Metropolitenə 2 milyon manat ayrılıb

 

Tağı Əhmədov: "2040-cı ilədək Bakıdakı metro stansiyalarının sayı 70 olacaq"

 

"Dünyanın heç bir ölkəsində metrolarda gedişhaqqı bizdəki kimi ucuz deyil. Hətta MDB ölkələrində bu qiymət bizdəkindən bir neçə dəfə bahadır"

 

Müsahibimiz Bakı Metropoliten İdarəsinin (BMİ) rəisi Tağı Əhmədovdur.  

- Tağı müəllim, 2008-ci il BMİ-nin həyatında hansı uğurları ilə yadda qalıb?  

- Öncə deyim ki, 2002-ci ildən 2008-ci ilədək 136 təzə vaqon alaraq xətlərə buraxmışıq. Ötən il isə 36 vaqon alınaraq xəttə buraxılıb. Uzun müddət tikintisi yarımçıq qalmış "Nəsimi" stansiyasının inşa edilməsini tamamlayıb oktyabrın 8- istifadəyə verdik. Bir neçə aydır 6- 9-cu mikrorayonun sakinləri "Nəsimi"nin xidmətindən yararlanırlar. "Azadlıq prospekti" "Müşfiq" stansiyaları istifadəyə verildikdən sonra onlar 7-ci 8-ci mikrorayonlarda, eləcə Dərnəgül sahəsində yaşayan çoxminli sakinlərə xidmət göstərəcəklər. Dekabrın 29-da "İçərişəhər"in yenidənqurmadan sonra açılışı oldu. 1967-ci ildən fəaliyyətə başlayan stansiyanın yenidən qurulmasına 15 milyon manatlıq maliyyə vəsaiti ayrılıb. Onun giriş hissəsi piramida şəklindədir. Konstruksiyası metal şəffaf şüşədən quraşdırılıb. Stansiyanın üst vestibülünün sahəsi 250 kvadratmetr, xaricdən hündürlüyü isə 14 metrdir. Yenidənqurma zamanı ABŞ, Türkiyə, Yaponiya, Almaniya digər ölkələrdən gətirilmiş tikinti materiallarından istifadə olunub. Ötən il "28 May" stansiyasında da yenidənqurma işləri aparılıb. Onun Salatın Əsgərova küçəsinə yeni çıxışında bu çıxışın yaxınlığında metropolitenin yeni inzibati binasında da tikinti işləri davamlanıb. Prezident İlham Əliyev metropoliten işçilərinin sosial müdafiəsini gücləndirmək məqsədilə ötən ilin yanvarın 1-dən əməkhaqlarının 30 faiz, sentyabrın 1-dən isə 25 faiz artırılması barədə sərəncam imzalayıb. Bakı Metropoliteninin fəaliyyət göstərdiyi 41 il ərzində 21 stansiya istifadəyə verilib, son illərdə orta illik sərnişindaşıma 160 milyon nəfərdən çox olub. Təkcə ötən il metrodan istifadə edən 195 milyon 546 min nəfər pullu sərnişin olub.  

 - Ötən il noyabrın 10-da dövlət başçısı "Bakı metropoliteninin perspektiv inkişafı ilə bağlı bəzi tədbirlər planı barədə" sərəncam imzalayıb. Bununla bağlı hansı işlərin görülməsi planlaşdırılıb?  

