Azərbaycanda qrammofon yazısının tarixionun musiqi sənətinə təsiri

 

 

İki il öncə bəşəriyyət Thomas Edison tərəfindən ixtira edilmiş fonoqrafın 140 illik yubileyini qeyd edirdi. Bəşər sivilizasiyasının ən önəmli açılışlarından olan səsyazmaya bu görkəmli alimə qədər bir neçə dəfə cəhd edilmiş, lakin uğursuzluqla nəticələnmişdi. Nəhayət 1877-ci ildə  Thomas Edison fonoqrafı ixtira edirbununla da bəşər növbəti mərhələyə addım atır.

Azərbaycana isə səsyazma XX əsrin əvvəllərində gəlir və tezliklə qrammofon valları mədəniyyətdən genderə qədər həyatın müxtəlif sahələrinə təsir göstərməyə başlayır. Belə ki, səslərini qrammofon vallarına yazdıran azərbaycanlı musiqiçilər bu yeni ixtiranın tələblərini nəzərə almağa və ənənəvi şərq musiqisini, muğamı fərqli formatda ifa eləməyə məcbur idilər. Maraqlıdır ki, xanəndə Bülbülcan, yaxun tarzən Məşədi Zeynal kimi bəzi məşhur musiqiçilər bu yeniliyi öz unikallıqlarına təhlükə kimi görürdülər. Bu kiçik yazıda həmin dövrü əhatə etməyə çalışacağıq.

 

XX əsrin əvvəllərində Azərbaycandakı vəziyyət

XIX əsrin son qərinəsində başlanmış ümumdünya sənaye inqilabının təsiri altında Bakı sürətlə inkişaf eləməyə başladı, XX əsrin əvvəllərinə doğru Rusiya imperiyasının neft paytaxtına və meqapolisə çevrildi. İmperiya neftinin, demək olar ki, 90%-i, dünya neftin isə, təxminən, yarısı burda əldə olunurdu. Qara qızıl”, aralarında NobelRotşild ailələrinin də olduğu Bakı sənayeçilərinə görünməmiş sərvətlər qazandırırdı. Mədəni mühit də məhz bu zamanlardan dəyişməyə başladı – Bakıya imperiyanın hər yerindən incəsənət və ədəbiyyat xadimləri gəlir, bu da təsirsiz ötüşmürdü.

Azərbaycanda səsyazma tarixinin başlanğıcı

Azərbaycanda səsyazmanın tarixi 1901-ci ildə Bakıda İmperator Rus Musiqi cəmiyyətinin yerli şöbəsinin açılması ilə başlamasını demək olar. Bu cəmiyyət hələ 1850-ci ildə Peterburqda yaradılmışdı və imperator ailəsinin himayəsi altında idi. Azərbaycanlı musiqiçilərin ifalarının qrammofon vallarına yazılması məsələsi ilk dəfə məhz o vaxt meydana çıxır.

Öz ifasını qrammofon valına yazdıran ilk ifaçı əfsanəvi azərbaycanlı xanəndə Cabbar Qaryağdıoğlu olub. Onu tarda ad-sanlı tarzən Qurban Pirimov, kamançada isə o vaxtlar məşhur musiqiçi olan kamançaçı Saşa Ohanezaşvili müşayiət edirdi. Bu hadisə 1906-cı ildə “Sport-Rekord” («Ñïîðòú-Ðåêîðäú») şirkətinin Varşavadakı studiyasında baş vermişdi.

 

XX əsrin ilk illərində Azərbaycanın məşhur xanəndələri Cabbar Qaryağdıoğlu, Səid Şuşinski, Keçəçi oğlu Məhəmməd, İslam Abdullayevb., həmçinin qadın xanəndə Mirzə Güllər xanım, tarzənlər Məşədi Cəmil Əmirov, Qurban Pirimov, Mirzə Fərəc və digərlərinin ifasında  muğamlar, təsniflər, xalq mahnıları və nəğmələrin yazıldığı çoxlu vallar istehsal olunmuşdu.

 

Bu səsyazmalar “Sport-Rekord” («Ñïîðòú-Ðåêîðäú», Varşava), “Ekstrafon” («Ýêñòðàôîíú», Kiyev), “Pathé” (Ïàòå», Fransa), “Gramaphone“ (İngiltərə) kimi şirkətlər, həmçinin „Konsert-Rekord“ («Êîíöåðò-Ðåêîðäú») və „Premyer-Rekord“ («Ïðåìüåðú-Ðåêîðäú») şirkətlərinin o zamanlar Tiflis və Bakıda fəaliyyət göstərən nümayəndəlikləri tərəfindən həyata keçirilirdi.

