Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr edilmiş beynəlxalq elmi-praktiki konfrans

 

Oktyabrın 21-də Azərbaycan Milli Xalça Muzeyində Xalq rəssamı Kamil Əliyevin 100 illiyinə həsr edilmişRəssam xalça: bu gün sabahadlı beynəlxalq elmi-praktik konfrans təşkil olunub.

 

AZƏRTAC xəbər verir ki, Mədəniyyət Nazirliyi Azərbaycan Milli Xalça Muzeyinin təşkilatçılığı ilə reallaşan ənənəvi onlayn konfransa Azərbaycan, Türkiyə, Yaponiya, Argentina, Ukrayna, Türkmənistan, Rusiya, Latviya, Avstriya, Almaniya, Özbəkistan, Qazaxıstan, Qırğızıstandan olan 34 mütəxəssis qatılıb.

 

Azərbaycan Milli Xalça Muzeyinin direktoru Şirin Məlikova çıxış edərək konfransın əhəmiyyəti barədə danışıb. Bu il rəhbərlik etdiyi muzeydə bir sıra tədbirlərin keçirildiyini haqqında məlumat verən Şirin Məlikova deyib ki, Xalq rəssamının 100 illiyinə hər edilmiş konfrans da bu silsilədəndir: “Biz bu il Xalça Muzeyində bir sıra silsilə tədbirlər keçirmişik. Bugünkü tədbir Xalq rəssamı Kamil Əliyevin 100 illiyi çərçivəsində reallaşıb. Bu konfrans hibrit formatında keçirilir. Pandemiya ilə əlaqədar xarici həmkarlarımız bu konfransa videoformatda qoşulacaqlar. Konfransda müxtəlif ölkələrdən olan muzey işçiləri, rəssamlar xalça üzrə ekspertlər məruzələrlə çıxış edəcəklər”.

 

Şirin Məlikova konfrans çərçivəsində qonaqlar üçün mədəni proqramın nəzərdə tutulduğunu diqqətə çatdırıb Kamil Əliyev: rəssam dövradlı məruzə ilə çıxış edib.

 

Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyinin direktoru, akademik Rafael Hüseynov çıxış edərək qonaqları salamlayıb konfransın önəmindən söz açıb.

 

Sonra akademikinMüsəlman Şərqinin xalça dili ənənələri müstəvisində Azərbaycan xalça dili dialektlərinin özünəməxsusluqlarımövzusunda məruzəsi dinlənilib.

 

Konfrans məruzələrlə davam edib.

 

İkigünlük akademik sessiyada konfrans iştirakçılarıXalçaçı rəssamlar ənənə çərçivəsində”, “Xalça müasir rəssamların yaradıcılığında”, “Müasir xalça sahəsində kurator layihələri”, “Azərbaycanın müasir xalça sənətimövzularını əhatə edən məruzələrlə çıxış edəcəklər.

 

 Hərbi And.- 2021.-  22 oktyabr.- S.10.