"Rabitə dünyası"nın xüsusi buraxılışı

 

Rabitə İnformasiya Texnologiyaları Nazirliyinin rəsmi mətbu orqanı olan "Rabitə dünyası" qəzetinin ümummilli lider Heydər Əliyevin anadan olmasının 86- ildönümü ilə bağlı xüsusi buraxılışı nəşr edilib. RİTN-dən verilən məlumata görə, 24 səhifəlik, rəngli formatda yüksəkkeyfiyyətli kağızda çap olunmuş xüsusi buraxılışda ulu öndərin həyat fəaliyyətindən bəhs edən məqalələr şəkillər yer alıb. Buraxılışda "Onun müdrik kəlamları", "Azərbaycan rabitəsinin Heydər Əliyev dövrü", rabitə informasiya texnologiyaları naziri Əli Abbasovun müəllifi olduğu "Heydər Əliyevin İKT siyasəti müasir mərhələdə", Heydər Əliyevin həyat yoldaşı - görkəmli oftalmoloq Zərifə Əliyevanın həyat fəaliyyətinə həsr olunmuş məqalələr, onun dövründə işləyən şəxslərlə müsahibələr əksini tapıb. Nəşrdə H.Əliyevin 1969 - 1982-ci 1993 - 2003-cü illər ərzində fəaliyyəti, onun təşəbbüsü rəhbərliyi ilə həyata keçirilən layihələr, ölkənin dinamik inkşafına rəvac verən genişmiqyaslı işlər barədə ətraflı məlumat verilib. Azərbaycan, ingilis rus dillərində çap edilmiş xüsusi buraxılışın son səhifəsində Heydər Əliyevin ailə albomundan şəkillər dərc olunub.

  

 

Aysel

 

Həftə içi.- 2009.- 9-12 may.- S. 4.