Bu gün Vaqif Mustafazadənin anım günüdür
Bu gün
Azərbaycanın görkəmli
caz pianoçusu və bəstəkarı,
ölkəmizdə caz
musiqisinin banilərindən
biri, Əməkdar incəsənət xadimi Vaqif Mustafazadənin anım günüdür.
O, 40 il bundan öncə Daşkənddə
qastrol zamanı ürək tutmasından vəfat edib və Bakıda dəfn olunub.
V.Mustafazadə Azərbaycan musiqisinin, muğamının klassik Amerikan caz musiqisi
ilə sintezini yaradıb. Onun musiqi stili "Caz-Muğam" adlanır.
Onun musiqimizdə etdiyi bu kimi
yeniliklər bu günə qədər öz aktuallığını
qoruyub saxlayır. Bu günün özündə belə bir çox musiqiçilər öz ifalarında məhz Vaqif Mustafazadənin yaratdığı caz-muğam
sintezindən istifadə
edir.
1940-cı ildə Bakı şəhərində
anadan olan Vaqif Mustafazadə erkən yaşlarında atasını itirir. Onun tərbiyəsi ilə musiqi müəlliməsi olan anası məşğul olmağa başlayıb.
1963-cü ildə Asəf
Zeynallı adına Bakı Musiqi Kollecini bitirərək Bakı Musiqi Akademiyasına daxil olub. Vaqif burada
kiçik konsertlər
verib, klublarda çıxış edib,
əsasən, klassik caz, bluz və
oynaq mahnılar ifa edib.
1964-cü ildən “Orero” ansamblına, “Qafqaz” caz üçlüyünə,
“Leyli” və “Sevil” qadın vokal instrumental və “Muğam” instrumental ansambllarına rəhbərlik edib. Beynəlxalq caz müsabiqələri və
festivallarının laureatı
olub.
Monakoda 1979-cu ildə qeyri-adi şərtlərlə yeni
festival keçirilir. Bu festivalın şərtlərinə görə
əsərin müəllifi,
ifaçısı və
ölkəsi gizli saxlanılmalıdır. Festival
başa çatdıqdan
sonra yüzlərlə
naməlum ad içərisindən bizə
doğma ad çəkilir. Azərbaycan,
Vaqif Mustafazadə. Monako caz festivalından
Vətənə “Ağ
royal” mükafatı ilə qayıdır.
Xalq musiqisi,
muğamdakı improvizasiyalarda
caz elementləri görmüş və orijinal bir janr
ortaya çıxarmış
“Muğam” simfoniyasının
müəllifi Vaqif Mustafazadə 1979-cu ildə
Azərbaycan Respublikasının
Əməkdar artisti fəxri adına layiq görülüb.
V.Mustafazadə 1979-cu il dekabrın 16-da Daşkənddə qastrol zamanı ürək tutmasından vəfat edib.
Hər il
anım günü silsilə tədbirlərlə
qeyd olunan Əməkdar incəsənət
xadimi Vaqif Mustafazadə bu gün də müsiqisevərlər tərəfindən
yad olunacaq. Belə ki, sənətkarın
məzarı ziyarət
ediləcək və ev-muzeyində anım tədbiri keçiriləcək.
Hərbi And.- 2020.- 25 dekabr
- S.23.