Türk mifik-bədii təfəkküründə başçı - hökmdar kultu

 

Hər bir xalqın bədii –mifik qaynaqları  həmin qövmün  təfəkküründən, həyat fələsəfəsindən, yaşam tərzindən, əxlaqi dəyərlərindən, keçdiyi inkişaf yolundan  xəbər verirOdur kimüasir dünyada keçmişə boylanma, soy-kökə söykənmə ehtiyacı duyduğumuzda folkloramifoloji mətnlərə müraciət etməmizdən təbii heç nə ola bilməz.

Şanlı bir ədəbi-mədəni, tarixisiyasi keçmişə sahib olan Türk insanın öz mədəniyyəti ilə öyünməyə mənəvi haqqı vardır. Türkçülük fəlsəfəsində özünə, düşüncəsinə, qövmünə, gələcək nəsillərə  yüksək dəyər verilirBundan  dolayıdır kiTürk insanı öz qövmü üçün  öncül- bahadır seçəndə onun ideallığı, xalqına layiqliyi prioritet məsələ olmuşdur. Türkçülükdə mükəmməl ideoloji-mənəvi sistem olan Tanrıçılıq ideyası dini –mistikümumi,  ictimai və idraki səciyyə daşıyır.  Tanrı göylərlə - yüksəkliklə əlaqədar təzahür edirLakin türkün özü üçün seçdiyi bahadırına verdiyi dəyər hətta o dərəcədir ki, onun kağanının müəyyələşməsi tanrının adı ilə bağlıdır, tanrı istəməsə, kimsə türkə hökmdar ola bilməz. Başqa sözlə ifadə etmiş olsaqxaqan Tanrının arzu etdiyilayiq bildiyi şəxsdir. Türk bədii təfəkküründə xaqanın mistik yaradılışı, qeyri-adi yetişmə tərzi,  ilahi qüdrəti, ağlasığmaz qüvvəti, ədaləti də elə Tanrıçılıqla əlaqəlidir. Təsadüfi deyil ki, tamamilə fərqli sistem olmasına rəğmən, qədim Şərq təfəkkürü olan Misirlilər də öz fironlarını yaradanla bağlayırdılar.

Qədim türk mifologiyasının ən incə məqamlarını dövrümüzə çatdıran türk eposlarının qəhrəmanları- kağanları da təbiri caizsə, Tanrının müəyyən mənada insan cildində inikasıdır. Hökmdarların törəyişi də maraq doğurur. “Siyenpi” dastanın qəhrəmanı təbiətdən- göydən düşmüş dolu dənəsindən, yəni tanrıdan yaranır. “Törəyiş”də isə Tanrı Qurd qiyafəsindədir; “məlum olur ki, qoca qurd atalarının qızlarını verdiyi Tanrıdan başqa heç kəs deyil.” (1/356) Qədim türk təfəkküründə Qurd (Boz qurd, Kök börü) yaradanın ən yaxın köməkçisidir və odur ki, Qurd məğlubedilməzdir, yenilməzdir, ən çətin məqamlarda etibarlı yoldaşdır. Digər tərəfdən Qurd yaradılışın başlanğıcı kimi də təzahür edir, bəzən ana (südü ilə bəsləmə), bəzən atadır. Elə “Göytürk” dastanında da Qurd himayə və həyatın başlanğıcı təsirini bağışlayır. Hun soyuna mənsub Göytürklərin Linlər tərəfindən qılıncdan keçirilməsindən sonra xalq məhv olur, yalnız 10 yaşlı bir oğlan salamat qalır. Həmin oğlanı Qurd himayə edib südü ilə bəsləyir, böyüdükdən sonra onun on oğlunu dünyaya gətirir. Demək, türk mifik təfəkküründəki Boz Qurddan törəyiş, türkün onun tərəfindən mühafizə edilməsi motivi burada özünü dastanın əsas ideyası kimi göstərir. 

Təbiətdən – Tanrıdan  yaranma motivi “Köç” dastanında güclüdürBurada dağ başındakı ağaca göydən Tanrı işığı düşməsilə ağac insan kimi hamilə qalır, 9 ay həmin işıq ağaca düşür və onu himayə edirBuğu xan doğulurböyüyürhökmdar olurAğacdan başlanğıc götürmə bu gün də işlətdiyimiz  “ağac koğuşundan çıxmaq” ifadəsində özünü göstərir.

Həmin dastanın ikinci variantında isə Buku tigin və qardaşları dağdan doğulurlarlakin yenə törəmə səbəbi Tanrının işığı və əslində, özüdürGöründüyü kimi, türklər öz başlanğıclarını, qəhrəmanlarını, kağanlarını Tanrının övladı kimi səciyyələndirmişlər. Bu qədim motiv əsrlər sonra İsanın doğulmasında özünü göstərir, bakirə Məryəmdən doğulan İsanın atası yaradan özü hesab olunur.

