Milli qəhrəmanlarımız bir kitabda

 

Dünən M.F.Axundov adına Milli Kitabxanada Xocalı faciəsinin 17-ci ildönümü ilə əlaqədar müstəqil Azərbaycanın milli qəhrəmanlarından bəhs edən kitabın təqdimatı keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin qərarına uyğun olaraq işıq üzü görən kitabda Qarabağ müharibəsi zamanı cəbhələrdə, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Bakıda və 1992-ci ilin fevralında Xocalıda həlak olmuş milli qəhrəmanlar barədə məlumatlar təqdim olunub. Tədbirdə bu mövzuya həsr olunmuş kitabların sərgisi keçirilib və "Aytam" İctimai Uşaq Fondunun və "Günay" uşaq teatrının hazırladıqları kiçik səhnəcik təqdim edilib.

 

 

Samirə

 

Həftə içi.- 2009.- 27 fevral.- S. 7.