Qayıdış prosesi humanist,
planlı və sosialyönümlü dövlət siyasətinə
əsaslanır
Prezident İlham Əliyev yerli televiziya kanallarına
verdiyi ənənəvi müsahibədə ölkənin
daxili və xarici siyasəti, sosial-iqtisadi inkişaf, regional təhlükəsizlik
və postmünaqişə dövründə həyata
keçirilən işlər barədə geniş və dəyərli
fikirlər səsləndirdi. Müsahibədə, həmçinin
son illər ərzində həyata keçirilən
islahatların Azərbaycanın dayanıqlı
inkişafını təmin etdiyi, iqtisadiyyatın şaxələndirilməsi
və sosial layihələrin icrası əsas prioritetlər
kimi vurğulandı. Bildirildi ki, əhalinin rifah halının
yaxşılaşdırılması dövlət siyasətinin
mərkəzində dayanır.
Bu fikirləri Milli Məclisin deputatı, Ailə,
qadın uşaq məsələləri komitəsinin sədr
müavini Jalə Əliyeva bildirib.
O bildirib ki, Prezident İlham Əliyevin müsahibədə
Qarabağ və Şərqi Zəngəzura
köçürülən keçmiş məcburi
köçkünlərlə bağlı səsləndirdiyi
fikirlər postmünaqişə dövründə Azərbaycanın
əsas strateji və humanitar prioritetlərini bir daha ortaya
qoyur. Bu fikirlər təkcə dövlət siyasətinin
istiqamətlərini deyil, eyni zamanda, cəmiyyətin uzun illər
davam edən ədalətsizliyin aradan qaldırılmasına
dair gözləntilərini də əks etdirir: “Prezidentin
vurğuladığı əsas məqamlardan biri
qayıdış prosesinin mərhələli, təhlükəsiz
və ləyaqətli şəkildə həyata keçirilməsidir.
Bu yanaşma beynəlxalq hüququn məcburi
köçkünlərin geri qayıtması ilə
bağlı prinsiplərinə uyğun olmaqla yanaşı,
real vəziyyətin – ərazilərin uzun illər
işğal altında qalmasının yaratdığı
dağıntıların – düzgün qiymətləndirildiyini
göstərir. Dövlət başçısının
çıxışlarında infrastrukturun bərpası,
yaşayış evlərinin, məktəblərin, xəstəxanaların
və yol şəbəkəsinin qurulması xüsusi yer
tutur ki, bu da qayıdışın formal deyil, davamlı və
uzunmüddətli olmasına hesablanmış siyasətdir.
Dövlətimizin başçısı diqqətə
çatdırdı ki, bu ərazilərdə müasir
infrastrukturun qurulması, “ağıllı şəhər” və
“ağıllı kənd” layihələrinin icrası
planlı şəkildə davam etdirilir. Keçmiş məcburi
köçkünlərin doğma yurdlarına təhlükəsiz
və ləyaqətli şəkildə qayıdışı
əsas məqsədlərdən biri kimi təqdim olunub”.
J.Əliyevanın sözlərinə görə,
müsahibədə diqqətçəkən mühüm məqamlardan
biri də köçürülən insanların sosial
rifahı və məşğulluq məsələlərinə
verilən önəmdir. Qarabağın və Şərqi Zəngəzurun
təkcə yaşayış məkanı deyil, eyni zamanda,
iqtisadi fəaliyyət zonası kimi
formalaşdırılması, keçmiş məcburi
köçkünlərin öz torpaqlarında işlə təmin
olunması baxımından mühüm əhəmiyyət
daşıyır. Bu, onların yenidən asılı vəziyyətə
düşməsinin qarşısını almağa və cəmiyyətə
tam inteqrasiyasına xidmət edir. Uzun illər doğma
yurdlarından didərgin düşmüş insanların geri
qayıtması təkcə sosial məsələ deyil, həm
də milli yaddaş və kimlik məsələsidir. Bu
kontekstdə dövlətin üzərinə götürdüyü
məsuliyyət cəmiyyət tərəfindən
böyük ümid və gözləntilərlə
qarşılanır.
Deputat müsahibədə toxunulan digər
mühüm sosial məsələlərdən birinin məşğulluq
və gəlir imkanlarının olduğuna diqqət çəkib:
“Prezident qeyd edib ki, köçürülən vətəndaşların
sosial asılı vəziyyətə düşməməsi
üçün onların işlə təmin olunması əsas
şərtdir. Bu məqsədlə kənd təsərrüfatı,
kiçik və orta biznes, sənaye parkları və dövlət
sektorunda yeni iş yerlərinin yaradılması
planlaşdırılır. Bu yanaşma sosial
dayanıqlığın və uzunmüddətli məskunlaşmanın
əsasını təşkil edir. Ümumilikdə isə
Prezidentin müsahibəsində sosial məsələlərlə
bağlı səslənən fikirlər onu göstərir
ki, Qarabağa və Şərqi Zəngəzura
qayıdış prosesi humanist, planlı və
sosialyönümlü dövlət siyasətinə əsaslanır.
Bu yanaşma postmünaqişə dövründə cəmiyyətin
rifahının yüksəldilməsinə və sosial ədalətin
bərpasına xidmət edir”.
Hərbi And .- 2026.- 9 yanvar (¹1).- S.11.