Qrammofonun gətirdiyi sosial və mədəni dəyişikliklər

Qrammofonun peyda olması öncələr yalnız cəmiyyətin elitası və varlı təbəqənin özəl əyləncəsi sayılan musiqini nisbətən əlçatar etdi. Artıq bu şərtiliklər sürətlə dəyişməyə başladı və cəmi bir neçə ilin içində Bakının, elə bütün Azərbaycanın sosial və mədəni mühitinə təsir etdi.

 

Eyni zamanda texniki baxımdan bəzi məhdudiyyətləri olan qrammofon yazıları ifa tərzinə və musiqi formalarına bəzi düşəlişlər gətirdi. İlk dövrlərdə qrammofon vallarına cəmi bir neçə dəqiqəlik musiqi yazmaq mümkün idi. Bunun səbəbi həm də valın birüzlü olmasıydı. Buna görə də, ənənəvi azərbaycan musiqisinin əsas janrlarından biri olan muğamı ifa eləyən musiqiçilər vaxt məhdudiyyətini nəzərə almalı idilər.

 

 

 

Formasına görə çoxhissəli vokal-instrumental əsər olan muğam, kifayət qədər uzun zaman ərzində, tədricən şaxələnir və musiqiçilərə improvizasiya imkanı verir. Təbii ki, muğam dəstgahlarını bütöv şəkildə vala yazdırmaqdan söhbət belə gedə bilməzdi. Odur ki, vallarda muğamın ritmik hissələri də öz əksini tapsın deyə, musiqiçilər təcili olaraq improvizasiyalarda şərq meditativliyinə bəzi düzəlişlər etməli oldular. Həmçinin muğamları vokalsız, tar, kamança və hətta qarmonda ifa olunan qısa solo instrumental əsərlər şəklində  yazmağa başladılar.

Tələbat və yeni situasiya

Qrammofon vallarına çox böyük tələbat vardı, onların vasitəsilə əhalinin orta, hətta kasıb təbəqəsi də yavaş-yavaş musiqini – təkcə milli yox, eləcə də qərb və rus musiqisi örnəklərini  mənimsəyə bilirdilər.

1908-ci ildə Azərbaycan yazılı musiqisinin əsasını qoymuş Üzeyir Hacıbəyov islam Şərqində ilk operanı – “Leyli və Məcnun”u yaratdı. Onun da qrammofon vallarında dinlədiyi musiqi nümunələrindən təsirlənməsini istisna edə bilmərik, çünki o vaxtlar Bakıda hələ opera tamaşalarını izləmək üçün opera teatrı yox idi. Bakıda opera teatrı üç il sonra – 1911-ci ildə bakılı neftxudalar olan Mayılov qardaşları tərədindən inşa etdirilmişdi.

Yeri gəlmişkən, səhnə əsərlərinin vallara yazılmasını həmin dövrün ən əhəmiyyətli hadisələrindən biri hesab eləmək olar. Məsələn, 1914-cü ildə Üzeyir Hacıbəyovun qardaşı Zülfüqar Hacıbəylinin “Əlli yaşlı cavan” və “Evli subaymusiqili komediyalarından hissələr “Sport-Rekord” studiyası tərəfindən vallara yazılmışdı. 

Sözügedən “Sport-Rekord” şirkəti məşhur azərbaycanlı xanəndə və musiqiçilərin vallarının yazılmasında xüsusi rol oynayıb. Bu şirkət tərəfindən 96 muğam, təsnif və aşıq mahnıları yazılıb. Bir dəfə isə Azərbaycan rəqs musiqisilə maraqlanan şirkət, polşalı musiqiçilər tərəfindən avropa alətlərində ifa olunan “Vağzalı” milli rəqsinin melodiyasını yazıb. Bu unikal səsyazısı Bakıda saxlanılır.

 

Musiqidən əlavə, o dövrün tanınmış komediya aktyoru Hacıağa AbbasovunKonsert-Rekord” şirkətinin Tiflisdə yerləşən studiyasında yazılmış qrammofon vallarına da böyük tələbat vardı. Bu, qrammofon valına yazılmış musiqinin yox, bir aktyorun monoloqlarının yüksək qiymətləndirildiyi və əldən-ələ gəzdiyi nadir hallardan biriydi.

