Soyqırımın bədii əksi

 

Dünən Mədəniyyət Turizm Nazirliyində 1918-ci ilin martında erməni daşnak dəstələrinin Bakıda bir neçə bölgəmizdə törətdikləri soyqırım faktının növbəti ildönümünə həsr edilmiş sərginin açılışı oldu. Sərgidə Vaqif Ucatainin (Hüseynovun) qrafik üslubda işlədiyi erməni vəhşiliyinin bədii əksi olan rəsmlər nümayişləndi. Maraqlıdır ki, vernisajın açılış vaxtı ilə 1918-ci il martın 30-da Bakı qırğınının başlanma vaxtı eyni idi - saat 17:00. Erməni daşnaklarının lideri Stepan Şaumyanın əmri ilə müsəlman əhalisini vəhşicəsinə qətlə yetirməyə başlayan silahlı dəstələrə yerli ermənilər kommunistlər kömək ediblər. Martın 31- Bakının çıxış məhəllələrinin əhalisi bütünlüklə məhv edilmişdi. Bolşeviklər isə portu ələ keçirərək İçərişəhəri mühasirəyə almışdılar. Onların bu addımları sovet tarixindən bəhs edən kitablara müsavatçıların zərərsizləşdirilməsi əməliyyatı kimi daxil olub. 3 gün ərzində Bakıda 12.000-dən artıq müsəlman əhalisi qətlə yetirilmişdi. Şaumyanın Moskvaya göndərdiyi raportlarda bu hadisələr "vətəndaş müharibəsi" kimi qələmə verilirdi, qurbanların sayı isə 2 dəfə az göstərilirdi. Qətlə yetirilən azərbaycanlılar Çəmbərəkənddə dəfn olunmuşdular. Hazırda həmin yerdə Şəhidlər xiyabanı yerləşir.

Samirə.

 

Həftə içi.- 2009.- 31 mart.- S. 7.