"Azarkeşlər "Neftçi"dən qələbə gözləyirlər"

 

1-ci dövrədə zəif təsir bağışlayan "Neftçi" qış fasiləsinə turnir cədvəlinin 9-cu pilləsində yollandı. Bir çox futbolçularla yollarını ayıran flaqman Türkiyədə keçirilən təlim-məşq toplanışı zamanı heyətini xeyli gücləndirib.

 

Legioner futbolçuları transfer edən "ağ-qaralar" ölkə kubokunu qazanmaqla Avropa kuboklarına vəsiqə əldə etmək əzmindədir. 2-ci dövrəyə hazırlıq qarşıdakı planlar barədə klubun vitse-prezidenti İlqar Quluzadə livesport.az saytının suallarına cavab verdi. "Ağ-qaralar"ın əsas söz sahiblərindən olan vitse-prezident müsahibəyə bu sözlərlə başladı.   

- Son illərdə ölkəmizdə futbola göstərilən qayğı xeyli artıb. Bunun nəticəsidir ki, artıq klublarımız ölkə xaricində yüksəksəviyyəli təlim-məşq toplanışları keçirlər. Premyerliqada iştirak edən komandaların 70 faizi çempionata ölkə xaricində ciddi hazırlıq keçib. "Neftçi" belə klublardan biridir.   

- Türkiyədə keçirilən təlim-məşq toplanışından razı qaldınızmı?   

- Hazırlığımız yüksək səviyyədə keçdi. Bildiyiniz kimi, təlim-məşq toplanışı iki hissədən ibarət oldu. Komandamızın hazırlığı üçün Antalyada hər cür şərait yaradılmışdı. Baş məşqçi Hans-Yurgen Gedenin istəyinə uyğun olaraq bir çox futbolçular heyətə cəlb edilərək sınaqdan keçdilər. Hər mövqedə təxminən 7 - 8 futbolçu yoxlanıldı. Sonda almaniyalı mütəxəssisin bəyəndiyi futbolçularla müqavilələr imzalandı.   

- Sizcə, yeni oyunçular "Neftçi"yə uğurlar qazanmaqda kömək edə biləcəkmi?   

- İkinci dövrəyə ciddi hazırlaşmışıq. İrlandiya Rumıniyadan güclü oyunçular transfer etmişik. Aulita Niaqa böyük təcrübəyə malikdirlər. Bu futbolçular azarkeşlərə yaxşı tanışdır. Aulita İntertoto kubokunda "Neftçi"nin rəqibi olan "Vasluy"un heyətində çıxış edib. Niaqaya gəlincə, bu futbolçu "Styaua"da top qovub, Çempionlar Liqasının qrup mərhələsinin iştirakçısı olub. İnanırıq ki, ikinci dövrədə adlarını çəkdiyim futbolçular onlarla yanaşı komandamıza yeni cəlb etdiyimiz oyunçular "Neftçi"nin uğur qazanmasında böyük rol oynayacaqlar.  

- "Neftçi"nin ambisiyalarını nəzərə alaraq avrokuboklara vəsiqə qazanmaq uğrunda mübarizə aparacağı şübhəsizdir. Ancaq "Avropaya pəncərə"ni ölkə kubokunda qalib gəlməklə açmaq ehtimalı daha real görünür...   

- Hər görüşdə qələbə uğrunda mübarizə aparacağıq. İstər premyerliqa, istərsə kubok oyunları olsun. Sözsüz, əsas məqsədimiz kuboku qazanmaqla azarkeşlərimizi sevindirməkdir. Çalışacağıq göstərdiyimiz gözəgəlimli oyunlarla futbolsevərləri stadiona toplayaq. Premyerliqanın hər matçında da məzmunlu baxımlı futbol nümayiş etdirməyə çalışacağıq. Axı "Neftçi"nin azarkeşi ondan hər oyunda qələbə gözləyir! Deməli, hər oyuna final qarşılaşması kimi çıxacağıq. Ölkə çempionatında mümkün qədər irəliləməyi arzulayırıq bu səbəbdən hansısa oyunu arxa plana keçirməyi ağlımıza belə gətirmirik.   

- Yığma komandamızın Dubayda təlim-məşq toplanışı keçməsi digər klublar kimi "Neftçi"yə də mane oldumu?  

- Düzdür, hazırlıq çərçivəsində bəzi futbolçularımız komandadan kənarda qaldılar. Amma ölkənin əsas yığmasının mənafeyinə uyğun olaraq bu addımı atmalıyıq. Çünki millimizi mart ayında Rusiya komandası ilə çətin sınaq gözləyir. Millinin mənafeyi isə hər birimiz üçün ön planda dayanır.

  

 

Həftə içi.- 2009.- 13 fevral.- S. 7.