Anasını sevən oğlum ana vətənini də hədsiz sevirdi

 

Köksümdəki bala adlı çiçək bağım talanıb. Hər sözü, hər gülüşü, hər baxışı bir çiçək kimi ömrümü gözəlləşdirən övladımdan üzülüb əllərim. Mənə ana adın bəxş edən ilk və tək Ramal məni həyatın ən böyük yoxluğu ilə başbaşa buraxıb. Mən illərlə analıq duyğusuna möhtac qaldım. İllərdən sonra 1 yanvar 2001 – ci ildə evimə övlad adlı bir nur düşdü. Yeni əsrin, yeni ilin, yeni ayın ilk günündə gəlişi ilə həyatımı büsbütün dəyişdi. Onun hər aldığı nəfəs üçün şükr etdim. Ramal

 

2 yaşında olanda atası avtomobil qəzası nəticəsində həlak oldu. Övladımı tək böyütdüm. Biz bir – birimizə çox bağlı idik. Mən hər zaman onu itirməkdən qorxurdum. Bir dəfə gördüyüm yuxudan sonra qorxularım daha da artdı. Yuxumda Məhəmməd peyğəmbəri gördüm. O mənə oğlumu aparacağını işarə etdi. İndi başa düşürəm ki, o yuxu mənə göndərilən bir işarə imiş.

 

Əslində Ramalda bəzi nişanələr var idi. Anaların ürəkləri balaları ilə döyünər. Onlar güləndə gülər, canları acıyanda isə ürəkləri yanar. Mən balamın dırnaqlarını belə tutanda ehtiyat edirdim ki, birdən onun canını acıdaram. Ramal böyüdükcə mənim ümidlərim də böyüyürdü. Gözümün ağı – qarası artıq məktəbli yaşına çatmışdı. 2008-ci ildə Gəncə şəhəri 28 N li məktəbdə təhsil almağa başladı. 2019 – cu ildə məktəbi bitirdikdən sonra oktyabrın 1-i Beyləqan rayonunda yerləşən N saylı hərbi hissədə xidmətə başladı. Pandemiya səbəbindən bir dəfə də olsun görüşə bilmədik. Mən balamı öz gözlərimlə hərbi formada görə bilmədim.

 

Ramal Məmmədov həm də idmanın kidboks növü ilə məşğul olurdu. Dəfələrlə qalibiyyət əldə etmişdi. İki dəfə Mübariz İbrahimovun adına keçrilən yarışdan birincilik qazanmışdı. Daha sonra da bir neçə yarışın qalibi olmuşdu. O hər atdığı addımla mənim başımı uca edirdi. Ən şərəfli adı isə 2020-ci il sentyabrda başlayan döyüşlərdə qazandırdı- Şəhid anası adını.

 

Hər əsgər anası kimi müharibənin başladığını eşidəndə mən də narahat olmağa başladım. Gecəm gündüzümlə yer dəyişdi. Anasını sevən oğlum ana vətənini də hədsiz sevirdi. Əsgər olmağına baxmayaraq könüllü olaraq ön cəbhədə vuruşmağa can atıb. Füzuli, Xocavənd istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşub. Ramal Füzulini görməsə də Füzulini çox sevirdi. Ana nənəsi Füzulidən olduğu üçün hər zaman Füzulinin işğaldan azad olunacağı arzusunu dilə gətirərdi. Oğlum ən böyük arzusuna çatdı. Füzulinin azadlığını öz gözləri ilə gördü. Hətta o azadlıq üçün son damla qanına qədər döyüşdü. Zabit yoldaşı onu geridə saxlamaq istəsə də Ramal önə atılıb. Yanlarına düşən minamyotun qəlpəsinin boynunda damarını kəsməsi nəticəsində şəhid olub.

 

Bir il öncə evimizdən çıxdığı gün Ramalım evimizə qayıtdı. Ancaq bu dəfə səssiz – səmirsiz. Oktyabrın 1 – i son dəfə evimin qonağı oldu. Oktyabrın 2 – i isə 3000 – ə yaxın insan Ramalın çıxdığı son yolçuluğunda onu ölümsüzlüyə uğurladılar. Qaradağ rayonu Lökbatan qəsəbəsində yerləşən Şəhidlər xiyabanında dəfn olundu. Dəfndə Qaradağ Rayon İcra Hakimiyyətinin nümayəndələri iştirak etdilər.

 

Mən şəhidlərin ölmədiklərin hər an hiss edirəm. Bəzən oğlumun mənimlə danışdığını hiss edirəm. Əgər onu hiss etməsəydim mən bu ayrılığa dözə bilməzdim. Mən tək bir oğul yox dost, sirdaş, qardaş itirmişəm. Ramalın yüksəldiyi məqamın hər kəsə qismət olmadığını bilirəm. Elə onun üçün Allaha şükür edirəm.

 

Məmmədov Ramal Məhəmməd oğlu şəhadətindən sonra prezident İlham Əliyevin sərəncamı iləVətən uğrundaFüzulinin azad olunmasına görəmedalları ilə təltif edilib.

 

Hər insanın həyatında sirli rəqəmlərin izi olur. Ancaq mən bu günə qədər ilk dəfədir ki, bir insanın həyatındakı bütün önəmli günlərinin cəmi üç rəqəm 0,1 2 rəqəmlərindən ibarət olduğunu gördüm. Bu möcüzəmi ya təsadüfmü deyə bilmərəm, ancaq bircə onu deyə bilərəm ki, Ramal seçilmişlərdəndir.

 

ŞƏHİD RAMAL

 

Sevənlər həsrətlə anır adımı,

 

Ruhum hiss eləyir qəlb fəryadını,

 

Kimsəsiz buraxdım mən bir qadını,

 

Onun övlad payı, dostu, sirdaşı

 

Mən idim, mən yoxam axır göz yaşı.

 

 

 

qədər həsrətlə gözlədi məni,

 

Mən gəldim unutdu, kədəri qəmi,

 

Bir vaxt səadəti tutdu aləmi,

 

İndi qəm libasın geyib əyninə

 

Şəhid həsrətini yığıb qəlbinə.

 

 

 

Ah ana, yığ daha gözünü yoldan,

 

Oğul ola bilməz sənə məzardan,

 

Qəm düşdü bəxtinə oğuldan, yardan,

 

Ey bəxti viranə olan bir qadın

 

Yuxuna qonaqdır şəhid övladın.

 

 

 

İyirmi bir il öncə gəldim dünyaya,

 

Mən səni çevirdim xoşbəxt anaya,

 

İndiysə həsrətsən mən tək balaya,

 

Bilirəm həsrətin günbəgün artır

 

DeyirsənRamalım torpaqda yatır”.

 

 

 

Nigaran olma sən gözəldi yerim,

 

Sağalıb qəlbimdə vətən dərd-sərim.

 

Bilirsən, həsrətlə ötdü illərim,

 

Sonunda yetişdim arzuya, kama

 

olar qəlbini sıxma ay ana.

 

 

 

MANYA SƏXAVƏTQIZI

 

Hərbi And.- 2021.- 21 may.- S.19.