"Konya xalçaları" Aşqabad konfransında

 

Lətif Kərimov adına Azərbaycan Xalçası Xalq Tətbiqi Sənəti Dövlət Muzeyinin direktoru Röya Tağıyeva Türkmənistanın paytaxtı Aşqabad şəhərində keçirilən "Səlcuqilər dövrünün ədəbiyyatı mədəniyyəti" mövzusuna həsr olunmuş beynəlxalq konfransda Azərbaycanı təmsil edib. Türkmənistanın prezidenti Qurbanqulu Berdımuhammedovun rəhbərliyi altında baş tutan konfrans çərçivəsində elmi forum da keçirilib. Tədbirin təntənəli açılış mərasimi Milli Mədəniyyət Mərkəzinin konfrans zalında keçirilib. R.Tağıyevanın mətbuata açıqlamasına görə, konfransın 5 elmi seksiyasının işinin gedişində 140-a yaxın elmi məruzə dinlənib müzakirə edilib, iqtisadiyyatın, siyasətin, ədəbiyyatın, dekorativ-tətbiqi sənətin, memarlığın heykəltəraşlığın, musiqi rəngkarlığın səlcuqilərin hakimiyyətdə olduğu dövrdəki özəllikləri nəzərdən keçirilib. R.Tağıyeva vurğuladı ki, belə bir nüfuzlu elmi toplantıda iştirak etməklə nümayəndə heyətimiz digər ölkələrdən olan tanınmış həmkarları ilə fikir mübadiləsi aparmaqdan savayı, həm Türkmənistanın orijinal mədəniyyəti ilə daha yaxından tanış olmaq imkanı qazanıb. Xalça Muzeyinin direktoru məlumat verdi ki, XIII-XV əsrlərə aid olan günümüzə çox az sayda gəlib-çatan səlcuq xalçaları Konyada aşkar ediləndən sonra "Konya xalçaları" adı altında Berlin, İstanbul Konya muzeylərində saxlanılır. R.Tağıyeva: "Kompozisiyasının əsasını pilləvarı romb şəkli kvadratlar bunları əhatələyən qarmaq şəkilli elementlər təşkil edən bu xalçaların əsas naxışı "Memlinq çiçəyi" adı ilə məşhurdur. Məhz bu cür naxış forması Orta Asiya, Azərbaycan Anadolunun XX əsrə qədərki xalça yaradıcılığına güclü təsir göstərib", - deyə R.Tağıyeva qeyd etdi.

Samirə

 

Həftə içi.- 2009.- 15 aprel.- S. 6.