Xatirə lövhələri hələ yenilənməyib

 

Emin Süleymanov: "Gələcəkdə onlar dəyişdiriləcək"

 

Azərbaycan xalqı tarixdə iz qoymuş siyasət, incəsənət, elm, mədəniyyət, iqtisadiyyat digər sahələrdə xidmətləri olan ictimai-siyasi şəxsləri daim əziz tutaraq onları yad edir. Həmin şəxsiyyətlərə hörmət əlaməti olaraq isə onların xatirəsini əbədləşdirmək məqsədilə büstləri ucaldılır, yaşadıqları yerlərdə xatirə lövhələrini yaradırlar. Azərbaycan xalqını öz tarixindən, dilindən dinindən uzaqlaşdırmağa çalışan sovet imperiyası 70 il ərzində bir neçə dəfə əlifbamızı dəyişərək beynəlmiləlçilik adı altında ruslaşdırma siyasəti apardı. Nəticədə isə respublikamızın hər yerində ümumi əlifba kimi tətbiq edilən ərəb əlifbası əvvəlcə latın, sonra isə kiril qrafikası ilə əvəzləndi. Lakin 1993-cü ildə yenidən latın əlifbasına keçid edildi. Daha sonra isə tədricən tarixi ədəbiyyatların, dövri nəşrlərin, eyni zamanda dərsliklərin, tədris vəsaitlərinin yeni əlifba ilə tərtib olunmasına başlanıldı. Lakin buna baxmayaraq elm, ictimai-siyasi, mədəniyyət, incəsənət sahəsinin görkəmli şəxslərinin kiril qrafikası ilə yaradılmış xatirə lövhələri, barelyefləri hələ yenilənməyib.

Bunlara nümunə olaraq Azərbaycanın görkəmli muğam ustası Zülfü Adıgözəlovun, tanınmış iqtisadçı alim Əhməd Mahmudovun, xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin barelyefləri, şərqşünas alim Əbdülkərim Əlizadənin, Maksim Qorkinin, İsmayıl Hidayətzadənin, Tağı Şahbazinin, Məmməd Əfəndiyevin, Mirzə Hüseynovun, Sultanməcid Əfəndiyevin, Mirzə Hüseynovun, Dadaş Bünyadzadənin, Əsəd Nərimanovun, Əliş Ləmbəranskinin, Səmədağa Ağamalı oğlunun bir zaman yaşadıqları binaların divarlarındakı kiril qrafikalı xatirə lövhələrini göstərə bilərik. Eləcə kinomuzun dahilərindən olan Adil İsgəndərovun digərlərinin barelyefləri kirilcədir. Sovet imperiyasının süquta uğramasından 18 il ötməsinə baxmayaraq, bir sıra xatirə lövhələrində Azərbaycanı 70 il əsarətdə saxlamış SSRİ imperiyasının adına bu gün rast gəlmək mümkündür. qədər təəccüblü olsa da, xalq artisti Mərziyə Davudovanın rus dilində tərtib olunmuş "V etom dome jila narodnaya artiska SSSR Davudova Marziya" xatirə lövhəsi, həmçinin milli musiqimizin dünyaşöhrətli dahisi Üzeyir Hacıbəyovun barelyefi hələ rus Azərbaycan dillərində, kiril qrafikasındadır. Hətta Azərbaycanın 1920-ci ildə Sovet Rusiyası tərəfindən işğal edilməsində rol oynamış Əliheydər Qarayevin, Bünyad Sərdarovun digər inqilabçıların kiril qrafikalı xatirə lövhələri hələ paytaxtın mərkəzi küçələrində qalmaqdadır.

Postsovet dövrünün "yadigar"ları bununla yekunlaşmır. Belə ki, Azərbaycan Milli Elmlər Akademiyasının Rəyasət Heyətinin binası üzərində "Azərbaycan SSR Elmlər Akademiyası" lövhəsi, keçmiş imperiyanın dövlət rəmzlərindən sayılan beşguşəli ulduz buna misal ola bilər. Azərbaycan Demokratik Respublikasının bir zamanlar fəaliyyət göstərdiyi binanın İstiqlaliyyət küçəsindəki xatirə lövhəsi, hətta bayram şənliklərinin keçirildiyi Qala divarlarının xatirə lövhəsi köhnə əlifbanın qalıqlarıdır.

Məsələylə bağlı Bakı şəhər İcra Hakimiyyətinin mətbuat xidməti ilə əlaqə saxladıq. Mətbuat xidmətindən bildirdilər ki, kirilcə yazılan lövhələrin yeniləri ilə əvəzlənməsi heç düzgün deyil: "Bir çox lövhələr var ki, onları dəyişdirmək ya sındırıb-çıxarmaq olmaz. Çünki elə lövhələr var ki, onlar bizə 18-19-cu əsrdən qalıb. Buna görə biz onları sındırmaq yox, əksinə, qorumalıyıq. Çünki bu bizim tariximizdir biz onu gələcək nəslə olduğu kimi çatdırmalıyıq". Verilən məlumatda həmçinin bildirildi ki, gələcəkdə kirilcə yazılan lövhələrin dəyişdirilməsinə dair bizə heç bir göstəriş verilməyib: "Bu işlə Bakı şəhər Mədəniyyət Turizm İdarəsi məşğul olur". Daha sonra adıçəkilən qurumla əlaqə saxladıq. İdarənin mətbuat xidmətinin rəhbəri Emin Süleymanov bizə verdiyi açıqlamasında onların ərazisinə aid olan bütün lövhələrin kirilcədən dəyişdirilərək latın qrafikasında yazıldığını bildirdi: "Bizim idarə daha çox parkların içərisində olan lövhələrə, kitabxanalara mədəniyyət evlərinin üzərindəki lövhələrə baxır. Bütün lövhələr isə əməkdaşlarımız tərəfindən dəyişdirilərək latın qrafikasında yazılıb. Qaldı ki sizin söylədiyiniz xatirə lövhələrinə, yəqin gələcəkdə aidiyyəti qurumlar tərəfindən həmin lövhələr latın qrafikasında yazılacaq".

Səma Rəsulqızı

 

Həftə içi.- 2009.- 22 may.- S. 1-2.