Mübarizin şəhidliyindən bəri döyüş əmri gözləyən şəhid Teymur Rəsulov

 

 

Payızı hər qədər çox sevsək , iki ildir bu sevginin yanına bizim üçün bir nisgil  əlavə olunub. Artıq payız həm neçə-neçə nur üzlü igidimizin şəhidliyə ucaldığı zamanın göstəricisidir. Bu gün haqqında bəhs edəcəyim qəhrəman qardaşımız da məhz bu nisgilimizin bir

Şəhid Rəsulov Teymur Yavuz oğlu 1988-ci il, 23 martda Sahil qəsəbəsində anadan olub.  Bakı şəhəri Qaradağ rayonu Əliheydər Kazımov adına 228 nömrəli tam orta məktəbdə təhsil alıb. 2000-ci ildə Həbib bəy Mahmudbəyov adına 2 saylı Texniki-Hümanitar Elmlər Liseyinə qəbul olub. 2005-ci ildən həmin kollecdən məzun olub. Yüksək balla Azərbayacan Dövlət Neft Sənaye Unversitetinin Energetika fakültəsinə qəbul olub. Təhsilini başa vurduqdan sonra 2009-2010-cu ildə Tərtətdə N saylı hərbi hissədə əsgər olub.

Şəhidin yaxın dostu ailə üzvü Sahib Altay onunla bağlı xatirələrini bizimlə bölüşərkən bildirib ki, Teymur Milli Qəhrəman Mübariz İbrahimovla birgə əsəgərlik keçib: “Mübariz İbrahimov həmin vaxt gizir kimi xidmət edirdi. Onun şəhidliyindən sonra Teymur anasına zəng etmişdi ki, zabit kimi hərbidə qalmaq istəyir, lakin anası razı olmamışdı. ƏSgərlikdən gələndən sonra elektrotexnika üzrə ixtsisalaşmış sahə üzrə özün inkişaf etdirmişdi. Ölkə üzrə 27-öncül elktrotexnika mühəndisindən biri idi.

Teymurun başqa bir xüsusiyyəti onda olan şeir ruhunun olması idi. Teymur Turan imzasıyla şeirlər yazırdı. Dövrü mətbuatda şeirləri, esse məqalələri dərc olunurdu. Ən böyük arzularından biri şeir, esse məqalələrindən ibarət ilk kitabını nəşr etdirmək idi. Şəhadətindən sonra onun bu arzusunu valideynləri reallaşdırıblar.

2020-ci ildə Tovuz döyüşlərində Milli Qəhrəman Polad Həşimovun şəhadətə yüksəlməsindən sonra gedib iyulun 15 könüllü qeydiyyatdan keçdi.  Sentyabrın 27-də özü getdi Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qaradağ Rayon İdarəsinə müraciət etdi. 3 gün getdi-gəldi, geri qaytarıldı. Ayın 29-u yenidən komisarın qəbulna düşüb xahiş edib ki, məni müharibəyə aparın. Sentyabrın 30-da Sumqayıtın Təlim-Tədris Mərkəzinə aparıldı. Oktyabrın 3-dən cəbhənin Füzuli istqamətindən başalayaraq, Füzulinin bir çox kəndləri, Cəbrayıl rayonu, Xudafərin körpüsü ətrafı kəndləri, xüsusilə Soltanlı- Daşkasən kəndləri, Xocavəndin Hadrud qəsəbəsi qəsəbə ətrafı kəndlərin azadlı uğrunda döyüşlərdə iştrak edib. Oktaybrın 18-də keçmiş Xocavənd-Hadrud-Şuşa yolunun üzərində Şuşaya 10 km-lik məsafədə döyüş yoldaşı Ülvi Haciyevlə birgə şəhid olublar”.

Şəhidin dostu bildirib ki, Teynurun dəfnindən bir neçə gün sonra bacısı Şəhla xanmın yuxusana gəlib:

Yuxuda bacısına deyib ki, mən tək deyiləm. Mənim çöldə bir döyüş yoldaşım qalıb. O, mən şəhid olduğum yerdədir, onu axtarırlar. Kömək edin onu oradan götürsünlər. Bu yuxudan bir neçə gün sonra sosial şəbəkələrdə Teymurgilin döyüş bölgəsindən bir şəkli yamlandı məlum oldu ki, onların həmin şəkildəki döyüş yoldaşı Ülvi Hacıyev itkindir axtarılır. Şəhadətindən 58 gün sonra qəhrəman şəhid Ülvinin nəşi Teymurun şəhid olduğu yerdən tapıldı.

Teymur 10 il öncə bir yazı yazmışdı, burada şəhid Milli Qəhrəman Mübariz İbrahimovdan bəhs edirdi. Yazırdı ki, “O gecə sübhə qədər hərbi hissəyə həyəcan siqnalı verildi, ancaq döyüş əmri verilmədi ki, verilmədi... Mən isə yaşımın neçə olmasından asılı olmayaraq ömrümün sonuna kimi bu əmri gözləyəcəyəm!”.

Teymur şəhid olmamışdan bir ay öncə bu sözləri yaxın dostuna demişdi. Mən qalıcı deyiləm, məndən sonra bir Teymur adı ürəyinizdə qalsın istəyirəm. Həmişə öz-özünüzə düşünün düz addımlar atın”.

