Akademik səhnənin yüksək peşəkarı

 

Maqsud Məmmədov - 80

 

Rəqs sənətimizin canlı əfsanələrindən biri Maqsud Məmmədov 80 illik yubileyini qeyd edir.

 

Yaradıcılıq yolu boyunca istər dövlət, istərsə xalq tərəfindən hər zaman böyük diqqət görən Maqsud Məmmədovu bu gün Moskvanın balet sənətkarlarından aldığı təbrik məktubları daha da sevindirir. Mədəniyyət Turizm Nazirliyinin ünvanına gələn bu teleqramlarda rəqs balet sənətinin korifeyləri xoreoqrafiya sənətinin inkişafındakı xidmətlərinə görə Maqsud Məmmədova minnətdar olduqlarını ifadə edirlər.

Moskva Akademik Böyük Teatrının bədii rəhbəri Y.Burlaka: "Hörmətli Maqsud Davudoviç! Sizin bu əlamətdar gününüzdə ən səmimi təbriklərimi qəbul etməyinizi xahiş edirəm. Sizin ifaçılıq baletmeysterliyə həsr olunmuş yaradıcılıq yolunuz Azərbaycan rəqs sənətinin tarixində ən parlaq səhifələrdən biridir. Moskva üslubuna xas olan akademik formaya ciddi riayət etməklə rəqsin ifası zamanı genişlik emosional dolğunluq cəhətləri, personajın mahiyyətinə dərindən varmaq bacarığı sizin yaradıcılıq yolunuzun başlıca cəhətinə çevrildi. Buna görə sizin repertuarı milli qəhrəmanlar olan Fərhad ("Məhəbbət əfsanəsi"), Azad ("Gülşən"), Polad ("Qız qalası") digər personajlarla yanaşı, klassik şahzadələr bəzəməyə bilməzdi. Sizin tərəf-müqabilləriniz Azərbaycan balet sənətinin ustad sənətkarları olan Qəmər Almaszadə, Leyla Vəkilova, Rəfiqə Axundova ilə bərabər əfsanəvi Qalina Ulanovanın tələbəsi Malika Sabirova kimi maraqlı balerinalar olublar".

Y.Burlaka daha sonra M.Məmmədovun baletmeysterlik fəaliyyətindən söz açaraq yubilyarın vaxtilə quruluş verdiyi "Xəzər balladası", "Kaleydoskop", "Qobustan kölgələri" baletlərinin adlarını xatırladaraq onların Moskva Parisdə böyük əks-səda doğurduğunu vurğulayır. Y.Burlaka M.Məmmədovun xanımı ilham pərisi Rəfiqə Axundova ilə birlikdə hazırladıqları "Babək", "Şelkunçik", "Yeddi gözəl", "İldırımlı yollarla" baletlərini Azərbaycan Dövlət Opera Balet Teatrının səhnəsinin bəzəyi adlandırır, onların Rusiyanın digər ölkələrin teatrlarında qoyulmasını böyük töhfə hesab etdiyini deyir.

Bundan savayı, M.Məmmədovun dünyaşöhrətli həmkarları SSRİ xalq artistləri Yuri Qriqoroviç, Nikolay Fadeyeçev, Mixail Lavrovski, Yuri Vladimirov Vyaçeslav Qordeyev təbrik teleqramları yollayıblar. Teleqramlarda Maqsud Məmmədovun yubileyinin Azərbaycan klassik rəqs sənətində önəmli hadisə olduğu deyilir. "Siz ilk azərbacanlı rəqqas olaraq akademik səhnəyə yalnız yüksək peşəkarlıq mədəniyyəti gətirmədiniz. Gözəl fiziki hazırlığınız, uçuşa bənzər hərəkətləriniz, temperament texniki azadlığınız aktyorluq bacarığı ilə vəhdətdə ən müxtəlif xarakterli qəhrəmanların obrazlarının canlandırılmasında parlaq interpretasiyaların meydana gəlməsinə imkan verdi. Təsadüfi deyil ki, sizin xoreoqrafiyanı nəinki Azərbaycan balerinləri, həm dünya miqyasında tanınmış rəqqaslar da ifa ediblər. Əziz Maqsud Davudoviç! Sizin balet sənətinin inkişafına verdiyiniz töhfə bir ona görə heç bir qiymətə sığmır ki, siz sənətinizi gənc nəslə səbrlə öyrətməyi bacaran nadir pedaqoqlardansınız".

Vaxtilə Arif Məlikovun "Məhəbbət əfsanəsi" baletinə quruluş verən bununla da Azərbaycan balet sənətinin dünyaya çıxmasını təmin edən Y.Qriqoroviç isə ayrıca göndərdiyi şəxsi teleqramda Fərhadın 80 illik yubileyinin ötən möhtəşəm günlərə bir daha dönüb baxmaq səbəbi, amma qətiyyən yekun vurmaq bəhanəsi olmadığını vurğulayıb yubilyara yeni yaradıcılıq sevincləri arzulayıb.

Samirə

 

Həftə içi.- 2009.- 11 iyun.- S. 7.