Azərbaycan finalda!

 

Bu gün "Eurovision-2009" yarışmasının qalibi müəyyənləşəcək

 

Rusiyanın Moskva şəhərində keçirilən 54-cü "Eurovision-2009" yarışmasının 2-ci yarımfinalından finala vəsiqə qazanan ölkə iştirakçılarının adları məlum oldu.

 

Bildirək ki, 2-ci yarımfinal konsertində Xorvatiya, İrlandiya, Latviya, Serbiya, Polşa, Norveç, Kipr, Slovakiya, Danimarka, Macarıstan, Azərbaycan, Yunanıstan, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya Niderland iştirak etdi. Təmsilçilərimiz bu konsertdə 12-ci nömrə altında öz çıxışlarını nümayiş etdirdilər. Böyük coşqu ilə izlənən təmsilçilərimizin çıxışı nəinki "Olimpiyski" idman-konsert salonundan, hətta jurnalistlər üçün ayrılan xüsusi otağından da alqışlarla qarşılandı.

İkinci yarımfinla konserti öz qeyri-adiliyi ilə seçildi. Belə ki, Rusiyanın məşhur rəqs ustalarının iştirakı ilə "Eurovision " yarışmasınan əvvəlki illərdəki qaliblərinin musiqiləri əsasında ritmik səhnə quruluşu ilə müxtəlif səpkili rəqslər təqdim edildi. 19 iştirakçı ölkənin çıxışından sonra yenidən 15 dəqiqə ərzində bütün dünya ölkələrindən səsvermələr başlanıldı. Nəticələr isə gözlənilməz dərəcədə hər kəsi şoka saldı. Beləliklə, Azərbaycan bu sıralamada öz yerin 1-ci olaraq aldı. Digər sıralamanı isə Xorvatiya , Danimarka, Litva, Moldova, Albaniya, Ukrayna, Estoniya ardıcıllıqla qazandı. Sonda isə Norveç Yunanıstan təmsilçilərinin adları açıqlandı.

Ənənəyə uyğun konsert proqramından sonra finala vəsiqə qazanan bütün iştirakçı ölkələr mətbuat konfransı üçün "Olimpiyski" idman-konsert zalındakı mətbuat mərkəzinə yığışdılar. Azərbaycan təmsilçilərini böyük coşqu ilə qarşılayanlar içərisində nümayəndə heyətinə daxil olan jurnalistlərlə bərabər, hətta digər ölkələrin jurnalistləri qoşuldu. Onu da nəzərinizə çatdıraq ki, təmsilçilərimizi dəstəkləmək üçün Bakıdan xüsusi olaraq Azərbaycanın xalq artisti Aygün Kazımova da iştirak edirdi. O da öz növbəsində təmsilçilərimizə uğurlar dilədi bildirdi ki, müsabiqə sona çatana qədər təmsilçilərimizin yanında olacaq dəstəyini əsirgəməyəcək: "Mən onların hər ikisinə inanıram. Araş istedadlı müğənnidir. O bütün çıxışları ilə hər kəsi təəcüğbləndirən bir sənətkardır. Aysel isə çox ağıllı bir qızdır. İnanıram ki, finalda da onlar bu cür gözəl ifa nümayiş göstərəcəklər".

2-ci yarımfinal konserti üçün düzənlənə mətbuat konfransını isə bir sıra hadisələr çıxışlarla yadda qaldı. Norveç təmsilçisi Aleksand Rıbaka belarusiyalı jurnalistin müğənnin nənəsindən gətirdiyi hədiyyəni təqdim etməsi zalda alqışlarla qarşılandı. Təmsilçi yarıfinal günü keçirdiyi ad gününə bunun ona böyük hədiyyə olduğunu söylədi.

Azərbaycan təmsilçiləri Araş Aysel isə mətbuat konfransında jurnalistlərin gözü qarşısında bir-birlərinə böyük jestlər etdilər. Beləki, Araşın əvvəlcə Ayselə qızılgül dəstəsi verməsi, qarşı tərəfin isə ona qızıl zəncir hədiyyə etməsi nəticələndi. Hər iki təmsilçi bir-birlərinə səhnədə ki, gözəl ifa üçün təşəkkür etdilər.

Mətbuat konfransında hər kəsin maraqla gözlədiyi Yunanıstan təmsilçisi Sakis Ruvas isə jürnalistlərin xahişi ilə müsabiqədə ifa etdiyi mahnısını elə mətbuat konfransında yenidən oxudu. Bundan başqa jurnalistlər tərəfindən ona münsiflər heyətinin sədri ilə dostluğunun qələbəsinə hansı təsir edəcəyi, sualına cavab olaraq, yunan təmsilçisi bildirdi ki, burda hər şey obyektiv olacaq. Dostluğun müsabiqəyə heç aidiyyatı yoxdur. Bunu Sakis Ruvas dedi.

