Gürcüstanda Azərbaycan mədəniyyəti günləri

 

Müştərək komissiya ilə eyni vaxtda işə başladı

 

Dünən start götürən Gürcüstanda Azərbaycan mədəniyyəti günlərinin açılışında iştirak etməkdən ötrü qardaş respublikada səfərdə olan mədəniyyət turizm naziri Əbülfəz Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Gürcüstanın Marneuli rayonuna baş çəkib.

Nazirliyin mətbuat xidmətindən verilən məlumata görə, Ə.Qarayev Marneulidə azərbaycanlıların Mədəniyyət Mərkəzinin rəhbərləri ilə görüş keçirib. Mərkəzin rəhbəri Fazil Həsənov qurumun fəaliyyəti azərbaycanlıların kompakt yaşadıqları bölgələrdə mədəniyyətin inkişafı barədə Ə.Qarayevə məlumat verib. Görüş əsnasında nazir mərkəzin layihələri ilə tanış olub. Ə.Qarayev Gürcüstanda fəaliyyət göstərən azərbaycandilli məktəblərdə dərsliklərin vəziyyəti ilə maraqlanıb. Daha sonra Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən "Sarvan" rəqs qrupunun çıxışlarını seyr edib.

Gürcüstanın Azərbaycanın Mədəniyyət Turizm nazirlikləri arasında isə abidələrin qorunması üzrə müştərək komissiyanın yaradılması barədə razılıq əldə olunub. Komissiyanın tərkibinə hər iki ölkənin mədəniyyət işçiləri, alimlər, tarixçi arxeoloqlar daxil olacaq. Onlar iki ölkənin ərazisində qorunub-saxlanmış tarixi abidələrin vəziyyətini öyrənəcək mübahisəli obyektlərdə yerləşən abidələrin tarixi mənsubluğu məsələsini həll edəcəklər. Komissiyanın başlıca məqsədi Azərbaycanın Gürcüstanın ərazilərində yerləşən mədəni irsin qayğısına qalmaqdan ibarətdir. Qeyd edək ki, komissiya artıq öz işinə başlayıb. Onun fəaliyyətinin ilkin mərhələsi iki ölkənin abidələrinin qorunmasının mühafizə xidmətləri arasında məlumat mübadiləsinə nail olmaqdan ibarətdir. Gürcüstanın mədəniyyət naziri Nika Rurua ilə birlikdə keçirdiyi mətbuat konfransında Ə.Qarayev vurğulayıb ki, Gürcüstanla Azərbaycan ikitərəfli əlaqələrin möhkəmləndirilməsində mədəni əlaqələrin inkişafında maraqlıdırlar. Rəcmi görüşlərdən sonra hər iki ölkənin nümayəndələri Gürcüstanda Azərbaycan mədəniyyəti günlərinin açılış mərasimində iştirak ediblər. Tbilisinin Opera Balet Teatrında keçirilən açılış mərasimində Azərbaycan mədəniyyət incəsənətinin ən layiqli nümayəndələri çıxış ediblər. Onların çıxışları böyük ruh yüksəkliyi ilə qarşılanıb. Mərasimdə çıxış edən Ə.Qarayev qeyd edib ki, Gürcüstanla Azərbaycan arasında sıx mədəni əlaqələr heç bir dövrdə zəifləməsə , qarşılıqlı mədəniyyət günlərinin keçirilməsi vacib əlamətdar hadisədir.

Öz növbəsində N.Rurua vurğulayıb ki, iki qardaş xalqlar arasında mədəni əlaqələrin möhkəmləndirilməsinə bölgələr arasında əlaqələrin genişləndirilməsi işindən başlamaq lazımdır. N.Rurua: "Azərbaycanla Gürcüstanın müxtəlif bölgələri arasında əlaqələri möhkəmləndirmək xalq rəqs kollektivləri, müğənnilər, teatr kollektivləri, ifaçıların mübadiləsini təşkil etmək zəruridir. Bu, əlaqələrimizi daha da zənginləşdirməyə əhalinin daha böyük hissəsini əhatə etməyə imkan verəcək".

Mədəniyyət günlərinin ilk tədbirlərindən biri Tbilisinin "Karvasla" sərgi salonunda azərbaycanlı rəssamların sərgisinin açılışı olub.

 

Samirə

 

Həftə içi.- 2009.- 19 iyun.- S. 7.