Vaqif Səmədoğlu haqqında film

 

"Azərbaycantelefilm" Yaradıcılıq Birliyində xalq şairi Vaqif Səmədoğlunun həyat yaradıcığından bəhs edən "Tanrıya dualar" filminin istehsalına başlanılıb. Azərbaycan Teleradio Verilişləri Qapalı Cəmiyyətinin mətbuat xidmətinin məlumatına görə, filmdə V.Səmədoğlu təkcə şair, dramaturq, musiqiçi kimi deyil, həm ictimai xadim kimi təqdim olunacaq. Filmdə V.Səmədoğlunun mənsub olduğu Azərbaycan ədəbiyyatına, elminə, ictimai-siyasi həyatına, hərb tarixinə görkəmli şəxsiyyətlər bəxş etmiş Vəkilovlar nəslindən söhbət açılacaq. Filmin ssenari müəllifi Camal Yusifzadə, rejissoru Cahangir Mehdiyev, operatoru Adil Abbasovdur.

  

  

Samirə

 

Həftə içi.- 2009.- 22 aprel.- S. 7.