MTN terrorçu dini qrupu zərərsizləşdirdi

 

Onlar "Bakı - Novorossiysk" neft boru kəmərini partlatmaq istəyiblər

 

Bu günlərdə Milli Təhlükəsizlik Nazirliyi (MTN) tərəfindən beynəlxalq terrorçuluğa qarşı mübarizə sahəsində keçirilən əks-kəşfiyyat tədbirləri nəticəsində Azərbaycan vətəndaşlarından ibarət radikal dini təmayüllü bir qrup şəxs zərərsizləşdirilib. MTN-in ictimai əlaqələr mərkəzindən verilən məlumata görə, müəyyən edilib ki, beynəlxalq terrorçu şəbəkə ilə əlaqəli olan həmin qrup qanunvericilikdə nəzərdə tutulmayan silahlı birləşmə yaradaraq Azərbaycanda ictimai-siyasi sabitliyin pozulmasına, dövlətin dünyəvi demokratik inkişafdan çəkindirilməsinə yönələn qanunsuz hərəkətlər törətməyi planlaşdırıb.  

    Qrupun rəhbəri "Abdulla" ləqəbli Azər Misirxanov vaxtilə münaqişə zonalarında qanunsuz silahlı birləşmələrin tərkibində xüsusi təlimlərdə döyüş əməliyyatlarında iştirak edib. O, 2001-ci ildə Azərbaycan dövlət sərhədini qeyri-qanuni keçərkən saxlanılıb məlum cinayətinə görə həbs olunub. Lakin cəza müddəti bitdikdən sonra cinayətkar niyyətindən əl çəkməyib, Azərbaycanda daha genişmiqyaslı təhlükəli cinayətlər törətməyi planlaşdırıb. Son əməliyyat məlumatlarına görə, antiterror koalisiyası qüvvələrinə qarşı terrorçuluq əməllərində iştirak etmək məqsədilə o, xarici ölkə ərazisinə keçib. A.Misirxanovun rəhbərliyi ilə bir neçə şəxs qrup halında cinayətkar fəaliyyət göstərib. Silahlı birləşmənin üzvləri təqsirləndirilən şəxs qismində cəlb olunaraq barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Müəyyən edilib ki, onlar "Əbu Bəkr" məscidində ötən il avqustun 17- terrorçuluq törədilməsində təqsirləndirilən şəxs qismində cəlb olunaraq barəsində axtarış başlanan "Meşə qardaşları" adlı silahlı birləşmənin rəhbərlərindən biri "Süleyman" ləqəbli Samir Mehdiyevin Azərbaycanda istintaqdan yayınaraq digər dövlətin ərazisində gizlənməsini təşkil ediblər. Bundan başqa, məlum olub ki, A.Misirxanov ötən ilin sentyabr ayında qrupun fəal üzvlərindən biri Rəşid Mustafayevi gizləndiyi xarici ölkəyə çağıraraq kirayədə qaldığı evdə onunla görüşüb. O, evində saxladığı qaçaq yolla Azərbaycana aparılacaq çoxlu sayda silah-sursatı R.Mustafayevə göstərərək Azərbaycanda qəbul edilməsini tapşırıb.   

   Həmçinin müəyyən edilib ki, A.Misirxanov Azərbaycanda keçiriləcək prezident seçkiləri ərəfəsində sabitliyi pozmaq, əhali arasında vahimə yaratmaq üçün bir sıra terrorçuluq aksiyalarını təşkil etməyi, o cümlədən "Bakı - Novorossiysk" neft boru kəmərini partlatmağı planlaşdırıb. O bununla əlaqədar R.Mustafayevi təlimatlandırıb. R.Mustafayev Bakıya qayıtdıqdan sonra 2008-ci ilin oktyabr ayında Azərbaycandan Rusiya istiqamətində nəql olunan neft kəmərlərinin yerinin müəyyənləşdirilməsi onların partladılması üçün partlayıcı qurğuların hazırlanmasını silahlı birləşmənin digər üzvü Asif Əmikişiliyə həvalə edib. A.Əmikişili 2008-ci ilin oktyabr ayında Xaçmaz rayonuna gəlib, ərazidən keçən böyükhəcmli boru kəmərlərini yanlış olaraq "Bakı - Novorossiysk" neft kəməri hesab edərək, həmin borularda partlayışın törədilməsi üçün əlverişli yeri müəyyənləşdirib bu barədə R.Mustafayevi məlumatlandırıb. O, Bakı - Xaçmaz yolunun 149-cu kilometrliyində, Vəlvələçayın üzərindəki körpüdən təxminən 500 metr aralı, əvvəlcədən müəyyən etdiyi yerdə hər iki borunun yan tərəfində partlayıcı qurğuları yerləşdirib. A.Əmikişili partlayışların vaxtını həmin gün üçün saat 24:00-a təyin edərək qurğuları işə salıb. Onlar partlayış barədə KİV- məlumatların yayımlanacağını izləyiblər. Lakin bu proses baş vermədikdə onlar həmin qurğuların işə düşmədiyi qənaətinə gəliblər. Bunu yoxlamaq məqsədilə A.Əmikişili yenidən həmin əraziyə gedib, burada hər iki borunun partlayaraq sıradan çıxdığını görüb partlayışların baş tutması xəbərini R.Mustafayevə çatdırıb. Lakin sonradan bu boruların neft yox, Bakıya içməli suyun nəql edilməsi üçün böyükhəcmli ehtiyat boru kəmərləri olduğu aydınlaşdırılıb. İstintaq zamanı R.Mustafayevin A.Misirxanovun göstərişi ilə ölkəyə çoxlu sayda silah-sursat keçirdiyi müəyyənləşdirilib... 2009-cu il yanvarın 14- xüsusi plan əsasında keçirilən antiterror tədbirləri nəticəsində silahlı birləşmənin üzvləri yaxalanıblar. Onların gizlətdikləri silah-sursat hərbi ləvazimatlar aşkar olunaraq götürülüb. Cinayətkarlar vəsait əldə etmək məqsədilə silahlanaraq paytaxt ətraf şəhərlərdəki valyutadəyişmə məntəqələrinə basqınlar da ediblər, bir sıra bankların qarəti planını işləyiblər. Göstərilən bütün faktlar üzrə MTN İstintaq Baş İdarəsi tərəfindən Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi açılıb.

 

 

Elnur

 

Həftə içi.- 2009.- 3 fevral.- S. 1-2.