Böyük Qayıdış
ölkənin yeni inkişaf modelini formalaşdırır
Prezident İlham Əliyevin Ağdərə və Tərtər
rayonlarına səfəri sosial-iqtisadi inkişaf, enerji təminatı,
sənaye potensialının gücləndirilməsi və
Böyük Qayıdış prosesi baxımından
mühüm əhəmiyyət kəsb edən növbəti
strateji addım oldu.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli
Məclisin deputatı Hikmət Babaoğlu deyib.
Onun sözlərinə görə, Böyük
Qayıdış yalnız əhalinin doğma torpaqlarına
geri dönməsi ilə məhdudlaşmır, eyni zamanda Azərbaycanın
yeni inkişaf modelini formalaşdırır: “Böyük
Qayıdışın birinci komponenti, təbii ki, vətəndaşlarımızın
tarixi yurdlarına qayıtmasıdır. Lakin nəzərə
alsaq ki, bu proses ölkə ərazisinin təxminən 20
faizini əhatə edir, burada tamamilə yeni iqtisadi münasibətlər
sistemi yaranır. Bu isə Böyük Qayıdışı
Azərbaycanın iqtisadiyyatına qazandırılan yeni
inkişaf modeli kimi dəyərləndirməyə əsas
verir”.
H.Babaoğlu qeyd edib ki, Ağdərə rayonunda
aparılan işlər bu modelin real nəticələrini
açıq şəkildə göstərir. Logistika
infrastrukturunun yaradılması, yolların çəkilməsi,
enerji və kommunikasiyaların bərpası, eyni zamanda bu
proseslərin əsasən yerli resurslar hesabına davamlı
şəkildə təmin olunması yeni inkişaf
yanaşmasının əsas göstəricilərindəndir.
“Harada Böyük Qayıdış prosesi həyata
keçirilirsə, həmin ərazinin iqtisadi, coğrafi və
resurs potensialına uyğun fərdi inkişaf modeli
formalaşdırılır”, - deyə deputat bildirib.
“Qozlukörpü” Su Elektrik Stansiyasının
açılışını xüsusi vurğulayan deputat
bildirib ki, bu, Ağdərə rayonunun enerji təminatının
yerli imkanlar hesabına həyata keçirilməsi deməkdir
və regionun enerji müstəqilliyini gücləndirir. Onun
sözlərinə görə, Böyük Qayıdış
prosesinin mühüm elementlərindən biri də yeni iş
yerlərinin yaradılması və yerli istehsal müəssisələrinin
fəaliyyətə başlamasıdır: “Bu müəssisələr
ilk baxışdan lokal xarakter daşısa da, nəticə
etibarilə Azərbaycanın ümumi iqtisadi sisteminin tərkib
hissəsinə çevrilir. Bu da prosesin təsadüfi deyil,
sistemli yanaşma əsasında aparıldığını
göstərir”.
Deputat dövlət başçısının Tərtər
rayonuna səfər zamanı hərbi sənaye obyektlərinin
bərpası və yenidən qurulmasının da xüsusi
strateji əhəmiyyət daşıdığını
bildirib. Onun sözlərinə görə, hərbi sənayenin
inkişafı bir neçə mühüm istiqamətdə
dövlət maraqlarına xidmət edir: “Bu, milli təhlükəsizliyin
təmin olunması baxımından vacibdir. Təcrübə
göstərir ki, ordusunun tələbatını öz hərbi
sənaye məhsulları hesabına ödəyə bilməyən
ölkələr gec-tez ciddi problemlərlə üzləşir.
Azərbaycan artıq hərbi sənaye məhsullarını
ixrac edən ölkəyə çevrilib və bu,
ixracyönümlü iqtisadiyyatın mühüm göstəricisidir
və bu sahənin inkişafı həm də yeni iş yerlərinin
açılması, yerli əhalinin istehsal proseslərinə
cəlb olunması deməkdir”.
H.Babaoğlu sonda vurğulayıb ki, Prezident İlham
Əliyevin Ağdərə və Tərtərə səfəri
Böyük Qayıdışın təkcə sosial deyil, həm
də yeni iqtisadi və sənaye inkişaf modeli olduğunu bir
daha təsdiqlədi və bu yanaşma Qarabağ və Şərqi
Zəngəzurun dayanıqlı gələcəyini təmin
edən əsas strategiyadır.
Hərbi And .- 2026.- 16 yanvar (¹2).- S.8.