Vətən müharibəsinin son günündə şəhidlik zirvəsinə yüksələn qəhrəman  

 

 

Qırx dörd günlük Vətən müharibəsində sona kimi döyüşlərdə iştirak edib şəhidlik zirvəsinə ucalan Əliheydər Hüseynlinin bu gün doğum günüdür. Ağstafa rayonunun Qırılı kəndindən olan şəhidimiz Füzuli, Qubadlı, Cəbrayıl, Xocavənd və Şuşanın azad edilməsində qəhrəmanlığı ilə seçilib.

 

Əliheydər Hüseynli 1994-cü il aprelin 14-də Ağstafa rayonunun Qırılı kəndində anadan olub. Daha sonra yüksək balla Azərbaycan Texniki Universitetinə daxil olub, oranın məzunu olan Əliheydər “Azərişıq”ın əməkdaşı idi. Əliheydər elə ilk gündən Vətən müharibəsinin iştirakçısı, bu haqq savaşına könüllü yollananlardan biri olub. Bir çox yaşayış məntəqələrini düşmən işğalından təmizlənməsində iştirak edib.

 

“Əliheydərin vətənə bağlılığı körpəliyindən hiss etmişdim. Onun babası II Dünya müharibəsinin veteranı idi. Körpə vaxtı gəlib babasından müharibə ilə maraqlanırdı. Elə bil ki, özünü bu günümüzə, indiki Vətən müharibəsinə hazırlayırdı. Nişanlı idi, ona toy etmək istəyirdik. Evin tək oğlu idi. Atası rəhmətə getdiyindən, istəyirdik ki ona toy edək. Fikrimizi söyləyəndə mənə dedi ki, dayı toy vaxtıdır? Sağlıq olsun, torpaqlarımızı azad edək, sonra”, - deyə şəhidin dayısı Nəriman Musayev bildirib.

 

Əliheydər döyüşlərdə iştirakını anasından gizlətsə , bacıları ilə danışanda həmişə onlaraanamdan muğayat olundeyib. Noyabrın 9-da müharibənin başa çatmasına saatlar qalmış, Əliheydər sonuncu döyüş zamanı düşmən mərmisinə tuş gəlir ağır yaralanır. Çoxlu qan itirən Əliheydər şəhidlik zirvəsinə yüksəlir. Bu gün doğum gününü - 27 yaşını təbrikə gələnlər arasında döyüş yoldaşları da var idi şəhidimizin... Bütün şəhidlərimizə Allah rəhmət eləsin. Əliheydər bizim qardaşımız idi. Döyüşlərdə bizimlə birgə iştirak etmişdi. Heç vaxt bizi darda qoymadı. O, özü burada olmasa da, məkanı cənnətdir. Bütün şəhidlər daim bizim qəlbimizdə yaşayır. Onların yeri bizim ürəyimizdədir”, - döyüş yoldaşı Ramal Quliyev əlavə edib.

 

Əliheydərin üç bacının bir qardaşı idi. Böyük bacısı Nərmin Musayeva deyir ki, qardaşı ilə o həmişə fəxr edib, bu gün fəxr edir... Ailəsi ilə sonuncu dəfə telefonla danışanda dediyisizə sürprizimiz varsözündəki sürprizi isə sonra məlum olur ki, Şuşa şəhərinin azad edilməsidir. Evlənmək, ailə qurmaq ona qismət olmasa da, Şuşanın azad olunmasını görmək istəyi ona nəsib oldu. “Bu gün onun doğum günüdür. Əliheydər bizim üçün çox dəyərli idi. Mən bu gün gördüm ki, o, hamı üçün dəyərli imiş. Onun yoxluğu bizim üçün çox ağırdır. Onunla fəxr edirəm. Bütün şəhidlər mənim qardaşımdır. Əliheydər də onun içində...”, - şəhid bacısı N.Musayeva bildirib.

 

Daha sonra şəhidin təhsil aldığı Ağstafa şəhər texniki-humanitar təmayüllü liseydə şəhid Əliheydərə həsr olunan, yeni çap olunanOğul düşmən çəpəridir” kitabının təqdimatı keçirilib. Qeyd edək ki şəhid Əliheydər Hüseynli ölümündən sonra dörd medalla – “Döyüşdə fərqlənməyə görə”, “Xocavəndin azad olunmasına görə” və “Fizulinin azad olunmasına görə” və “Vətən uğrunda” medalları ilə təltif olunub. İndi onun əziz xatirəsi təkcə ailə üzvlərinin qəlbində deyil, bütün xalqımızın köksündə əbədi özünə yer tutub: qalib ölkənin, qalib şəhidi kimi!

 

Hərbi And.- 2021.- 23 aprel.- S.15.