ƏFSANƏLƏŞƏN ŞƏHİD ÖMRÜ…  

 

 

 

Bəzən gözucu dünyaya baxıb,ətrafı seyr edib olub bitənlərə nəzər yetrib dərin düşüncəyə qərq oluram.İlahi, bu qədər savaş niyə,bu qədər göz yaşı, təlaş, bu qədər nifrət niyə?? Ruhumuza sahib çıxacaq qədər sonsuz göy üzü,cismimizi qoynuna alacaq bir qarış torpaq nəyimizə yetmir?! Suallarsuallar… Cavabsız suallaro suallara nifrət edən gözü yaşlı analar.Nə qədər ki,bu dünya bu qədər ananın bala dərdiylə,ahıyla qovrulur heç kəs heç vaxt rahatlıq tapmayacaq,ağrı ağrılar gətirəcək.O dünyada cənnətə qovuşmaq istəyib bu dünyanı cəhənnəmə çevirmək aldığımız nəfəsə xəyanətdir.

Hər dəfə yarım qalmış şəhid ömrünü qələmə alanda ürəyimdə ağrılarım ağırlaşır.Hələ o şəhid ki, təzəcə ana qoynundan ayrılıb “VƏTƏN SAĞ OLSUN” deyib silaha sarılıbsa,balaca ürəyinə uzun ömrün xəyallarını,arzularını sığdırıb bir arzusunu çin edə bilməyibsə o şəhidin ömrünü qələmə almaq ölüb- ölüb dirilib yarımcan qalmaq deməkdir.Bu gün qələmə aldığım qəhrəmanım İntizar ananın ilk sevinci,ilk göz ağrısı şəhid balası Ayhandır.

Haqverdiyev Ayhan Akif oğlu martın 28-i 2002-ci ildə Daşkəsən rayonunda anadan olub.Əslən Qərbi Azərbaycandandir.

2003- ildə ailəsi Bakı şəhərinə köçübAyhan 2009-cu ildə Bakı şəhərində Cəbrayıl rayonu Əsgər Veysəlov adına Sirik kənd tam orta məktəbində təhsil alıb.Ayhan ailənin ilk oğlan övladıdır.Oxumağa marağı çox olsa da maddi çətinliklər onun arzusunu çin etməyə imkan verməyib.Ayhan Binəqədi rayon hərbi komissarlığından həqiqi hərbi xidmətə çağırılıb.Ağcabədi rayonu N saylı hərbi hissəsində vətəni xidmətini yerinə yetirən Ayhan 27 sentyabrda başlayan 44 günlük Vətən müharibəsində də iştrak etmişdir.Yaşının və təcürbəsinin az olmasına baxmayaraq könüllü müharibəyə qatılanlardan biri olan Ayhan 2020-ci ilin oktyabrın 30-u Füzuli şəhəri istqamətində gedən döyüşlərdə qəhrəmancasna şəhid olmuşdur.Şəhidimiz 2020-ci ilin oktyabr ayının 5-də Binəqədi kənd qəbirstanlığında Aprel Şəhidi Emin Bağırovun yanında dəfn olunub.Ölümündən sonra Azərbaycan Respublikası prezidentinin 15 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Vətən uğrundamedali ilə, 25 dekabr 2020-ci il tarixli sərəncamı ilə “Füzulinin azad olunmasna görə” medalı ilə təltif olunmuşdur.Beləcə, oxumaq,ali təhsil almaq arzusunu çin edə bilməyən Ayhan öz qanıyla Qələbə tarix yazanlardan oldu.Azərbaycan tarixi onun Qələbə tarixini yazan qəhrəman oğullarını heç vaxt yaddaşından silməyəcək.Allah bütun şəhidlərmizə rəhmət eləsin.

 

AYSEL NƏSİRZADƏ

 

Hərbi And.- 2022.- 22 yanvar.- S.14.