Horadiz əməliyyatı
zamanı Azərbaycan Silahlı Qüvvələri vahid
komandanlıq altında ilk döyüşlərini həyata
keçirib
1993-cü ilin dekabrında başlayan və 1994-cü
il yanvarın 6-dək davam edən Horadiz əməliyyatı
Azərbaycan hərb tarixində qış mövsümünə
baxmayaraq keçirilən uğurlu əməliyyatlardan biridir.
Həmin döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin
vahid komandanlıq altında həyata keçirdiyi ilk
döyüş əməliyyatıdır. Burada bütün
qoşun növləri Ulu Öndər Heydər Əliyevin
tapşırığına əsasən
qarşılıqlı fəaliyyət göstərirdi.
Ordumuz həmin döyüşlərdə düşmənə
öz gücünü göstərdi. Horadiz əməliyyatı
zamanı düşmənin çoxlu sayda canlı qüvvəsi
və hərbi texnikası məhv edildi, onlarla
döyüş texnikası, xeyli sayda silah-sursat qənimət
kimi ələ keçirildi. Ağır itkilər verən
düşmən atəşkəs müqaviləsini
imzalamağa məcbur oldu. Yəni bu uğurlu əməliyyat
həmin ilin mayında atəşkəs imzalanması ilə nəticələndi.
Bunu AZƏRTAC-a açıqlamasında Vətən
müharibəsi iştirakçısı, ehtiyatda olan
polkovnik-leytenant, hərbi-siyasi ekspert Elmar Hüseyn deyib.
Horadiz əməliyyatı zamanı 23
yaşayış məntəqəsinin, o cümlədən
Horadiz qəsəbəsinin işğaldan azad edildiyini
xatırladan ekspert deyib: “Həmin əməliyyatın
uğurlu nəticəsi bizə Aprel döyüşlərində
cəbhə və cinahlardan hücuma keçməyə şərait
yaratdı. Horadiz əməliyyatında əldə edilən
nailiyyətlərin Aprel döyüşlərində
davamının gətirilməsi 44 günlük savaşda Azərbaycan
Ordusunun Hadruta yaxınlaşmasını tezləşdirdi və
qısa müddət ərzində Şuşaya yol
açıldı. Kiçik qələbələrdən
doğan parlaq Zəfər ərazi
bütövlüyümüzün və suverenliyimizin bərpası,
uzun illər davam edən torpaq həsrətimizin bitməsi ilə
nəticələndi”.
Hərbi And .- 2026.- 9 yanvar (№1).- S.2.