Gender amili

Qrammofon bir neçə ilin içində Bakıda dəbdəbəli həyatın elementinə çevrildi və cəmiyyətin yuxarı təbəqəsindən olan xanımların, qızların otaqlarının interyerində orqanik şəkildə yerini tutdu. Və təbii ki, əhalisinin böyük əksəriyyəti müsəlmanlardan ibarət olan cəmiyyətdə qadın emansipasiyası prosesinə təsir elədi. Məhz, qrammofon valları sayəsində rus romansları və Qərbi Avropa bəstəkarlarının əsərləri, Azərbaycanın ilk maarifçi yazıçısı Mirzə Fətəli Axundovun komediyalarından yumoristik-ifşaedici parçalar varlı müsəlmanların əndərununa daxil olurdu.

Azərbaycan Dövlət Səsyazmalar Arxivində XX əsrin əvvəllərində yaşamış yeganə qadın xanəndəmiz, gözəl və unikal səsə sahib olan Mirzə Güllər xanımın ifası yazılmış val qorunur. Mirzə Güllər xanımın səsi kişi səsinə oxşayırdı və bu onun, kişi paltarı geyinib özünü kişi kimi qələmə verməsinə kömək eləyirdi.

Xanəndənin həyat hekayəsi də unikaldı — valideynləri onu cəzalandırmaqla hədələyərək oxumağı qadağan ediblərmiş, günlərin bir günü qız qardaşının paltarını geyinərək evdən qaçıb. O, kişi libasında – mövcud şərtlərdə əksi mümkün deyildi – Azərbaycanda, QafqazdaOrta Asiyada çıxışlar edirdi. Güllər xanımın səsi "Monarch-record" şirkəti tərəfindən yazılmışdı, bunun üçün şirkət onu 1914-cü ildə Kiyevə dəvət etmişdi. Yalnız bu səsyazmasına əsasən biz, həmin dövrdə belə bir qadın xanəndənin olduğunu təsdiqləyə bilirik.

Azərbaycan Dövlət Səsyazmalar Arxivinin direktoru Yaqub Mədətovun sözlərinə görə, o, Mirzə Güllər haqqında ilk dəfə Qəbələyə ekspedisiya zamanı yerli əhalidən eşidib. Deyilənə görə, o, məşhur xanəndə olub və 1917-ci ilə — öldüyü günə qədər heç kim onun qadın olduğunu ağlına belə gətirməyib. Bir dəfə Y.Mədətov İsmayıllı rayonunda yerli məktəbin müəllimi ilə söhbət edərkən müəllim, atasından ona Mirzə Güllər xanımın səsi yazılmış val qaldığını söyləyib. Valı arxivə verməsi üçün müəllimi çətinliklə yola gətiriblər. Hazırda həmin valın yeganə nüsxəsi arxivdə qorunur. 

“Ziddiyyətlər”

Baxmayaraq ki, o dövrün, demək olar, bütün məşhur musiqiçiləri qrammofon vallarını həvəslə yazdırırdılar, aralarında bunu istəməyənlər də vardı.

Bəzi səbəblərdən musiqiçilərin bir qismi səslərini qrammofon valına yazdırmaqdan imtina eləyirdilər. Onların sıralarında Bülbülcan (Əbdülbaqi Zülalov), Musa Şuşinski kimi adlı-sanlı xanəndələr, tarzən Məşədi Zeynal, yaxud aşıq Nəcəfqulu kimi tanınmış musiqiçilər də vardı.

 

Konsert-Rekord” şirkəti onları dəfələrlə Tiflisə dəvət eləmişdi, amma təəssüf ki, adıçəkilən musiqiçilər qrammofon valı yazdırmaq təklifini rədd etmişdilər. Çox güman ki, onlar özlərinə qarşı canlı marağı itirməkdən və istedadlarına pərəstiş edənlərin azalmasından çəkiniblər.

"Hətta tarzən Məşədi Zeynaldan bu xeyirxah, faydalı işdən imtina etməsinin səbəbini soruşduqda demişdir:

- Əgər mənim çalğım vallarda səslənsə, onda hər evdən bir Məşədi Zeynal çıxar." (Firudin Şuşinski, "Azərbaycan Xalq Musiqiçiləri")

Doğrudur, Azərbaycanın səsyazma arxivində Məşədi Zeynalın bir neçə yazısını tapmaq müəssər oldu, amma görünür bəzi musiqiçilər artıq o vaxtdan qrammofon valı obrazında kütləvi mədəniyyətin rüşeymlərini, nüsxələnmənin mənfi tərəflərini və incəsənətin bir növ “standartlaşdırılmasını” görmüşdülər və öz aləmlərində buna əngəl olmağa çalışırdılar.

