“Köhnə çamadanlar” filmində çəkilən Vətən müharibəsi iştirakçısı

 

Kişizadə Mirsaleh: “Həmin vaxt üç tankımız döyüşə hazır vəziyyətdə

bizim yanımızdan keçərək irəli getdi

 

Kişizadə Mirsaleh Bayram oğlu 28 iyul 1999-cu ildə Lənkəran şəhəri Hirkan qəsəbəsində anadan olub. Orta təhsilini Ağaxan Quliyev adına tam orta məktəbdə alıb. 2017-ci il iyulun 29-da hərbi xidmətə gedib. Əvvəlcə Gəncə şəhərində olub. Sonra isə bölünərək Şəmkir korpusuna göndərilib. Orada 2020-ci il iyul ayında Tovuz döyüşlərində qəhrəmancasına həlak olan Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovun komandir müavini - qərargah rəisi olduğu korpusda rabitə bölüyündə xidmət edib. 2019-cu il yanvarın 15-də isə hərbi xidmətdən təxris olunub. Əsgərlikdən qayıtdıqdan sonra dülgərliklə məşğul olub.

 

2020-ci ilin sentyabrın 21-də ölkədə hərbi toplanış elan olunmuşduMirsaleh də digərləri kimi bu toplanışa çağırılıb: “Məni sentyabrın 21-də Ağcabədiyə apardılar. Bir həftə orada təlimlər keçdik. Sonra sentyabrın 27-də Üçtəpəyə getdik”.

 

Üçtəpədə olanda müharibənin başlanması haqqında xəbər alıblar və döyüşlər başlayıb. Bir müddətdən sonra isə yerlərini dəyişərək Ağdam və Xocavənd istiqamətinə aparıblar.

 

Mirsaleh Vətən müharibəsində Ağdam və Xocavənd istiqamətində gedən döyüşlərdə iştirak edib: “Hər zaman fəxr hissi ilə döyüşmək və Azərbaycan torpaqlarının birliyi uğrunda canımızdan keçməyə hazır idik. Müharibədə dəyərli dostlar tapdım və hələ də onlarla əlaqəm var. Söz vermişik ki, hər zaman bir birimizlə danışacağıq”.

 

Müharibənin ilk günləriylə bağlı sözünə davam edərək deyib ki, sentyabrın 26-dan 27-ə keçən gecə postda olub. Həmin vaxt üç tankımız döyüşə hazır vəziyyətdə onların yanından keçərək irəli gedibmövqe seçib: “Həmin gecə artıq müharibənin başlandığını yüz faiz bildim və nə vaxt hücuma keçəcəyimizi həvəslə gözləyirdim. Səhər açıldı və erməni quldurları havada bizimKukuruznik” (An-2) təyyarəsini vurdular. Sonra ermənilərlə atışmalarımız başladı”.

 

QEYD: Azərbaycan 44 günlük Vətən müharibəsində An-2 pilotsuz təyyarələrini Ermənistanın hava hücumundan müdafiə sistemlərinin mövqe rayonlarını aşkarlamaq üçün fəal şəkildə tətbiq edirdi. Döyüş əməliyyatlarının gedişində Ermənistan Müdafiə Nazirliyi az qala hər gün “Azərbaycan qırıcı-bombardmançılarının vurulduğuhaqda raportlar verirdi. Hərbi əməliyyatların ilk 2-3 həftəsindən sonra onların “vurduqları hərbi təyyarələrin” sayı onlarla ölçülürdü. Lakin daha sonra üzə çıxdı ki, Ermənistanın hava hücumundan müdafiə sistemləri Azərbaycanın pilotsuz An-2 təyyarələrini vurur və nəticədə öz mövqe rayonunu üzə çıxarır. Ardınca Azərbaycan Ordusu həmin hava hücumundan müdafiə sistemini məhv edir. Azərbaycan Ordusunun bu unikal fəndi dünya hərb tarixində yenilik kimi qəbul edilir.

 

Mirsaleh bildirib ki, müharibə nə qədər qorxulu olsa da bir o qədər də maraqlı və həyəcanlı idi: “Çünki neçə illər idi müharibənin və torpaqlarımızın geri qaytarılmasının həsrətində idik. Şükürlər olsun ki, bu bizə nəsib oldu və torpaqlarımızı azad etdik. Buna baxmayaraq, çox əziyyətlərə qatlandıq. Gecəmiz və gündüzümüz yox idi”.

