Bəxtiyar Vahabzadəyə həsr olunmuş simpozium.

 

Martın 31-dən aprelin 5-dək Türkiyənin İstanbul şəhərində Bəxtiyar Vahabzadənin xatirəsinə həsr edilmiş elmi simpozium keçiriləcək. 

Azərbaycan Yazıçılar Birliyindən aldığımız məlumata görə, simpoziumun birinci günü bütünlüklə Bəxtiyar Vahabzadənin yaradıcılığına həsr ediləcək. Tədbir çərçivəsində müasir türk ədəbiyyatının problemləri, əsərlərin tərcüməsi zamanı meydana çıxan uyğunsuzluqlar səhvlər, gənc yazarların qarşısında duran məsələlər müzakirə ediləcək. Simpoziumun təşkilatçıları TÜRKSOY Türkiyənin Mədəniyyət Turizm Nazirliyidir.   

Bəxtiyar Vahabzadə 16 avqust 1925-ci ildə Şəki şəhərində dünyaya gəlib. Ədəbi yaradıcılığa başlaması Böyük Vətən müharibəsi illərinə təsadüf edir. 1945-ci ildən B.Vahabzadə Azərbaycan Yazıçılar Birliyinin üzvü idi. Onun nəzm əsərləri, dramları, poema publisistik məqalələri dünyanın bir sıra dillərinə tərcümə edilib. Ömrünün 40 ilini pedaqoji fəaliyyətə həsr edən mərhum şair Bakı Dövlət Universitetində dərs deyirdi. İctimai fikrimizə ədəbiyyat tariximizə çoxlu fəlsəfi, dərin sosial mənalı, tarixi məzmunlu poetik nümunələr ən əsası "Gülüstan" poemasını bəxş etmiş şair bu il fevralın 13- dünyasını dəyişib.

  

  

Samirə.

 

Həftə içi.- 2009.- 31 mart.- S. 7.