Hər zaman bütün çıxışlarında tamaşaçıları heyrətləndirən Ukrayna təmsilçisi Svetlana Loboda mətbuat konfransında da fərqləndi. Stolun üstünə qalxan müğənni bütün zalın diqqətini özünə çəkərək, o da Sakisə cavab olsun deyib, öz müsabiqə mahnısından bir parça ifa etdi. Mətbuat konfransında təmsilçilər həmdə finalda çıxış edəcəkləri nömrələri kiçik matruşkalardan çıxardılar. Beləliklə püşkatmada Azərbaycan 11, Xorvatiya 5, Norveç 30, Danimarka 16, Yunanıstan 8, Litva 1, Moldova 13, albaniya 19, Ukrayna 21, Estoniya isə 15-ci sıraları paylaşdılar.

Nəticələrə görə mayın 16-da keçiriləcək final konsertində 25 ölkə aşağıdakı sıralama ilə çıxış edəcək.

Mətbuat konfransından sonra "Həftə içi" olaraq təmsilçilərimiz Aysel Araşla görüşüb, yarımfinal konsertindəki uğurlu çıxışları ilə bağlı münasibət öyrəndik. Hər iki təmsilçimiz olduqca xoşbəxt olduqlarını, bu üğurda hər ikisinin rolu olduğunu söylədilər. Araşın bildirdiyinəi görə o Ayseldən elə bunu da gözləyirdi: "Mən ilk gündən bilirdim ki, Aysellə çıxışım uğurlu alınacaq. O nəinki günki axşam çıxışındı, hətta vaxta qədər olduğumuz bütün konsertlərdə gözəl tərəf müqabilidir. Heç kim deyyə bilməz ki, o yeni başlayan müğənnidir. Çünki çox peşəkarcasına səhnə hərəkət edir. Səsini isə gözəl işlətməyi bacarır. Biz əlimizdən gələni etdik. İnşallah finalda bündan böyük nəicələr gözləyirik. İnanırıq ki, qalibiyyət bizimlə olmalıdır". Aysel isə bütün uğurlarında Araşa xüsusi minnətdarlıq etdi: "Mən çox şadam ki, peşəkar insanla birlikdə işləmək nəsib oldu. Araş mənə çox kömək etdi. Onun yanında səhnədə olmaq mənə çox rahatdır. Səhnədəki bütün çıxışlarımda köməyini əksik etmir. Ona görə yarımfinal çıxışımız hər kəs tərəfinndən yüksək qiymətləndirildi. Nəticəni isə hər kəs gördü. Biz burda mütləq birinci olmalayıq. Finalda bütün dünya azərbaycanlılarından bizi dəstəkləməyi gözləyirik".

Dünən isə final konsertinin 2 əsas məşqi keçirildi. Bildirək ki, final konsertlərinə aparıcılığı Rusiyanın 1-ci kanalının teleaparıcısı İvan Urqant tanınmış Rusiya müğənnisi Alsu edəcək. Təmsilçilərimiz dünən hər iki əsas məşqdə uğurlu çıxışlar nümayiş etdirdilər. Bu gün isə Bakı vaxtı ilə saat 24-də İctimai Televiziya ilə canlı olaraq "Eurovision 2009" yarışması yayımlanacaq. Onu da bildirək ki, Moskvadan ediləcək birbaşa yayımda Azərbaycanın xalq artisti Aygün Kazımovanın teleaparıcı Leyla Quliyeva ilə birgə şərhi gözlənilir. Azərbaycan təmsilçilərinə 54-cü Eurovision" yarışmasında uğurlar diləyirik.

1. Litva

 

2. İsrail

3. Fransa

4. İsveç

5. Xorvatiya

6. Portuqaliya

7. İslandiya

8. Yunanıstan

9. Ermənistan

10. Rüsiya

11. Azərbaycan

12. Bosniya

Hersoqovina

13. Moldova

14. Malta

15. Estoniya

16. Danimarka

17. Almaniya

18. Türkiyə

19. Albaniya

20. Norveç

21. Ukrayna

22. Rumıniya

23. Böyük Britaniya

24. Finlandiya

25.İspaniya

 

 

Gülnarə Kərimova,

"Həftə içi" qəzetinin

"Eurovision-2009" yarışmasını

işıqlandırmaq üçün Moskvaya

ezam olunmuş xüsusi müxbiri

 

 

Həftə içi.- 2009.- 16-18 may.- S. 6.