"Lenfilm"in azərbaycanlı səs rejissoru

 

Ələkbər Həsənzadə: "Pedaqoq fəaliyyətdə olmalıdır"

 

" Mən Bakıya gələndə heç kimlə görüşüb söhbət edə bilmirəm, istəmirəm "

 

Azərbaycanın ziyalı təbəqəsini ölkə xaricində təmsil edənlərdən biri Ələkbər Həsənzadədir.

Bu günlərdə Bakıda olarkən onunla görüşdük. Artıq 36 ildir o, Sankt-Peterburqda yaşayır, "Lenfilm" kinostudiyasında səs rejissoru vəzifəsində çalışır, Sankt-Peterburq Kino Televiziya Universitetinin professoru, akademikdir, özünün emalatxanası var. Rusiyanın milli kinematoqrafiya mükafatı olan "Nika"ya dövlət mükafatına layiq görülüb. "Nika" mükafatına birinci dəfə 21 il öncə, yəni "Nika"nın ilk təqdimatına namizədliyi isə nədənsə baş tutmayıb.

Ə.Həsənzadə:

- Bəlkə mənim soyadımın Həsənzadə olması öz işini gördü. Mənə çox pis təsir eləyən isə başqa şey oldu. Rusiyada dövlət mükafatı almış həmyerlilərimizin sayı barmaqla sayılacaq qədərdir. Mən gözləyirdim ki, bu münasibətlə müvafiq dövlət qurumlarının birindən təbrik teleqramı alacağam. Amma yalnız Kinematoqrafçılar İttifaqından teleqram aldım.

- Bakıya tez-tez gəlirsiniz?

- Bir film üzərindəki gərgin işi başa çatdırandan sonra mütləq vətənimə gəlib yenidən güc toplamalıyam. Mən qəti qənaətdəyəm ki, pedaqoq fəaliyyətdə olmalıdır. Tələbələrinə olub-keçənlərdən yox, indi cərəyan edən proseslərdən, gördüyü işlərdən danışmalıdır.

- Valideynləriniz kim olublar?

- Atam Əliheydər Həsənzadə anam Rüxsarə Ağayeva teatr aktyorları 1930-cu illərdə Azərbaycanın bir sıra bölgələrində teatr sənətinin təbliği inkişafı yönündə fəaliyyət göstərən sənət xadimləri olsalar da, mən təyyarəçi olmaq istəyirdim. Mənim təhsil aldığım 1 nömrəli məktəb o vaxtlar el arasında "Bağırov məktəbi" adlanırdı. Bura orta ümumtəhsil ocağı olmaqla yanaşı, həm Suvorov məktəbi, ya da sonralar bizdə yaradılmış Naxçıvanski adına Hərbi Məktəb kimi, gənc hərbçilər hazırlayırdı. Mən o dövrün əksər oğlan uşaqları kimi, yamanca təyyarəçi olmaq istəyirdim. Elə indi o arzunun havası başımdadır.

İş elə gətirdi ki, məzun olmağımıza 3 il qalmış məktəbimizi bağladılar. Onda məndən iki sinif yuxarıda oxuyan yoldaşımla qaçıb İrəvana getdik. Orda təyyarəçilər hazırlayan ixtisaslaşmış məktəbə daxil olduq. Təlimlərin birində hətta ayağım möhkəm zədələndi . Valideynlərim məni Bakıya gətirdilər. Bir neçə ay xəstəxanada yatdım. Amma heç vecimə deyildi. O vaxtlar axı bütün yeniyetmələr, gənclər Maresyevin təsiri altında idilər. Təsəvvür edirsiniz, İrəvandakı məktəb bağlandı! Mən öz məktəbimizə qayıtdım. 1958-ci ildə oranı bitirdim. ovaxtkı Leninqrad şəhərinin Kino Televiziya İnstitutuna qəbul olundum. Bilirsiniz, o dövrün təhsili elə səviyyədə idi ki, orta məktəbi bitirəndən sonra istənilən şəhərə gedib ali təhsil almaq mümkün idi. Doğrudur, o vaxt indiki kimi gediş-gəliş asan deyildi. Amma dediyim kimi, təhsilin səviyyəsi imkan verirdi ki, gedib hər hansı başqa bir yerdə öz yerini tapa biləsən.

- Təhsilinizi başa vurandan sonra Leninqradda qaldınız?

- Xeyr. 1963-cu ildə institutu bitirəndən sonra Bakıya qayıtdım kinostudiyada işə qəbul olundum. Mənim ixtisasım imkan verirdi ki, həm səs mühəndisi kimi çalışım, həm səs rejissoru kimi. "Azərbaycanfilm"də ilk işim Arif Babayevin çəkdiyi "İnsan məskən salır" filmində oldu. Arif Babayev elə adam idi ki, gənclərlə ünsiyyətində heç bir gərginlik olmurdu, amma həm müəyyən məsafə saxlamağı bacarırdı. Mən ona bu filmin səs rejissoru olmaq istəyimi deyəndə təəccüblənmişdi. Bildiyiniz kimi, bu film dövlət mükafatına layiq görüldü. Amma bu əsas deyil. Bunlar hamısı ötəri şeylərdir.

- Bakıda neçə il işlədiniz?

- 1973-cü ilə kimi. Bu illərdə "Səmt küləyi", "Ən vacib müsahibə" başqa filmlərin səs rejissoru oldum. İxtisasını sevən həqiqi mənada bilən bir kəs özünü qiymətləndirməyi bacaran insan kimi deməliyəm ki, mənim hər hansı bir filmin səs rejissoru olmağım o filmin yalnız xeyrinə ola bilər.

- Kinorejissor olmaq istəyində olmusunuz?

- Bəli. Çox istəyirdim təhsilimi davam etdirim kinorejissor kimi fəaliyyətə başlayım. "Azərbaycanfilm"in ovaxtkı direktoru Adil İsgəndərova bunu bildirəndə dedi ki, bizə indi sənin kimi mütəxəssislər lazımdır. isə, 1973-cü ildə Rusiyanın Kinematoqrafiya Komitəsindən təklif aldım "Lenfilm"də çalışmağa başladım. Bu studiyanın istehsalı olan bir sıra ekran əsərlərinin səs rejissoru oldum.

- Sankt-Peterburqda bizimkilərə münasibət necədir?

- Ümumiyyətlə, Sankt-Peterburqda bizimkilərə qarşı antaqonist münasibət görmürəm. Hər şey konkret insandan onun rəftar mədəniyyətindən asılıdır. Son illər bu amil çox qəribə, əcaib şəkil alıb. Mən Bakıya gələndə heç kimlə görüşüb söhbət edə bilmirəm, istəmirəm. Bilirsiniz, bizim danışığımız, istifadə etdiyimiz sözlər, ifadələr fikirlərimizin, duyğularımızın əksidir. Bizim fikirlərimiz, duyğularımız isə uşaqlığımızın, yəni əslimizin, kökümüzün səsi, sədasıdır. Mən tələbələrimlə rus dilində danışıram. Amma bu o demək deyil ki mən rusca düşünürəm. İndiki Bakı çox qəribə təsir bağışlayır. Adamlar elə bil sındırılıblar, yazıqlaşıblar. Dilləri anlaşılmazdı - ruscası ruscadı, azərbaycancası azərbaycancadı.

Samirə

 

Həftə içi.- 2009.- 24 fevral.- S. 6.