 Alp Ər Tonqa”  dastanında qəhrəman-bahadır Alp Ər Tonqanın igidliyi, vətənpərvərliyi, haqq-ədalət uğrunda savaşları öyülür, sonda onun – Turan hökmdarının ölümü Türk- Turan ellərini yasa qərq edir, ona ağılar qoşulur:

 

                                               Alp Ər Tonqa öldümü,

                                               Izsiz amun qaldımı,

                                               Ödlək öcün aldımı,

                                               Imdi yürək yırtılur...

 

Oğuz Kağan” dastanının baş qəhərəmanı Oğuz Ay  kağandan doğulurOğuz kağan Tanrının himayəsindədir, onun arzu –istəkləri Tanrı tərəfindən qəbul edilir, məsələn, Tanrıya yalvarması ilə göydən bir işıq düşməsi bir olurOnun övladlarını dünyaya gətirəcək qadınlar Tanrı tərəfindən seçilirqeyri-adi tərzdə ona təqdim olunurOdur kiOğuz tanrının onu kağan seçdiyini söyləyərək  hər tərəfə elçilər göndərir, ətraf kağanları özünə baş əydirir. Oğuz kağan dastan boyunca Tanrının himayəsindədir.

 

                        Bizim xoşbəxtliyimiz sənin xoşbəxtliyindir,

                        Bizim soyumuz sənin nəsil ağacının budağıdır.

                        Tanrı sənə böyük yer tapşırıb,

                        Mən sənə başımı, canımı verərəm..

 

 

Uluğ Türükün yuxusunda Tanrının bütün dünyanı Oğuz kağanın törəmələrinə bağışladığını göməsi də, əbəs deyil. Çünki “Oğuz kağan özü də Tanrı mənşəlidir, mərkəzləşmiş türk cəmiyyətinin hökmdarıdır. Onun Tanrı mənşəyilə yanaşı, Tanrı tipologiyası da vardır kibu da özünü onun hər şeydən əvvəl göy qızları ilə evlənməsində göstərir. Oğuza yol göstərən, onu düşmən üzərində qələbəyə aparan, türklərin cahan dövləti yaratmasına kömək edən Göy Qurd da Oğuzun bilavasitə Tanrı himayəsində olduğunun ifadəsidir”.

Əslində, “Oğuz Kağan” Oğuz etnosunu proyeksiyalandıran –inikas edən dünya modeli (etnokosmik semantemlərin, mənaların paradiqması), “Oğuznamə”, “Oğuz Kağan” dünya modelini gerçəkləşdirən sözlü mətn universimudur.

Qədim türk dastalarından olan “Ərgənəkon”da öz tanrıçılıq ideyası, qədim türk eposunda xalqın demək olar məhv olaraq yenidən dirçəlməsi, əvvəlki vəziyyətə qayıtması, itirilmişin qaytarılması, doğma torpaqlara qayıdılması motivləri özünü göstərir. Burada əsas qəhrəman tək bir şəxs deyileyni qanı –geni daşıyan müxtəlif  boyların birləşməsini təmin edən xalqdır. Bu motiv, əslində, türk təfəkküründə xalqın lider haqqında olan təsəvvürləri, arzu –istəklərini göstərir; çətin məqamlarda xalq öz xaqanının ətrafında birləşməyi, müqəddəratı öz xeyrinə həll etməyi bacarır.

Qədim türk mifik düşüncəsində qaibdən xəbər demək, sözlərlə ilahi bir şəkildə işləmək kimi mistik qabiliyyətlərə mənsub insanlar xalq içində seçilən, Tanrı ilə əlaqədar olanlider səciyyəli şəxslərdir. Onların şeir demək, musiqi-söz-rəqs magiyasının əsas ifaçısı, təmsilçisi olan qam –şaman Kağanın vəziri və yaxud baş məsləhətçisi olurdu. Hətta bəzən tayfa liderləri özü də qam-şaman sifətlərinə sahib olurdurBu da yenə türkün düşüncəsində öz xaqanını ilahi cəhətlərlə səciyyələndirməklə,  onu Tanrıyla əlaqələndirməklə, digər insanlardan fərqli və üstün görməsilə əlaqədardır. Hunlar başçı, hakim vəzifəsində duran şamana “Ata qam” deyirlər. Türk dövlətçiliyinin əsasını qoymuş Aşinanın da qam –şaman olduğu güman edilir.

Milli eposumuz “Kitabi-Dədə Qorqud” dastanında Oğuz elinin başçısı Bayandır xan özü də qam –şaman əsillidir, atası Qamğan-Qam kağandır. “Bir gün Qamğan oğlu xan Bayandır yerindən durmuşdu”.

Qazan xandan incik düşən Bəkil ona verilən bəxşişləri Bayandır xanın qabağına töküb obasına dönəndə qadını ona : -“Padşahlar Tənrinin kölgəsidir. Padşahına asi olanın işi rast gəlməz.”- deyir. Çünki mifoloji təsəvvürdə Bayandır xan ulusun başçısı- Tanrının kölgəsidir, bu da onunla əlaqəlidir ki, o, ilahi aləmlə əlaqəsi olan ali şaman titullu Qamğanın oğludur. Bu tezisin sübutunu biz Bəkilin Bayandır xana qarşı gəlməsinin onun cəzalanmasıyla nəticələnməsində  görə bilirikQamğan titulunun özünəməxsus  toxunulmazlıq və ilahilik səciyyəsi var.  Oğuz igidlərinin alqışının alqış, qarğışının qarğış olması da yəqin ki, elə bu tezislə əlaqədardır.

