Xocalı soyqırımı təsviri sənətdə

 

Dünən Bədii Sərgi Salonunda Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş sərginin açılışı oldu. Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə keçirilən mərasimdə Xocalı hadisələri bir daha xatırlanaraq şəhidlərin ruhu yad edildi. Sərgidə nazirliyin təsviri və dekorativ sənət sektorunun müdiri Leyla Axundzadə, Rəssamlar İttifaqının katibi Ağəli İbrahimov çıxış edərək Xocalı soyqırımının dünya tarixində ən dəhşətli faciələrdən, bəşəriyyətə qarşı yönəlmiş ən amansız qətliamlardan biri olduğunu vurğuladılar. Vernisajda R.Mustafayev adına Dövlət İncəsənət Muzeyi və Dövlət Rəsm Qalereyasının fondlarında saxlanılan 60-dan çox əsər nümayişlənir. Rəsmlərin müəllifləri Nazim Məmmədov, Sara Manafova, Namiq Zeynalov, Rafiq Heydərzadədir. Heykəltəraş Xanlar Əhmədzadənin Xocalı faciəsini əks etdirən işləri də sərgi çərçivəsində nümayişlənir.

Samirə

 

Həftə içi.- 2009.- 26 fevral.- S. 7.