Novruz bayramında əsgərlərlə görüş

 

Novruz bayramı ərəfəsində Gədəbəy Avtomobil məktəbinin maşın karvanı müəllim-şagirdləri "təcili yardım maşını" Gədəbəy avtomobil müfəttişliyinin müşayiəti ilə "N" saylı hərbi hissəyə əsgərlərin görüşünə getmişdi.

 

Öncə Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Kamran Rzazadə, prokuror Rəhim Əliyev, xalq hakimi Hüseyn Hüseynov, polis şöbəsinin rəisi Şirzad Əsgərov, MTN-in Gədəbəy rayon şöbəsinin rəisi İlqar Bağırov digər idarə, müəssisə rəhbərləri Heydər Əliyev adına mədəniyyət istirahət parkına gələrək ümummilli liderimizin əzəmətli abidəsi önünə gül dəstələri qoyduar.

Gələcəkdə hərbi xidmətə yola düşəcək Gədəbəy Avtomobil məktəbinin gəncləri hərbi hissədə əsgərlərin yaşayış tərzi ilə tanış oldular.

Gədəbəy Avtomobil məktəbinin rəisi Fərman Rzayev çıxış edərək "N" saylı hərbi hissənin əsgər zabitlərini Novruz bayramı münasibətilə təbrik edib, onlara hərbi xidmətlərində uğurlar arzuladı.

Hərbi vətənpərvərlik tərbiyəsində xüsusi əhəmiyyəti olan bu tədbirdə Gədəbəy rayon İcra Hakimiyyətinin şöbə müdiri Ləzgi Zeynalov RİHB başçısı Kamran Rzazadənin şəxsən öz adından gənc əsgərləri Novruz bayramı münasibətilə təbrik etdi.

KHVTİCMŞ-dən gəlmiş qonaq Tapdıq Əlibəyli çıxış edərək KHVTİCMŞ-in sədri polkovnik Novruzəli Orucovun salamlarını, təbriklərini çatdırdı şəxsən öz adından "N" saylı hərbi hissənin əsgər zabitlərini Novruz bayramı münasibətilə təbrik edərək dedi: "Arzu edirəm gələn il Novruz bayramını sizlərin iştirakı ilə prezidentimiz, Ali Baş Komandan İlham Əliyev cənablarının sülhsevər siyasətilə Laçında, Şuşada digər işğal altında olan torpaqlarımızda qeyd edək. "N" saylı hərbi hissənin komandirləri ürək sözlərini söylədilər gələn qonaqları salamlayaraq Gədəbəy Avtomobil məktəbinin rəisi Fərman Rzayevə hərbiçiləri mütəmadi olaraq yad etdiyinə gətirdiyi bayram sovqatına görə minnətdarlıqlarını bildirdilər.

Tədbirdə iştirak edən şair Məhəmməd Sinədəftər əsgərləri təbrik etdi Vətən haqqında yazdığı şrləri söylədi.

Görüşdə Gəncə şəhər idman kollektivinin rəhbəri Fətəli Əliyev hərbçiləri təbrik edərək Fərman Rzayevin ünvanına xoş sözlər söylədi həcc ziyarətindən gətirdikləri hədiyyələri Fərman müəllimə təqdim etdilər. Həmçinin öz rəngarəng çıxışları ilə hərbçilərə qol-qanad verdilər.

Sonra Gədəbəy rayon Uşaq Yaradıcılıq Birliyinin şagirdləri rəngarəng çıxışlar edərək əsgərləri təbrik etdilər.

Söz Daryurd kənd Balabulaq aşıq ansamblına verildi. Gənc aşıqlar "Yanıq Kərəmi", "Ruhani" digər el havalarını çalıb-oxudular, əsgərləri rəqsə dəvət etdilər.

Tədbirdə Fərman müəllimin kiçikyaşlı nəvələri Vüsal Vüqar əsgərləri təbrik edərək Vətən haqqında şeir söylədilər, əsgərlərlə rəqs etdilər.

Söz daha sonra əsgər Vüsal Heybətova verildi. O, baharın gəlməsi ilə torpağın oyanmasından, milli bayramımız olan Novruzun adət-ənənələrindən danışdı Novruz bayramı haqqında meyxana dedi. Gənc əsgərlər qonaqlıqda avtomobil məktəbinin kollektivi ilə rəqs etdilər, çıxış edərək vətəni göz bəbəyi kimi qoruyacaqlarına söz verdilər.

Tədbirdə Fərman Rzayev, məktəbin müəllimi Elşad İsmayılov, zabitlər, əsgərlər digər qonaqlar Novruzun adət-ənənəsinə sadiq qalaraq yumurta döyüşdürdülər.

          

 

M.İ.Məmmədov,

Gədəbəy rayon "

Mətbuatyayım"

şöbəsinin rəisi

 

Həftə içi.- 2009.- 8 aprel.- S. 6.