Vətən üçün doğulub, Vətən üçün şəhadət edən qəhrəman

 

Böyük Türk milləti “Ölsəm şəhid, qalsam qazi”, “Torpaq – uğrunda ölən varsa, Vətəndir” şüarları ilə tarixdə zəfərlər qazanmışdır. Tarix boyunca şəhidlik xalqımızın mənliyində yaşayan yüksək əxlaqi keyfiyyət olmuşdur. Xalqımız Vətən və müqəddəs dəyərlər naminə həmişə döyüşmüş, bu yolda ölməyi yaşamaqdan üstün tutmuşdur.

Ulu babalarımız döyüşə gedərkən şəhid olmaq üçün Allaha yalvarırdılar, bu uca məqama nail olmadıqda isə qəhrəmanlıq şərəfi ilə təsəlli tapırdılar. “Şəhadət şərbətini içmək” onların sarsılmaz imanı idi. Haqqında məlumat verəcəyim qəhrəmanımız Ceyhun Dünyamalıyevdə bu amalla yaşayıb sağlığında.

Dünyamalıyev Ceyhun 1996-cı ildə oktyabrın 15 də Culfa şəhərində anadan olub. Şəhid 2003-cü ildə Culfa şəhərində 3-nömrəli tam orta məktəbin 1-ci sinifinə daxil olaraq 2011-ci ildə 8-ci sinifi bitirdikdən sonra Heydər Əliyev adına Naxçıvan Hərbi Liseyinə qəbul olub. Ceyhun hərbi təhsilini 2014-cü ildən Heydər Əliyev Azərbaycan Ali Hərbi Məktəbində uöurla davam etdirib. 2018-ci ildə buranı bitirdikdən sonra ilk hərbi fəaliyyətinə Beyləqan rayon hərbi hissəsində rabitəçi olaraq başlayıb. Bir neçə ay sonra o Xüsusi Təyinatlı Qüvvələrin Kurslarina qatılır. Kursu qutardıqdan sonra,bir neçə təlimlərdə uğurla iştirak edib.

2020-ci ildə sentyabrın 27-də Vətən müharibəsi başlanan kimi Ceyhun da döyüşlərə qatılır.

Ailəsi ilə həmsöhnət olduğumizda qəhrəmanımızın demək olar ki, bütün kənd və rayonların işğaldan azad olunmasında iştirak etdiyini öyrəndik. Atası Zeynal Dünyamalıyev bildirdi ki, Ceyhun Füzuli, Zəngilan, Cəbrayıl, Xocavənd, Hadrut, Daşaltı əməliyyatında, Şuşa və ətraf kəndlərin alınmasında şücaət göstərib. Adını qəhrəmanlar sırasına qızıl hərflərlə yazann Ceyhunun döyüş yoldaşları, onunla çiyin-çiyinə düşmənə qarşı döyüşən dostları onun igidliyindən, mərdliyindən, qorxmazlığından ağızdolusu danışıblar ailəsinə. Döyüşlərin birində Ceyhunun yüksək rütbəli iki yoldaşı yaralananda birnin yarasının ağır olduğunu görüb dərhal yerdən qaldırır avtomobilə qədər arxasında aparır. Zabit yoldaşı öhtəliyində olan bütün əsgərlərini Ceyhuna əmanət edib. Komandiririnin əmrini yerinə yetirən igidin savaşdakı qəhrəmanlıqlarını yaralanmış zabit yoldaşı müharibədən sonra anası Gülnarə xanıma zəng vuraraq danışıb və minnətdarlığını bildirib. Ceyhunun qardaşı Coşqun deyir: Qardqşım Vətənini çox sevirdi. Hər dəfə anamla danışarkən "tək arzum vətən uğrunda şəhid olmaqdır" deyirdi.

Ceyhun sonuncu dəfə noyabrın evlərinə 2-si zəng edir. Danışanda anası "oğlum qorxmursan ki döyüşəndə

?" Gülərək belə cavab verir qəhrəmanımız : "n niyə qorxmalıyam?. düşmən məndən qorxsun". Döyüşlər zamanı ayağinan ağır şəkildə yaralanır Ceyhun. Buna baxmayaraq 44 gün ərzində döyüş bölgəsindən ayrılmır və sözün əsil mənasında qanın son damlasına kimi düşmənlə savaşır. Son tapşırığı isə Şuşa şəhərinin azad edilməsi olur. Cəsur döyüşçü noyabrin 8-i Şuşa döyüşlərində əlbəyaxa döyüş zamanı ayağından qəlpə yarası alır və qələbəyə cəmi 2 saat qalmiş çox qan itirdiyindən şəhidlik zirvəsinə ucalır. Şəhidimiz noyabr ayının 13-ü böyük ehtiramla və alqışlarla qarşılanaraq doğulduğu şəhərdə torpağa tapşırılıb.

Azərbaycan ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müvafiq sərəncamlarına əsasən Ceyhun Dünyamaliyev 26 iyun 2018-ci ildə "Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalı, ölümündən sonra "Vətən uğrunda",

"Kəlbəcərin azad olunmasına görə" ,"Şuşanın azad olunmasına görə"

"Cəbrayılın azad olunmasına görə" "İgidliyə görə” "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunub.

Vətən onu bir əsgər kimi yetişdirirdi.Torpağı işğaldan azad edəcək yürüşə qoşulan bir əsgər kimiBir gün tanrı istədyini verdi .Silahı ilə üzü düşmənə sarı getdi. Vətəni üçün doğolan Ceyhun, Vətəni uğrunda canından keçdi.

Ruhun şad olsun şəhidim.

 

Bəxtiyar Əliyev

 

Hərbi And.- 2022.- 19 avqust.- S.12.