Qırğızların eposu olan   “Manas” dastanın qəhrəmanı elin başçısı Manasın da doğumu, beşikdəcə danışmağa başlaması fövqəltəbii səciyyə daşıyır. Digər mistik cəhətlərdən biri də Manasın iki dəfə öldürülsə də, təkrar dirilməsi motividirLakin güman kionun Məkkəni, Kəbəni ziyarət etməsi İslamdan sonrakı təsirlərin nəticəsində dastana (variantlara) əlavə edilmişdir.

Türk dünyasının unudulmaz türkçü müəlliflərindən olan Hüseyn Nihal Adsızın “Bozqurdların ölümü” və “Bozqurdların dirilişi” əsərlərində də qədim türk mifik təfəkküründə dərin iz qoymuş motivlər özünü göstərir. Burada da “Göytürklər”də olduğu kimi, türklərin məğlubiyyəti, lakin bu məğlubiyyətdən yeni qığılcımın doğması türk düşüncəsindəki pozitivlikdən, gələcəyə inamlı baxışdan xəbər verir. Əsərdəki əsas qəhrəmanlardan olan Kür Şadın timsalında qədim türk dastan ənənələrində olduğu kimi bahadırın özünəməxsus keyfiyyətləri cəm olmuşdurTürk məğlubedilməzdir, məğlubiyyət onu tükədə bilməz, onu məhv edib yer üzündən silə bilməz.  “Tale sınamaq sülh bağlamaqdan yaxşıdır. Çünki indi barışmaq gələcəyimizin məhv olmasını qabaqcadan qəbul etmək deməkdir. Taleyi sınasaq, qalib gəlmək ehtimalı var.”  Kür Şadın bu düşüncəsi türkün mübariz ruhundan xəbər verir. Müəllifin əsəri onun yaradıcılıq məhsulu olsa da,  real tarixi şəxslər və hadisələrə yer verilmiş, mənbələr kifayət qədər araşdırılaraq  qələmə alınmışdır.

Türk xaqanına verilən tələblər böyükdür, yetişdirilən, seçilən, arzulanan bahadırlar şəxsi həyatı, tayfa və el içində mövqeyi çox düşünülmüş və türk adət ənənəsinə müvafiq olmalı idiHətta müəyyən edilmiş qaydalar sistemindən çıxdıqda belə onların cəzalanması da təbii görünürdü. Rəvayətə görə, Çingiz xanın oğlu Çağatay bir gün kiçik qardaşı Ögedey ilə birliktə çox içərək ciddiyyətdən kənar, nalayiq hərəkət edir. Səhəri Ögedeyin yanına gedərək, bir gün öncəki hərəkətindən dolayı cəzalanmasını istəyir. Yaxud, Əmir Teymurun günlərlə sürən toy-düyünlərdə şərab içsə də, həddini aşmaması, heç kimin könlünü qırmaması, dövlət işlərində səhlənkarlıqlara qətiyyən yol verməməsi rəvayət olunur.          

Türk mifologiyasında hökmdar kultu birbaşa Tanrıçılıqla əlaqədardır və tarixən bir yaranmışlar. Lakin hökmdar kultunun mövqeyi o qədər güclü olmuşdur ki, Tanrıçılıqdan sonra da yaşamışdır. Bunun ən gözəl örnəyi “Kitabi –Dədə Qorqud” dastanında (Bayandır xan obrazı)  görünür. Mükəmməl epos üçün tək bir qəhrəman – hökmdar lazım idiOdur ki, qədim türk təfəkkürünün- düşüncəsinin daşıyıcıları olan ən qədim və orta çağ dastan və eposlarında təqdim edilən əsas qəhrəmanlar Tanrı obrazının  transformları olan hökmdar-qəhrəman- bahadırlardır ki, bu obrazlarda Tanrının təsiri və “izləri” bu və ya digər məqamda özünü göstərir. Türk eposlarına, onların variantalarına tarixin sınaqları müəyyən qədər təsir göstərsə də, İslamın mövqeyini görmək mümkün olsa da, lider –hökmdar kultu Tanrıçılıqla əlaqəsini,  bu mənada arxetipliyini saxlaya bilmişdir.

 

 

 

Mətanət Eldar qızı Mustafayeva,

Azərbaycan Texnologiya Universitetinin

İctimai elmlər  multikulturalizm kafedrasının baş müəllimi,

Gəncə Dövlət Universitetinin

Azərbaycan  Dünya Ədəbiyyatı kafedrasının doktorantı

 

Hərbi And.- 2022.- 17 iyun.- S.7.