Bu anlamda başqa bir musiqiçi və xanəndə Seyid Mirbabayevin tərcümeyi-halı səciyyəvidi. Onun taleyi bəstəkar Cahangir Cahangirovun 1978-ci ildə — Mirbabayevin ölümündən iyirmi beş il sonra yazdığı “Xanəndənin taleyi” operasında librettonun süjetinə çevrilib.

Seyid Mirbabayev 1867-ci ildə Bakıda anadan olub və xanəndə kimi müxtəlif musiqili yığıncaqlarda iştirak edib. O, əsasən, Bakıda keçirilən muğam məclislərində və toylarda oxuyub, elə həmin dövrdə də Mirbabayevin ifasında bir neçə muğam VarşavaRiqada qrammofon valına yazılıb. Bir dəfə Mirbabayev Bakı toylarından birində elə oxuyub ki, bəyin əmisi qışqıraraq ona, Bakı yaxınlığındakı “Bala Şoranlıq” adlı yerdə mədən bağışladığını deyib. Təəccüblüdü, amma rəvayətə görə, elə həmin toyun axırında Mirbabayevə təzəcə bağışlanan mədəndə neftin fontan vurduğu barədə xəbər gəlib və xanəndə bir anın içində milyonçuya çevrilib.

 

Bakı neftxudalarından biri olandan sonra Mirbabayev, dərhal musiqi fəaliyyətini dayandırıb. Bu fəaliyyətindən utanan keçmiş musiqiçi öz vallarını satın almağa başlayıb və “rüsvayçı” keçmişini xatırladan heç bir şey qalmasın deyə onları parça-parça eləyib.

1920-ci ildə Azərbaycanda sovet hökuməti qurulandan sonra Mirbabayevin bütün neft mədənləri və əmlakı milliləşdirilib, özü də Parisə mühacirət ediborda tamamilə müflis olub. O, həyatının son illərini Tehranda çayxanada oxumaqla keçirib. Artıq heç kim onu səsini yazdırmağa çağırmırmış və deyilənlərə görə, S.Mirbabayevin, ona xatirə kimi gətirilmiş sonuncu valı əlindən düşərək parçalanıbmış.

İdeologiya və təbliğatın xidmətində

Azərbaycanda sovet hökuməti qurulandan sonra bütün özəl mülkiyyət, o cümlədən, fabrikzavodlar, həmçinin səsyazma şirkətlərinin filialları da milliləşdirildi. Təbii ki, azərbaycanlı musiqiçilərin qrammofon yazıları öz movcudiyyətlərini davam etdirdi, amma bu dəfə onlar incəsənətə, ya da gözəl asudə vaxta yox, yeni gələn ideologiyayaonun təzahürü olan təbliğata xidmət eləməli idi.

İdeologiya isə yeni olduğu (incəsənətdə Proletkult) üçün bu musiqiçilərin ifa etdikləri musiqiyə - "saray musiqisi" olan muğama, elə onu ifa edənlərin özünə də təhlükə vardı. O səbəbdən bu ifaçılar mümkün qədər yeni şəraitə uyğunlaşmağa çalışırdılar. Bu özünü xüsusi olaraq ifa edilən mahnıların mətnində göstərməyə başladı.

 

 

 

"Ölkəmizdə ətirli çay əkmişik

Kolxozlarda çay fabriki tikmişik

Hər tərəfə daş yolları çəkmişik

Aman nənə, gözəl nənə, yar nənə.

Zavodlar işləyir, tüstü hay vurur,

İşçilər konserv yığır, tay vurur,

Düşmən baxır, yanır yanır, vay vurur

Aman nənə, gözəl nənə, yar nənə.

Lənkəranın adı adla deyilir

Limonları Moskvada yeyilir

İpək malı ölkələrdə geyilir

Aman nənə, gözəl nənə, yar nənə."

Təbliğat üçün qrammofon vallarının kütləvi istehsalı zəruri idi, ancaq bundan ötrü xammala- ilk növbədə şellaka ehtiyac vardı. Odur ki, sovetin ilk dövrlərində Abxaziya və Azərbaycanda şellak istehsalçısı -  lak soxulcanı yetişdirmək cəhdləri oldu. Lakin 1940-cı illərdən vallarda yeni materialvinilit istifadə olunmağa başlandığından birinciyə gərək qalmadı.

Stalinin ölümündən və Kommunist pariyasının 1956-cı ilin martında keçmiş XX (ifşaedici) qurultaydan sonra isə SSRİ-də vəziyyət köklü olaraq dəyişildi.   

 

Elmir Mirzəyev

 

Hərbi And.- 2019.- 19 aprel.- S.20.