Qobustanda muzey tikilir

 

Mədəniyyət turizm naziri Əbülfəz Qarayev jurnalistlərə açıqlamasında bildirdi ki, Qobustan Dövlət Tarix-Memarlıq Qoruğunda müasir standartlara cavab verən muzeyin inşasına müvafiq infrastrukturun yaradılmasına başlanıb. Ə.Qarayev: "Qobustan muzeyinin gələn ilin sonunda istifadəyə verilməsi gözlənilir. Muzey yaradılandan sonra Qobustan qoruğunun inzibati sərhədləri müəyyənləşdiriləcək". Nazir qeyd etdi ki, növbəti mərhələdə qoruğun sərhədlərini mühafizə etmək üçün xüsusi avadanlıqlar quraşdırılacaq, mehmanxana kompleksi tikiləcək. "Amma ilk növbədə qoruğun sərhədləri müəyyənləşdirilməlidir ki, bəzi xoşagəlməz faktlar qeydə alınmasın", - deyə nazir vurğuladı.

  

 

  Samirə

 

 Həftə içi.- 2009.- 21 aprel.- S. 5.