"Molla Nəsrəddin" pioner oldu

 

II beynəlxalq "Molla Nəsrəddin" karikatura müsabiqəsi karikatura rəsmlərinin nümayişini əks etdirən onluğa daxil edilib. Azərbaycan Karikaturaçılar İttifaqının sədri Bayram Hacızadə müsabiqənin yekunlarına həsr edilmiş mətbuat konfransında vurğuladı ki, Azərbaycanın karikatura sənəti üçün bu, çox böyük uğurdur. B.Hacızadə: "Nəzərə alsaq ki ölkəmizdə belə bir müsabiqə hələ yalnız ikinci dəfə, Avropada isə 1960-cı illərin əvvəllərindən keçirilir, bu, doğrudan da böyük nailiyyətdir". II beynəlxalq "Molla Nəsrəddin" karikatura müsabiqəsi Azərbaycan ədəbiyyatının klassiki Cəlil Məmmədquluzadənin 140 illik yubileyinə həsr olunub. Məhz onun təsis etdiyi Şərqdə ilk satira jurnalı olan "Molla Nəsrəddin" bu gün mükəmməlliyi ilə diqqətçəkən karikaturalar çap olunurmuş. Müsabiqədə 70 ölkədən dəvət edilmiş rəssamlar iştirak ediblər. Builki müsabiqənin mövzusu neftə həsr olunub. Beynəlxalq tərkibli münsiflər heyətinin qərarı ilə qızıl medal Xorvatiyadan olan karikaturaçı Yoji Kovaçeviçə, gümüş medal Türkiyədən gəlmiş rəssam Şövkət Yalaza, bürünc medal isə ukraynalı Valeri Molota nəsib olub. Maraqlıdır ki, ötən il eyni münsiflər heyətinə daxil olmaqdan imtina edən iranlı israilli ustad karikaturaçılar bu il qalibləri birlikdə müəyyənləşdiriblər. Həmçinin məhz "Molla Nəsrəddin" müsabiqəsində ilk dəfə olaraq açıq səsvermə keçirilib.

 

 

Həftə içi.- 2009.- 9 aprel.- S. 7.