 - Həmin sərəncama əsasən, metropolitenin 20 illik inkişafı üzrə dövlət proqramı hazırlanmalıdır. Bu proses bir neçə mərhələyə bölünür. 1-ci mərhələyə ictimai nəqliyyata olan tələblərin, onun, xüsusən metropolitenin xidmətlərindən istifadə edən sərnişin kütləsinin həcminin proqnozlaşdırılması bunun reallaşdırma variantları üsulları, sürətli sərnişin daşımaları sisteminin yenidən qurulması daxildir. Sonrakı mərhələlərdə mühəndis-geoloji, geodeziya axtarışları aparılmalı, iqlim seysmik məlumatlar toplanmalı, sistemin ümumi tələbləri s. müəyyənləşdirilməlidir. Həmin proqram hazırda istismarda olan metro xətlərinin təkmilləşdirilməsini, müasir tələblərə müvafiq olaraq yenidən qurulmasını, zəruri texniki təchizatı, maddi-texniki bazanın möhkəmləndirilməsini, vaqon parkının gücləndirilməsini, hərəkətin təşkilinin ən müasir üsullarının təşkilini nəzərə almalıdır. Proqramın hazırlanması üzrə başlıca vəzifələrin həyata keçirilməsi üçün Rusiyanın, Fransanın digər ölkələrin layihə institutları cəlb edilməklə tender elan olunub. Texniki-iqtisadi əsaslandırma işləri onların məsləhət iştirakı ilə keçiriləcək. Bu işlər iki istiqamətdə aparılacaq. 1-ci istiqamət yeni stansiyaların tikintisini, 2-cisi isə mövcud sahələrin yenidən qurulmasını əhatə edir. Yeni baş sxem hazırlanıb Nazirlər Kabineti tərəfindən təsdiqləndikdən sonra işçi layihələr üzərində işlərə başlanılacaq. Planın həyata keçirilməsi mexanizmi sadə deyil. Bunun üçün perspektiv xətlərin tikintisinə mövcud xətlərin yenidən qurulmasına sabit kapital qoyuluşunun mexanizmi hazırlanmalı, normativ sənədlər təkmilləşdirilməli, yeni tikinti normaları qaydaları tədqiq edilməlidir. Bundan başqa, hazır layihə-smeta sənədləri norma standartlara uyğunlaşdırılmalı, tikinti istismar prosesində qənaətcil texnika mütərəqqi texnologiyanın tətbiqi mexanizmi hazırlanmalı, tikinti müddətinin azaldılması digər zəruri məsələlər öz həllini tapmalıdır. Qeyd edim ki, "Bakı metropoliten xətlərinin perspektiv inkişaf sxemi" hələ ötən il bir neçə variantda hazırlanmışdı. Onun təxmin edilən texniki-iqtisadi əsaslandırmalara istinadən işlənməsinə baxmayaraq, mütəxəssislərin fikrincə, sxem real vəziyyəti kifayət qədər əks etdirir. Şərti sxemin tərtibi zamanı Bakının nəqliyyat sistemindəki problemlər, sərnişin axınının əsas istiqamətləri, stansiyaların ən gərgin nəqliyyat nöqtələrində yerləşdirilməsi, yaxın gələcəkdə mövcud xətlərin müstəqil səciyyə daşıması, şəhərdə yaxın perspektivdə aparılacaq tikinti işləri bu kimi mühüm məqamlar nəzərə alınıb. Həmin sxem bir müstəqil dairəvi, "Badamdar" - "Həzi Aslanov", "Xırdalan - Babək" "Şıx" - "Binəqədi" olmaqla 3 xətdən ibarətdir. Sxem Əhmədli, Yeni Əhmədli, Günəşli, Qaraçuxur, Bakıxanov qəsəbələrinin mikrorayonların yeraltı nəqliyyat konveyerinə qoşulacağını təxmin edir. Perspektivdə Bakının şimal cənub giriş qapılarında metro stansiyalarının tikintisi nəzərdə tutulur. Yəni yeraltı qatarların Xırdalan Sumqayıt şəhərlərinə gedib çıxacağı da istisna edilmir. Metronun inkişaf planı mövcud xətlərin stansiyaların yenidən qurulması sahəsində bir sıra mühüm işlərin görülməsini nəzərdə tutur.   

 Bu, uzunsürən prosesdir. Dərin özüllü 7 stansiyada 2-ci girişlər tikilməli, eskalatorlar dəyişdirilməlidir. Onu da deyim ki, "28 May"ın 2-ci çıxışı yaxın vaxtlarda istifadəyə veriləcək. "İçərişəhər"in "Elmlər Akademiyası"nın layihələri artıq hazırdır. "Nizami"ni Füzuli meydanı, "Sahil"i Nizami Səməd Vurğun küçələri ilə birləşdirəcək çıxışların layihələri hazırlanmaqdadır. 2012-ci ildə "Dərnəgül" deposu istismara verildikdən sonra mövcud xətlərin müstəqil fəaliyyəti üçün zəruri olan "Nizami" və "Cəfər Cabbarlı" birləşdirəcək 250 metrlik tunel çəkilməlidir. Bu başa çatana kimi "28 May" "Nizami" arasında avtobusla hərəkəti təşkil etmək lazım gələcək.  

 Bakı meriyası Beynəlxalq Avtovağzal Kompleksində tikiləcək metro stansiyasının yerləşəcəyi torpaq sahəsini müəyyənləşdirib. Bir sözlə, 2040- ilədək Bakıda stansiyaların sayının 70-ə çatdırılması nəzərdə tutulub. Bütün bunlar qarşıdakı 20 ildə görəcəyimiz işlərdir. Layihələrin işlənib-hazırlanmasına Prezidentin Ehtiyat Fondundan 2 milyon manat vəsait ayrılıb. Layihənin reallaşdırılması üçün lazım olan vəsait isə baş sxem təsdiqləndikdən sonra müəyyənləşdiriləcək.   

 - Metroda gedişhaqlarının artırılması gözlənilirmi?  

 - Bu məsələ hazırda gündəmdə deyil. "Nəsimi" stansiyasının açılışında da prezident vurğuladı ki, qiymətlər artırılmayacaq. Dünyanın heç bir ölkəsində metrolarda gedişhaqqı bizdəki kimi ucuz deyil. Hətta MDB ölkələrində bu qiymət bizdəkindən bir neçə dəfə bahadır. Bizdə isə cəmisi 5 qəpikdir. Ancaq bununla belə, artım barədə söhbət gedə bilməz.

    

 

Təbriz Vəfalı

 

Həftə içi.- 2009.- 27 fevral.- S. 5.