"Bu ay
Ayazın toyu olmalı idi"
- Polad Həşimovun səngər
yoldaşının HEKAYƏTİ
“Polad Həşimov şəhid olanda, o da yaralanmışdı, sağaldı. Bu dəfə də yaralanıb, ona deyiblər getmə. Deyib yox, orda iki yaralı var, onları gətirməliyəm”.
Bunu Lent.az-a şəhid Ayaz Azər oğlu Nəzərovun anası Sima xanım deyir.
Qardaşının itkin düşdüyü yerdə minaya düşən çavuşun HƏYAT HEKAYƏTİ
Sima xanım
Ayaz Nəzərov bu ilin yanvar ayının 11-də Kəlbəcərdə şəhid olub. O, Tovuz rayonunun Bozalqanlı kəndində doğulub və orda böyüyüb...
Elə anası ilə də söhbəti Tovuzda, Ayazın böyüdüyü evdə, ona ayrılan otaqda edirik.
- Mənə hey deyirdi ki, “Ana, mən şəhid olacam”. Ayaz qəhrəman, öz canından qorxmayan oğul idi. Nişanlı idi. Arzuları vardı,
Mənə çox söz vermişdi. Sözünə əməl etmədi.
Ona deyiblər ki, getmə, amma gedib.
Ayaz müddətdən
artıq həqiqi hərbi qulluqçu olub. O, həkim-feldşer kimi çalışırdı...
Son 1 ayı Kəlbəcərə
ezam olunub...
Bu masada gördüklərimizdən
bəziləri Ayaz şəhid olanda cibindən çıxan əşyalardı...
- Qonşumuz da şəhid olmuşdu, ona görə toyu qalmışdı. Amma bu ay toyu olacaqdı.
Əsgərliyə getdi, gəldi.
2 il yarım
idi ki, Ağdamda
hərbi həkim köməkçisi işləyirdi.
Özü də yol polisliyini bitirmişdi.
Aldığı hər şeyi
qəbiristanlıqda yandırdım.
Ayaz anasını yazıq etdi. Polad Həşimov şəhid
olanda o da yaralanmışdı, amma
sağaldı.
Bu dəfə də
yaralanıb, ona deyiblər getmə. Deyib yox,
orda iki yaralı var, onları gətirməliyəm.
Birini gətirib, digərini gətirəndə vurublar.
Elə orda da şəhid
olub.
Nikahı
kəsilib, ömrü
yarıda qalıb...
- Nişanlısı ilə
kəbini də, nikahı da kəsilmişdi. Son 1 ay idi dalaşmışdılar,
amma bilirdim ki, barışacaqlar.
Hər dalaşan ayrılmır axı. Bir ay idi Kəlbəcərə
getmişdi. Mənə zəng
etdi ki, “ana. yeməkləri
bişir, sabah gələcəm”. Sən demə,
danışandan sonra da vurublar. Bu, bizim son danışığımız
oldu.
Sima xanım
deyir ki, nişanlısı hər
gün qəbrinin üstünə gedir, dəli olub. O qız
yenə mənim ürəyimdədi. Balamın bütün
arzuları ürəyində
qaldı. Toyuna alınan
hər şey merət qaldı. Qızım Aytən də toyu günü özünü körpüdən
atdı. Qaynanası şər
atmışdı deyə.
Bu dərdlərə necə dözüm bilmirəm.
Ayın
16-sı Ayazın dünyadan
kənarda 24 yaşı
olacaq...
- Bu ayın 16-sı Ayazımın
doğum günüdür.
24 yaşı olacaq. Bir gündə bəlkə
də on dəfə onu ziyarət edirəm, amma o mənə cavab vermir. Ölmək də var, ölmək
də... Ona deyiblər axı,
getmə.İş yerində
hələ də adını siyahıdan çıxarmayıblar. Heç kimin
əli gəlmir onun adını silsin.
Ayaz şəhid olmazdan əvvəl erməni maşınını partladıb...
- Şəhid olmazdan qabaq da erməni maşınını partladıb. Ona medal, təşəkkürnamə vermişdilər. İndi məni də onun şəhid olduğu yerə aparacaqlar. Qonşularda nə qədər toy olasıdı, heç biri Ayaza görə etmir. Ayaz dəfn olunanda 2-3 minə qədər adam vardı. Onunla eyni vaxtda əmisi qızının həyat yoldaşı Anar Nağıyev də şəhid oldu. Ad günündə Ayazın bulağının açılışı olacaq. Bu da bir təsəllidi...
Bu ayın 16-sı açılışı olacaq bulaq.
Aytəkin Cəlali
Hərbi and.- 2022.- 9 sentyabr.- S.13.