Sahib bəy deyir ki, sentyabrın 27-də getdi Səfərbərlik Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən geri qayıdanda  yarı yolda dedi siz gedin, mən gəlmirəm:  Sən demə, o Şəhidlər xiyabanına gedirdi. Ordan öz təəssüratları əsasında bir esse yazdı. Yazının bir hissəsində şəhidlərə müraciətlə belə deyirdi ki,  "Sizin öz arzularınıza, mənim sizə qovuşacağım gün gəlib çatdı".

Şəhidin atası Yavuz Rəsulov deyir ki, qardaşım rəhmətə gedəndə övladlarım hələ balaca idi: "Teymur mənim evimin yeganə oğlu idi. Həm soyadını daşıdığı evin sonbeşiyi idi. Uşaqlıqdan etibarən onunla sərhəd qoyulan ata-oğul münasibətimiz olmayıb, yaxın dost olmuşuq həmişə deyirdi ki, yaxşı dost olmağı bacaran adamlardan yaxşı valideyn olur, övlad da olur.  Allah bütün rəhmət eləsin şəhidlərə rəhmət eləsin!"

Sahil xatirələrini yada salanda, Teymurun həmişə ona, "mənə nəsə olsa, birinci sənə xəbər edəcəklər", deməsini xatırlayır:

"Oktyabrın 21-i gecə 03:30-da Beyləqandan tibb xidməti rəisi zəng edib Teymurun şəhidlik xəbərini verdi. Onun boynundan asılmış gilizin içərisindən adım telfon nömrəmin qeyd olunduğunu dedilər. Qeyddə yazılıb ki, mənə nəsə olsa, ilk bu dostuma zəng edin. Döyüş yoldaşları deyirdi ki, Hadrutdakı 2 günlük ağır döyüşdən hamısı sağ çıxmışdı. Ərzaq maşınıları vurulub, əmr gəlib ki, Şuşa istqamətində getsinlər. Teymur üzünü yoldaşlarına tutub deyib ki, az da yaşasaq, çox da yaşasaq, heç bir fərqi yoxdur. Ailəmizlə sağollaşıb gəldiymiz yol şərəfli yoldur. Şəhidlik qəhrəmanlıq ölümsüzlükdür. Unutmayın, şəhidlik bütün ölüm səbəblərindən üstün yeganə əbədi yaşamaq yoludur! Orada olan yoldaşlarından biri danışırdı ki, həmin yerdə Teymuru gülüməsəyən gördüm, sanki üzünə bir nur gəlmişdi. Dedi ki deyəsən sonumuz çatıb. Anında minamyot zərbəsi ilə bunların manqasını vurublar, Teymur şəhidlik zirvəsinə yüksəlib. Allah rəhmət eləsin!"

Azərbaycan Ordusunun əsgəri olan Teymur Rəsulov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin Cəbrayılın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Teymur Rəsulov oktyabrın 21-də Cəbrayıl döyüşləri zamanı şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Teymur Rəsulov ölümündən sonra "Vətən uğrunda", "Xocavəndin azad olunmasına görə" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.

Şəhid Teymur Rəsulovun valideynlərinin şəxsi təşəbbüsünə əsasən, Qaradağ rayon Sahil qəsəbəsində fəalaiyyət göstərən şəhid Elçin Əziziov  adına 301saylı uşaq bağçasının həyətində Teymur Rəsulov və qəsəbə şəhidlərinin xatirəsinə abidə kompleksi inşa edilmiş və park salınmışdır. 2021-ci ilin oktyabrın 19-da həmin abidənin açılış tədbiri keçrilib. 2022-ci ilin martın 23-də  şəhidin 34-cü doğum günü valideynlərinin təşəbbüsü, şəxsi hesbına və   Sahil İctimai Birliyinin dəstəyi ilə Sahil qəsəsbəsində  yerləşən  mərkəzi parkda "Yaşıl Sahil" adlı ağacəkmə aksiyası keçrilmiş, aksiyanın keçirildiyi əraziyə qəsəbə şəhidlərinin adı verilmişdir. Bundan başqa Qobusatan rayonu yeni massiv ərazizində küçələrdən biri şəhid Teymur Rəsulovun adını daşıyır. Yaxın qohumu tərəfindən küçədə adına xatirə guşəsi açılıb.

Eyni zamanda Azərbaycan Neft və Sənaye Universitetində bir seminar auditoriyası,  Sahil qəsəbəsində yerləşən 228, 253 və 319 saylı orta məktəblərdə, Biləcəri qəsəbəsində yerləşən 297 saylı bir sinif otağı şəhid Teymur Rəsulovun adını daşıyır.

2022-ci ilin iyun ayında valideynlərinin şəxsi təşəbbüsü və vəsaiti hesabına şəhid Teymur Rəsulovun "Qürub vaxtı" kitabı nəşr edilmiş, kitab iki hissədən ibarətdir. 1-ci hissədə Teymurun esse və məqalələri, ikinci hissədə isə Teymurlu xatirələri yer alır.

Allah rəhmət etsin, nur üzlü şəhid qardaşım!

 

Aydın Tağıyev

Azərbaycan Jurnalistlər Birliyinin üzvü, müstəqil araşdırmaçı jurnalist

mr-aydin@mail.ru

 

Hərbi And.- 2022.- 11 noyabr.- S.16.