Alim cazsevərlərin qarşısında

 

Tanınmış muğam ustası Alim Qasımov indiyə qədər bir çox xarici ölkələrdə konsertlər verib, festivallarda çıxışlar edib. Məlumata görə, onun budəfəki səfəri Türkiyədə keçiriləcək 16- Beynəlxalq İstanbul Caz Festivalınadır. İstanbul Mədəniyyət-Sənət Vəqfi tərəfindən həyata keçiriləcək festival 2 - 15 iyul tarixlərini əhatə edəcək. Xəbərlərə görə, tədbirin ən böyük sürprizi "SMV. Grur"un çıxışı olacaq. Qrup iyulun 8- Cemil Topuzlu Açıkhava Səhnəsində yazın ən diqqətçəkən konsertlərindən birinə imza atacaq. "Ustalarla görüşlər" adlı festival günlərində Azərbaycanın dünyaca ən ünlü səs sahibi Alim Qasımov, Türkiyədən Erkan Onur kamança ustadı Dərya Türkan bir arya gələrək tamaşaçı qarşısına çıxacaqlar.

  

 

Xatirə

 

Həftə içi.- 2009.- 8 may.- S. 7.