiqisi şəffaf, tərtəmiz bulaq suyunun damlalarını xatırladır. Bu musiqi nəinki böyük konsert salonlarından, həm evlərdən səslənir. Çünki bu musiqi xalq musiqisi qədər qədim qəlbə yaxın təsirdədir. Asəf Zeynallının "Şur", "Segah" "Şüştər" muğamları üstündə bəstələdiyi "Ölkəm" romansı isə məmləkətimizi bizə bir daha ilk növbədə ata yurdu, ana Vətən anlamında sevdirir.

23 yaşlı gəncin baxışlarındakı təkamül heyranlıq heyrət doğurur. Öncə Rusiya Proletar Musiqiçiləri Assosiasiyasının klassik xalq irsini inkar edən radikal-bolşevik ideyaları ilə maraqlanan A.Zeynallı sonralar milli zəminə dayaqlanaraq özünün "Şopeni kütlələrə çatdırmaq" şüarını yaradır. 1932-ci ildə A.Zeynallı Bülbüllə birlikdə Qarabağa folklor ekspedisiyasına yollanır. Bu səfərdə əldə edəcəyi melodiya mövzuları o, bəstələyəcəyi simfoniyaya daxil etmək fikrində idi. Lakin geri qayıdarkən o dövrdə tüğyan edən yatalaq xəstəliyinə tutulur 1932-ci il oktyabrın 27- vəfat edir.

Üzeyir bəyin yazdığı kimi, "Asəf Zeynallının gələcəyi irimiqyaslı, orijinal və dərin düşüncəli bəstəkarın həyatı ola bilərdi".

 

 

Samirə Behbudqızı

 

Həftə içi.- 2009.- 8 aprel.- S. 6.