 

Məsələn, çəkdikləri əziyyətlərə misal olaraq yatmaq istəyəndə başlarını daşın üstünə qoyub uzandıqlarını bildirib. Çox güclü atışmalar gedirdi və Azərbaycan ordusunun sursatı kifayət qədər olduğu üçün dayanmırdı: “Onların hücuma keçməsinə imkan vermirdik və necə qorxaq olduqlarını orda gördük. Düşmən də Azərbaycan əsgərinin qüdrətini və məharətini gördü. Döyüs qabiliyyətimiz hər zaman çox yüksək səviyyədə idi. Şəhidlərimiz yadımızdan çıxmırdı. Onların qanının yerdə qalmaması üçün öz qanımızı da tökməyə hazır idik və bunu da etdik”.

 

Döyüşlərin birində ermənilər bizim əsgərlərin olduğu yeri təyin ediblər və minamyotlarla hədəfə alaraq atəşə tutublar. Onların atdığı minamyot mərmisi əsgərlərimizin olduğu yerə düşübMirsaleh yaxın olduğuna görə sağ qulağı zədələnib. Bunun nəticəsində qulağı bir müddət ağrıyıb. Lakin döyüşlər qızğın olduğundan tibb məntəqəsinə getməyib: “Söz vermişdim ki, axıra qədər döyüşlərdə iştirak edəcəm və belə də oldu. Çətin günlərimiz olsa da hər gün gözəl torpaqlarımızın azad olunması xəbərlərini eşitdikcə sevinirdik. Bunun bir parçası olduğumuz üçün hiss etdiyimiz hisslər bütün yorğunluğumuzu və çətinliklərimizi aradan qaldırırdı. Şükür edirəm ki, o cür alovun içində Allah təala mənim namaz qılmağıma və ona ibadət etməyimə kömək edirdi. Vaxt tapan kimi namazımı qılırdım.”

 

O, bir hadisə danışaraq bunu deyib: “Heç yadımdan çıxmaz. Qızğın döyüşlər gedən zaman xəbər gəldi ki, ermənilər məğlub oldularbiz qalib gəldik. Bu xəbərdən biz sevindikbu hiss o qədər güclü idi ki, ağlamağım gəldi. Şükür etdim ki, qalib gəldik və şəhidlərimizin qanını söz verdiyimiz kimi yerdə qoymadıq”.

 

Döyüş bitəndən sonra əsgərlərimiz ermənilərin yaşadıqları evlərə girəndə hələ də qaça bilməyənləri görürdülər: “Onlar köçüb gedirdilər, biz də istədiyimiz yerə daxil olurduq. Həmin yerlərdə istədiklərimizi edirdik, çünki artıq bu yerlər bizim idi. Ermənilər gedəndə mülklərini və maşınlarını yandırırdılar, çünki onların əlindən bundan başqa heç nə gəlmirdi”.

 

Mirsaleh müharibə bitəndən 2 ay sonra 2021-ci ilin yanvar ayının 10-da buraxılıb.

 

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə Kişizadə Mirsaleh Bayram oğlu “Ağdamın azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə” və “Cəsur döyüşçü  medalları ilə təltif edilib.

 

Mirsaleh 44 günlük Vətən müharibəsinə aid filmdə də çəkilib: “Oksana Rəsulova həmkarlarıyla “Köhnə çamadanlar” adlı bədii filmin çəkilişləri üçün Lənkəran şəhərinə gəlmişdilər. Deyilmişdi ki, film yaxın müddət ərzində hazır olmalı və ekranlara çıxmalıdır. Film müharibəyə aid idi”.

 

O, filmdən bir sujet də danışıb: “Oksana xanım həkim kimi hərbi hospitala gəlir və biz də yaralıyıq. Bir şəhidimiz var, onun da qardaşı ağır yaralıdı və əməliyyatdadı. Bizlərə baxdı və başqa bir tibb bacısı bizə dedi ki, sizin qardaşınız da bu palatada yatır. Amma vəziyyətinin ağır olduğunu bizə deyə bilmirs.”

 

Qeyd edək ki, Vətən müharibəsini əks etdirən “Köhnə çamadanlar” adlı tammetrajlı bədii filmdə İkinci Qarabağ müharibəsi iştirakçıları, Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarında xidmət edən hərbçilərin, eləcə də sağlamlıq imkanları məhdud istedadlı şəxslərin aktyorluq potensialından istifadə olunub. Sujet xətti Birinci Qarabağ müharibəsindəki hadisələrlə əlaqələndirilən film 44 günlük Vətən müharibəsində möhtəşəm Zəfərimizi əks etdirən nikbin, qürurverici sonluqla yekunlaşır.

 

Bəxtiyar CƏFƏRLİ

 

Hərbi And.- 2022.- 27 may.- S.6.