Şəhid qardaşı: “Deyirdi kəndlərə bayraq
sancdıqca sanki ürəyimdən tikan çıxır”
"Şəhidlər unudulmur. Biz bu dərdi,
bu qəmi daim qəlbimizdə saxlayacağıq. Ancaq eyni
zamanda bu şəhidlərin qəhrəmanlığı
Azərbaycan xalqı üçün, Azərbaycan
gəncləri üçün
örnək olub.
Bundan sonra da örnək
olacaqdır. Mən tam əminəm
ki, Azərbaycanın bu günkü nəsli də, gələcək nəsilləri
də bu şəhidlərin qəhrəmanlığından
nümunə götürəcəklər.
Azərbaycan xalqının milli
azadlığını qorumaq
üçün, respublikamızın
müstəqilliyini qorumaq
üçün daim mübarizədə olacaqlar.
Daim qəhrəmanlıq nümunələri,
vətənpərvərlik nümunələri göstərəcəklər".
Ümummilli lider Heydər Əliyev
Vətənin müstəqilliyi və suverenliyi, ərazi bütövlüyü uğrunda
canlarını qurban vermiş qəhrəman şəhidlərimizdən biri
də Şəhid Fərəcov Fərid Yaşar oğludur. Haqqında söhbət
açacağımız şəhidimiz
Fərəcov Fərid
Yaşar oğludur.
O, 1998-ci
ilin11 noyabrında Ağcabədi
rayon Muğanlı kəndində
anadan olub. 2005-ci ildə Muğanlı kəndində Birinci Qarabağ müharibəsi
şəhidi Sərvan
Quliyev adına
orta məktəbdə
1-ci sinfə gedib.
2016-cı il eyni məktəbin 11-ci sinfini bitirib.
Fərəcov Fərid, məktəbi
bitirdikdən sonra hərbi xidmətə yollanıb. 2016-2017-ci illərdə Qusarda hərbi xidmətdə olub. Xidməti zamanı topcu
kimi fəaliyyət göstərib. Vətən
müharibəsi zamanı
qismən səfərbərlik
elan ediləndə Fərid də könüllü
olaraq Vətən müharibəsinə yollanıb.
Şəhidin anası Fərəcova Gülşən xanım oğlu ilə bağlı xatirələrini
bizimlə bölüşüb. O deyir ki, Fərid çox mərd övlad idi. Gözəl əl qabliyyəti vardı:
"Evmizin yanında özünə məxsus avtomobil təmiri emalatxanasında usta işləyirdi. Ora tez-tez hərbçilər
gəlirdi, hamısı
onun dostları idi. Qonaq gətirərdi onları.
Həmişə deyirdi ki, müharibə olsa, gedib şəhidlərimizin
qanını alar, torpaqlarımızı azad
edərdik. Bir gün gəlib dedi ki, ana,
mən könüllü
yazılmışam, artıq
vaxt yetişib mən gedirəm. Çox istqanlı idi, ailəyə, ata-anaya, Vətənə, torpağa
bağlı övlad idi. Sonda mənə sevdiyi
qız haqqında ürəyini açdı.
Dedi ki, ana, bunu heçkim
bilməsin, gedim-qayıdım
o qızla ailə quracağam.. (red.ağlayır)
Həmişə deyirdi ki, atam
həyatda çox əziyyətlər görüb,
bizi saxlayıb. Ona heç
qıymıram, qoymayacağam
atam işləsin, nə təalabatınız,
çətinliyniz olsa,
mən qarşılayacağam.
Çox
qeyrətli oğul idi. Qardaşını canından çox
sevirdi, ona toy etmək istəyirdi.
Heç
birini edə bilmədi, arzuları yarımçıq qaldı
(red.ağlayır).
Dostlarına kənd qəbiristanlığına
deyib ki, mən şəhid olacağam. Elə öz göstərdiyi
yerdə də dəfn olunub".
Qardaşı Fərəcov Məhərrəm
deyir ki, Fərid tez-tez onunla telefonla danışırdı: "Deyirdi
ki, irəliləyirik hər şey əla olacaq. Dayanmadan qabağa gedirik, ermənilər siçan kimi qaçır. Doğma torpaqlarımızı, kəndləri
ala-ala gedirik. Tezliklə qələbə
bizimdir. Kəndlərə bayraq sancdıqca ürəyimdən sanki bir tikan çıxır.
Şükür bu günləri bizə yaşadan Allaha!
Axırıncı dəfə danışanda
dedi ki, hərbi meydançadayıq.
15 dəqiqə istrahət edib mühasirəyə düşən
yoldaşlara köməyə
gedəcəyik, həmin
vaxtı vurmuşdular
qardaşımı. Həmişə deyirdi ki, narahat
olmayın burada hər şey yaxşıdır. Özü od-alovun
içində idi, ancaq deyirdi özünüzü,
uşaqları qoruyun!"
Şəhidin təssərüfatla məşğul
olan atası Fərəcov Yaşar danışır ki, Birinci Qarabağ müharibəsində gələnlər
evsiz-eşiksiz idilər. Yazıq
millətim necə əziyyətlər, əzablar
zillətlər görmüşdü:
"Xocalı soyqırımı zamanı cavan idim, adamlar üçün odun daşıyır, yemək, paltar köməkliyi edirdim. Yük maşınımla qaçqınları daşıyırdım. Ağdamın Kökəltmə düşərgəsindən gedib gətirirdim. Ermənilər kinolardakı faşistlərdən də betər əzazillik etmişdi insanlarmıza. Çox acı çəkdiriblər bizə, bu milləti bağışlaya bilmərik. Bütün bunları mən gözümlə görmüşəm. Hər anım günləri olanda deyirdim ki, baxın Xocalı soyqırımı necə olub, yaxud Kəlbəcərdə tunelde olan hadisələrdə ermənilər necə vəhşilikləri edib. Mən övladlarımı belə hazırlamışdım. O, hərbiyə getməmişdən qabaq hərbi xidmət paltarı almışdı.
Bütün dostları hərbçilər idi. Həmişə deyirdi ki, bu torpaqları alacağıq.
Mənim balalarım dövlətə, millətə çox bağlı idi. Fəridin evdə bayrağa, gerbə, dövlət rəmzlərimizə xüsusi ehtiramı, hörməti vardı. Evdə ən hündür yerdə saxlayırdı onları. Sanki gələcəkdə ən uca ad olan şəhidlik zirvəsini qazanacağını bilirdi... Atam da 1941-1945-ci illərdə İkinci Dünya müharibəsində iştrak edib. Bu vətənpərvərlik bizim genetik ruhmuzda vardı. Fərid babası kimi qəhrəman övlad idi".
Fərəcov Fərid Yaşar oğlu əvvəlcə 27 sentyabrda Ağcabədidə Taxta körpüdə təlimlərdə iştirak edib. Füzuli – Cəbrayıl istiqamətində minamyotçu kimi vuruşub. Füzuli istiqamətində gedən döyüşlərdə Ordumuzun sıralarında döyüşüb. 20 oktyabrda qəhrəmancasına həlak olub. Muğanlı kəndində dəfn olunub. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamına əsasən Fərid Fərəcov, "Vətən uğrunda" medalı ilə təltif edilib.
Muğanlı kəndinin bir
küçəsinə şəhidin adı verilib.
Qeyd edək ki, kənddə
şəhidlər üçün abidə-bulaq
kompleksi var.
Aydın Tağıyev
Azərbaycan Jurnalistlər Birliyinin
üzvü, müstəqil araşdırmaçı jurnalist
mr-aydin@mail.ru
Hərbi And.- 2022.- 25 noyabr.- S.16.