Enerji layihələri Azərbaycanla
tərəfdaş ölkələr arasında yeni investisiya
imkanları yaradır
Azərbaycan son illərdə Avrasiyanın həm
geosiyasi, həm də enerji xəritəsində mühüm dəyişikliklərə
səbəb olub. Artıq Xəzər regionu Avropa
üçün etibarlı və dayanıqlı enerji mənbələrindən
birinə çevrilib.
Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin
deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və
Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə deyib.
Fariz İsmayılzadə bildirib ki, Azərbaycan neft və
qazı artıq bir sıra Avropa ölkələrinin enerji təhlükəsizliyinin
təmin olunmasında mühüm rol oynayır və bu istiqamətdə
coğrafiya getdikcə genişlənir.
Deputatın sözlərinə görə, Prezident
İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində
Azərbaycan qazını alan ölkələrin sayı
artır və yeni tərəfdaşlar bu əməkdaşlığa
qoşulur. “Artıq Almaniya da Azərbaycan qazını alan
ölkələr sırasına qoşulub. Coğrafiya
genişləndikcə Azərbaycanın siyasi və diplomatik əlaqələri
də güclənir. Bu ölkələr Azərbaycanı
etibarlı tərəfdaş kimi qəbul edir, müxtəlif
beynəlxalq platformalarda ölkəmizi dəstəkləyirlər”,
- deyə Fariz İsmayılzadə qeyd edib.
Fariz İsmayılzadə vurğulayıb ki, enerji
layihələri yalnız enerji sahəsi ilə məhdudlaşmır,
paralel olaraq investisiya və ticarət əlaqələrinin də
genişlənməsinə təkan verir.
“Serbiya nümunəsi göstərdi ki, qaz və neft
layihələri ilə yanaşı, investisiya layihələri
və ticarət əlaqələri də inkişaf edir. Enerji
sektorunda əməkdaşlıq digər sahələrdə də
sərmayələrin qoyulmasına imkan yaradır. Məsələn,
elektrik enerjisinin istehsalı sahəsinə Azərbaycan tərəfindən
investisiyaların yatırılması
planlaşdırılır”, - deyə deputat bildirib.
Milli Məclisin deputatı əlavə edib ki, bu proseslər
Azərbaycanın iqtisadi inkişafına, yeni iş yerlərinin
yaradılmasına və dayanıqlı iqtisadi artıma
mühüm töhfə verir.
Hərbi And .- 2026.- 13 mart (¹10).- S.5.